İkinci Yeddioymaq
İkinci Yeddioymaq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Yeddioymaq (indiki Birinci Yeddioymaq) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Birinci və ikinci komponentləri eyniadlı iki kəndi bir-birindən fərqləndirməyə xidmət edir.
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.
Sucəddin Mirzəyev Qiyas oğlu — azərbaycanlı aktyor, respublikanin əməkdar artisti
Tarixi məlumat
«Daha bir tayfalar qrupu, Yeddi-Oymaq birliyi, ortaq mənşə ənənəsinə malikdir. Hal-hazırda Muğanda kəndli olan, Bəydili başçısının mənə dediyinə görə, bir vaxtlar buralarda [adından da göründüyü kimi] yeddi tirədən ibarət Yeddi-Oymaq tayfası varmış, o, onları belə sadaladı: Bəydili, Homunlu, Eyvatlı, Hacı-Xocalı, Qaballı, İnallı, Arablı; bunların hamısı indi Şahsevən tayfalarıdır, hərçənd o, bunların mənşəi haqqında heç nə bilmirdi. Bir sıra 19-cu yüzil qaynaqları Bəydililəri Azərbaycanın quzey-doğusunda Şahsevənlərlə birlikdə ancaq ayrıca qeyd edər ikən, bu adın digər qruplarına əskidən bəri İranın bir çox yerində rast gəlinir. İlkin Oğuz-Türkman boylarından biri Bəydili olmuşdur ki, bunlar da 14-cü yüzildə Suriya və Anadoluya köçmüşlər və buralarda onların bir çox hissəsi hələ də qalmışdır.