yelpikqanadlılar

yelpikqanadlılar (zool.)
yelpikqanadlı
yelpikləmə
OBASTAN VİKİ
Yelpikqanadlılar
Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var.