YEPARXİYA

xristianlarda: arxiyerey tərəfindən idarə olunan kilsə dairəsi (dini inzibati vahidi ərazi bölgüsü).
YEMİN
YEPİSKOP
OBASTAN VİKİ
Yeparxiya
Yeparxiya (yun. ἐπαρχία) — sekulyar və ya dini qurumlarda bir növ inzibati ərazi vahidi. Yeparxiya Roma imperiyası və Bizans imperiyasında mövcud olmuş inzibati ərazi vahidi olub latınca provincia termininin yunanca qarşılığı idi. 840-cı illərə qədər istifadədə olmuşdur. Müasir Kipr Respublikasının inzibati ərazi vahidləri yeparxiya adlanır. Xristian kilsəsində hər hansı bir inzibati ərazi vahidi yeparxiya adlanır və həmin bölgəyə mitropolit tərəfindən rəhbərlik edilir.
Bakı yeparxiyası
Bakı yeparxiyası, Bakı və Xəzəryanı yeparxiya, yaxud Bakı-Azərbaycan yeparxiyası — Rus Pravoslav Kilsəsi tabeliyində dairə, sayca 128-ci yeparxiya. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Son arxiyerey Aleksandr İşein idi. == Tarixi == XX əsrin əvvəllərində Azərbaycana böyük sayda rus mənşəli insanların gəlməsi və onların dini həyatlarının tənzimlənməsi ilə əlaqədar 1905-ci ildə yaradılan bu idarə ilk vaxtlar Bakı arxiyerey kafedrası adını daşımış, daha sonra ona "Bakı və Xəzəryanı" statusu verilmişdir. Çar Rusiyası dövründə Bakı və Xəzəryanı Yeparxiyanın səlahiyyəti Xəzər dənizinin qərb sahilində yerləşmiş pravoslav təsisatları ilə məhdudlaşırdı. Bu idarənin ilk yepiskopu Nikandr Fenomenov təyin edilmişdir. Qısa müddət yeparxiyaya rəhbərlik etmiş bu din xadimi ilahiyyat və xristianlıq sahəsində dərin biliyi ilə seçilmiş, yüksək idarəçilik qabiliyyətinə və natiqliq məharətinə malik olmuşdur. Bu yepiskoplar arasında Mitrofan Polikarpov yeparxiyanın tarixində xüsusi rol oynamışdır. Repressiya illərində idarəyə başçılıq etmiş həmin şəxs çətin dövrdə yeparxiyanın fəaliyyətini istiqamətləndirmi, bu işdə bir çox çətinliklərlə üzləşmişdir. Sovet hakimiyyəti tərəfindən bir neçə dəfə həbs edilmiş, təqiblərə məruz qalmış yepiskop Mitrofan 1931-ci ildə Bakıya gələrək, Bakı və Xəzəryanı yeparxiyanın rəhbərliyini öz üzərinə götürmüş və patriarx Tixonun tutduğu yolu davam etdirmişdir.
Banya Luka Roma-Katolik yeparxiyası
Banya Luka yeparxiyası (bosn. Banjalučka biskupija, lat. Dioecesis Bania Lucensis) — mərkəzi Bosniya və Herseqovinanın Banya Luka şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. Yeparxiya 5 iyul 1881-ci ildə, Vrhbosna mitropoliyasının suffraqan yeparxiyası olaraq quruldu. 1887-ci ildə yeparxiyada, 1969-cu il zəlzələsi ilə tamamilə məhv edilən Müqəddəs Bonaventura Katedrali inşa edildi. Katedralin müasir binası 1974-cü ildə salınmışdır. Yeparxiya əsasən tarixi serb çoxluğu olan müasir Serb Respublikası ərazisində yerləşir. Yeparxiya katoliklərinin böyük əksəriyyəti tarixən etnik xorvatlardır. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi.
Banya Luka yeparxiyası
Banya Luka yeparxiyası (serb. Епархија бањалучка) — Bosniyanın şimal-qərbində yerləşən Serb Pravoslav Kilsəsinin yeparxiyası. == Tarixi == 1900-cü ildə Banya Luka Bixaç yeparxiyası, Dabro-Bosniya Mitropoliyasından ayrılaraq Konstantinopol Pravoslav Kilsəsinin bir hissəsi olaraq quruldu. Yeparxiyanın ərazisində 200-dən çox kilsə və ibadətgah var idi. 1925-ci ildə Banya Luka Bixaç yeparxiyası iki hissəyə bölündü, Banya Luka yeparxiyası və Bixaç yeparxiyası. II Dünya Müharibəsi ərəfəsində yeparxiyada 167 ibadətgah, 103 kilsə icması, 102 prixod və 2 fəaliyyət göstərən monastır (Qomionitsa və Moştanitsa) vardı. Pravoslav camaatı 424.075 nəfər idi. 1940-cı ildə Yuqoslaviyanın alman qoşunları tərəfindən işğalından sonra, yeparxiya 12 aprel 1941-ci ildə yaradılan Müstəqil Xorvatiya Dövlətinin ərazisində qaldı və burada Serbiya kilsəsi şiddətli təqibə məruz qalırdı. İkinci Dünya Müharibəsi illərində 64 pravoslav kilsəsi, 1 monastır və 34 prixod evi dağıdılmışdır, 94 kilsə arxivi məhv edilmişdir, 21 kilsə və 3 monastır ciddi ziyan görmüşdür. 1945-ci ildə Serb Pravoslav Kilsəsinin Arxierey Sinoduna görə, yeparxiyada 100 mindən çox pravoslav serb və 14 keşiş qətlə yetirilmişdir.
Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası
Bakı yeparxiyası — Erməni Qriqorian kilsəsinin Azərbaycan SSR və Mərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır. 1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu. Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası

Mosta Duvno yeparxiyası
Mosta Duvno yeparxiyası (bosn. Mostarsko-duvanjska biskupija, lat. Dioecesis Mandetriensis-Dumnensis) — mərkəzi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. Xristianlıq V-VI əsrlərdə müasir Bosniya və Herseqovinanın ərazisində yayılmağa başlandı. Bu dövrdə, Salona (müasir Split) arxiyeparxiyasından asılı olan bir neçə yeparxiya quruldu, o cümlədən qədim Duvno şəhərindəki (müasir Tomislavqrad) yeparxiya. XV əsrin ikinci yarısında Bosniya və Herseqovina türklərin hakimiyyəti altına keçdi və əhalinin kütləvi şəkildə islamlaşdırılması baş verdi. 1663-cü ildə Duvno Yeparxiyası rəsmi olaraq ləğv edildi. Herseqovinada katolik quruluşlar yalnız XIX əsrin ortalarında təzədən yaranmağa başlandılar. 1846-cı ildə Herseqovinanın apostol vikariatı təşkil edildi. Bosniya və Herseqovinanın Avstriya-Macarıstana birləşdirildiyi 1878-ci il Berlin konqresindən sonra ordinar strukturların yaranması üçün fürsət yarandı.
Mostar Duvno yeparxiyası

Qax və Kürmük yeparxiyası
Qax və Kürmük yeparxiyası (gürc. კახისა და ქურმუხის ეპარქია) — Gürcü Pravoslav Kilsəsinin Azərbaycandakı inzibati ərazi vahidi. Mərkəzi Qaxdır. 4 iyun 2014-cü ildə Xornabuci və Hereti yeparxiyasının iki yerə bölünməsindən sonra yaradılmışdır. Yeparxiyanın ilk rəhbəri Dimitri (Tetruaşvili) olub. 2015-ci ildə Xornabuci yeparxiyasının yepiskopu Dimitri (Kapanadze) həmçinin Qax və Kürmük yeparxiyasına təyin edilib. Müqəddəs Georgi kilsəsi Müqəddəs Nino kilsəsi Müqəddəs Üçlük kilsəsi Demetre (Tetruaşvili) (2014-2015) - Vəzifədən getmə səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməməsi olub.
Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası
Bakı yeparxiyası, Bakı və Xəzəryanı yeparxiya, yaxud Bakı-Azərbaycan yeparxiyası — Rus Pravoslav Kilsəsi tabeliyində dairə, sayca 128-ci yeparxiya. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Son arxiyerey Aleksandr İşein idi. XX əsrin əvvəllərində Azərbaycana böyük sayda rus mənşəli insanların gəlməsi və onların dini həyatlarının tənzimlənməsi ilə əlaqədar 1905-ci ildə yaradılan bu idarə ilk vaxtlar Bakı arxiyerey kafedrası adını daşımış, daha sonra ona "Bakı və Xəzəryanı" statusu verilmişdir. Çar Rusiyası dövründə Bakı və Xəzəryanı Yeparxiyanın səlahiyyəti Xəzər dənizinin qərb sahilində yerləşmiş pravoslav təsisatları ilə məhdudlaşırdı. Bu idarənin ilk yepiskopu Nikandr Fenomenov təyin edilmişdir. Qısa müddət yeparxiyaya rəhbərlik etmiş bu din xadimi ilahiyyat və xristianlıq sahəsində dərin biliyi ilə seçilmiş, yüksək idarəçilik qabiliyyətinə və natiqliq məharətinə malik olmuşdur. Bu yepiskoplar arasında Mitrofan Polikarpov yeparxiyanın tarixində xüsusi rol oynamışdır. Repressiya illərində idarəyə başçılıq etmiş həmin şəxs çətin dövrdə yeparxiyanın fəaliyyətini istiqamətləndirmi, bu işdə bir çox çətinliklərlə üzləşmişdir. Sovet hakimiyyəti tərəfindən bir neçə dəfə həbs edilmiş, təqiblərə məruz qalmış yepiskop Mitrofan 1931-ci ildə Bakıya gələrək, Bakı və Xəzəryanı yeparxiyanın rəhbərliyini öz üzərinə götürmüş və patriarx Tixonun tutduğu yolu davam etdirmişdir.
Şamaxı yeparxiyası
Şamaxı yeparxiyası (erm. Շամախու թեմ) — 1815-ci ildə Qafqaz Albaniyası katolikosluğunun ləğvindən sonra onun ərazisində yaradılmış iki yeparxiyadan biri. Digəri isə Qarabağ yeparxiyası idi. 1911-ci il məlumatlarına görə kilsə üzvlərinin sayı 60.000 nəfər idi. 1918-ci ildən sonra Bakı yeparxiyası kimi tanınmağa başlamışdır. Yeparxiyanın ilk mərkəzi əvvəl indiki Şamaxı rayonun o dövrdə xristian tatlar yaşayan Saqiyan kəndindəki Müqəddəs Şəhid Stepannos monastırı idi. Yurisdiksiya ərazisi Dağıstan vilayəti və Şamaxı quberniyasından (Göyçay, Şamaxı, Bakı və Saqiyan) ibarət idi. 1838-ci ildə yepiskop Hovhannes Şahxatunyants (erm. Հովհաննես Շահխաթունյանցի) tərəfindən mərkəzi Saqiyandan Şamaxı şəhərinə köçürülmüşdü. Baş kafedral məbədi Şamaxı Surp Astvatsatsin kilsəsi (1701-ci ildə tikilib) təyin edilmişdi.
Konstantinopol Erməni Yeparxiyası
Konstantinopol Erməni Yeparxiyası 1461-ci ildə Fateh Mehmed tərəfindən Osmanlı imperiyasında yaşayan ermənilərin mənəvi və dünyəvi işlərini idarə etmək üçün nəzərdə tutulmuş olan təşkilatdır. O, hazırda Apostol Kilsəsinə (Qriqorian) mənsub olan Türkiyə ermənilərinin dini lideridir. Patriarxlığın qərargahı İstanbulun Qumqapı rayonunda yerləşən Surp Asdvadzadzin Yeparxiya Kilsəsidir. Konstantinopolun süqutundan əvvəl II Mehmed yoxlama məqsədi ilə Bursaya gəlir və Bursa ermənilərinin yepiskopu olan Hovaqmi ziyarət etmək istəyir. Sultan Mehmed qəfil Hovaqimin otağına girəndə Hovaqim həyəcanlanır. Sultan ondan nə etdiyini soruşduqda, “Allahın kəlamını oxuyuram” deyə cavab verərərk əlindəki İncili ona göstərir. Sultan Mehmed Hovaqimdən İncildən təsadüfi bir səhifə açmağını və həmin səhifəni şərh etməsini xahiş edir. Hovaqimin təsadüfi açdığı səhifə isə Krallar haqqında bir bölmə olur. Hovaqim sultana deyir: “Sultanım, siz daha böyük yerləri ələ keçirdib bütün dünyanın sultanı olacaqsınız”. Sultan ondan Bu bütün dünyaya Konstantinopol da daxildirmi?” deyə soruşanda Hovaqim “Ey sultanım buna nə şübhə var?

Digər lüğətlərdə