yerköpüyü

yerköpüyü
yerkökü
yerqazan
OBASTAN VİKİ
Yerköpüyü
Yerköpüyü (lat. Paronychia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Kürd yerköpüyü
Kürd yerköpüyü (lat. Paronychia kurdica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2-10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirir. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpaqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir.