Səfəvilər imperiyasında yezuitlər
Səfəvilər imperiyasında yezuitlər — Səfəvilər imperiyasında mövcud olmuş Yezuit Ordeni. XVI əsrdə İran körfəzinə çatan ilk Avropa missionerləri xristian Yezuit Ordeni idi. Hindistanın Qoa şəhərində tezuit missiyasının qurucusu Fransisk Ksaveri Hollandiya Respublikasından olan Qaspar Barzeusu rəhbər seçmişdi. Bərzeus 1549-cu ildə Hörmüz adasına gəlmiş və gələn ili çoxlu hesabatlar yazmaqla keçirmişdir. O və əsgərləri adada olarkən Hörmüzün açıq dini mühitindən faydalanaraq sərbəst fəaliyyət göstərirdilər.
Adanın nominal hökmdarı Turanşah da daxil olmaqla, bir çox müsəlman Barzeus tərəfindən vəftiz olunmuşdur. Hindistana gedərkən Hörmüzdən keçən Səfəvi diplomatının qızı və həyat yoldaşı da daxil olmaqla, bir neçə tanınmış şəxs də onun səyi nəticəsində xristianlığa keçmişdir. O, həmçinin məscidləri kilsəyə çevirməyə və yəhudilərin Hörmüzdə qalmasını qadağan etməyə cəhd göstərmişdir. Buna görə də hakim Səfəvi şahı I Təhmasibin (hak. 1524–1576) və yerli əhalinin qəzəbinə məruz qalmışdır.