Qədim yunan dili
Qədim yunan dili (ἡ Ἑλληνικὴ γλῶσσα) — hind-avropa dil ailəsinə aid olan dil, yunan dilinin ilk variantı. Bizim eradan əvvəl ikinci minilliyin sonundan bizim eranın V əsrinə qədər yunan dili arealında yayılmışdı.
Dilin inkişafının aşağıdakı dövrlərini ayırırlar: proyunan (e.ə.XX əsr - e.ə.XVII əsr), miken (e.ə.XVI əsr- e.ə.XII əsr), postmiken (e.ə.XI əsr - e.ə.IX əsr, arxaik (e.ə. VIII əsr - e.ə.VI əsr), klassik (e.ə.V əsr - e.ə.IV əsr), ellinist (e.ə. III əsr - e.ə.IV əsr); dilin inkişafının hər mərhələsində əhəmiyyətli dialektləri mövcud idi.
Qədim yunan dilində Homerin məşhur «İliada» və «Odissey»i, həmin dövrün filosoflarının və yazıçılarının digər əsərləri yazılıb. O dildə Makedoniyalı İskəndərin imperiyasında danışırdılar, o Roma imperiyasının ikinci rəsmi dili idi, Orta əsrlərdə Bizantiyanın ədəbi dilinə çevrildi. Müasir yunan dili bu dildən törəmişdir.
== Əlifbası ==
Αα — Alfa, Ββ — Beta, Γγ — Qamma, Δδ — Delta, Εε — Epsilon, Ζζ — Dzeta, Ηη — Eta, Θθ — Teta, Ιι — Yota, Κκ — kappa, Λλ — lyambda, Μμ — Myu, Νν — Nyu, Ξξ — Ksi, Οο — Omikron, Ππ — Pi, Ρρ — Ro, Σσς — Siqma, Ττ — Tau, Υυ — İpsilon, Φφ — Fi, Χχ — Xi, Ψψ — Psi, Ωω — Omeqa.
== Ədəbiyyat ==
Лингвистический энциклопедический словарь, М., 1990.