YÜYRƏK
ZƏRBƏ-DALĞALI
OBASTAN VİKİ
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə — ö. 09.08.2004, Bakı) – şair. Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944–1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Habil oğlu Məmmədov (3 avqust 1995, Şahtaxtı, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası — 28 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Zaman Məmmədov 1995-ci il avqustun 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002-2013-cü illərdə Şahtaxtı kənd tam orta məktəbində təhsil alıb. Zaman Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Zaman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaman Məmmədov oktyabrın 30-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Zaman Qarayev
Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976). Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
Zaman Universiteti
Zaman Universiteti — Kambocanın Pnompen şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 2010-cu ildə qoyulmuşdur.
Zaman fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman sıraları
Zaman sıraları — müəyyən göstərici sırası olub, ardıcıl nöqtələrin bircinsli zaman intervallarında təyin edilməsi ilə ölçülür. Bu zaman intervalları günlük, aylıq və illik kimi təyin edilə bilər. Zaman sıraları statistika, ekonometrika, riyazi maliyyə, hava proqnozu, zəlzələ proqnozu, astronomiya, iqtisadiyyat, mühəndislik və sair müxtəlif elm sahələrində geniş istifadə olunur. Zaman sıraları təhlilləri göstəricilərin əhəmiyyətli statistik və digər xüsusiyyətlərini üzə çıxarmaq məqsədi ilə zaman sıralarının təhlilinə imkan verən müxtəlif üsulları ehtiva edir. Zaman sıralarının proqnozlaşdırılması göstəricinin keçmiş müşahidə edilən qiymətlərinə əsaslanaraq gələcək qiymətlərinin təxmin edilməsi üçün nəzərdə tutulan modeldir. Reqressiya təhlilləri isə adətən bir vəya bir neçə asılı olmayan zaman sıralarının indiki dəyərinin digər zaman sıralarının indiki dəyərinə təsirini müəyyən etmək üçün istifadə edilir, bu kimi təhlillər "zaman sıraları təhlilləri" adlanmır, çünki "zaman sıraları təhlilləri" zaman sıralarının müxtəlif zamanlarda dəyərlərini müqayisə edir. Zaman sıraları təhlillərində müxtəlif işarəmələrdən istifadə olunur. X {\displaystyle X} göstəricisinin zaman sırası ümumi olaraq təbii ədədlə indekslənmiş şəkildə ifadə olunur X = { X 1 , X 2 , . . .
Zaman səyahəti
Zaman səyahəti — zaman daxilində müəyyən nöqtələr arasında soxulcan dəliyi kimi vasitələrlə hərəkət etmək düşüncəsi. Zaman səyahəti haqda fəlsəfə və fantastika sahələrində daha çox danışılır. Bəzi nəzəriyyələr xüsusilə, "xüsusi və ümumi nisbilik" nəzəriyyələri müvafiq məkan və zaman həndəsələri vasitəsilə zamanda keçmişə və yaxud gələcəyə getməyin mümkün olduğunu irəli sürür. Fiziklər texniki məqalələrdə əsasən zamanda "hərəkət etmək" və ya "səyahət etmək" ifadələrindən istifadə etmirlər. Nisbilik nəzəriyyələrinə əsasən, əgər bir insan Yerdən uzaqlaşıb nisbi sürətdə geri qayıdarsa, həmin insan üçün Yerdə daha çox vaxt keçmiş olar. Buna əsasən də "gələcəyə səyahət"in mümkün olduğu düşünülür. "Baba padoksu"nda isə bu deyilir: Stiven Hokinq gələcəkdə turistlərin olmamasının zamanda səyahətin varlığına qarşı bir ziddiyət olduğunu irəli sürmüşdür. Bu paradoks "Fermi paradoksu"nun başqa növ formasıdır. Amma bu paradoks zaman səyahətinin fiziki cəhətdən mümkün olduğunu sübut etmir. Çünki zaman səyahəti fiziki cəhətdən mümkün ola bilər, amma indiyə kimi istifadə edilə biləcək formada olmayıb.
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
İndiki zaman
İndiki zaman — cari anda baş verən hadisələrdən, yəni məkan-zamanın müəyyən bir sahəsindən ibarət olmaqla zaman oxunun bir hissəsidir. Müəyyən fərziyyələrə görə, indiki vaxt cari günlərə, aylara və hətta illərə də aiddir. Bu mənada indiki zaman keçmişə (artıq baş vermiş bir çox hadisələr) və gələcəyə (hələ baş verməmiş bir çox hadisələr) qarşı durur və onların arasında yerləşir.
Məkan-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Zaman Mirzəzadə
Zaman Arzuman oğlu Mirzəzadə (8 fevral 1995, Lənkəran) — müdafiə mövqeyində çıxış edən Azərbaycan futbolçusu, mövqe müdafiəçisi. Mirzəzadə uşaq yaşlarından "Xəzər Lənkəran" FK-da çıxış etmişdir. O, 2015-ci ildə əsas komandaya keçmiş, klub ləğv olunana qədər klubda çıxış etmişdir. Zaman Arzuman oğlu Mirzəzadə 8 fevral 1995-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur. Zaman Mirzəzadə "Xəzər Lənkəran" FK-nın yetirməsidir. O, 12 yaşında uşaq yaş kateqoriyasında karyerasına başlamışdır. Mirzəzadə "Xəzər Lənkəran"ın 17 yaşadək komandasında çıxış etmiş, 2012-ci ildə klubun gənclər komandasına keçid etmişdir. O, 2014-cü ildən əsas komandada çıxış etməyə başlamışdır. Bundan başqa, Mirzəzadə həm də ehtiyat komanda üçün çıxış etmişdir. O, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə, 2 may 2015-ci il tarixində klubun əsas heyətində eyni liqada çıxış edən "Bakı" FK ilə səfər oyununda debüt etmişdir.
Zaman Azərbaycan
Zaman-Azərbaycan - "Zaman-Azər MMC"-nin təsis etdiyi qəzetdir. "Zaman-Azərbaycan" qəzeti ilk dəfə 1991-ci ilin may ayının 24-də çap olunmuşdur. "Zaman-Azərbaycan"ın ilk nəşrləri İstanbulda çap olunaraq, təyyarə ilə Bakıya gətirilmişdir. O zamanlar Azərbaycan hələ müstəqilliyini bərpa etməmişdi. Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycan müstəqilliyini elan edən kimi "Zaman-Azərbaycan" qəzeti ölkədə ilk xarici qurum kimi qeydiyyatdan keçmişdir. Bundan sonra "Zaman-Azərbaycan" tamamilə Azərbaycanda hazırlanmış və Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Müstəqilliyin ilk illərində yalnız köhnə mətbəələr var idi. Ona görə də, rəngli kağız və dünya standartlarına uyğun çap imkanı yox idi. Bu problemi həll etmək üçün "Zaman-Azərbaycan" ilk dəfə ölkəyə rəngli mətbəə gətirmişdir. Bu, Azərbaycan tarixi üçün ilk rəngli mətbəə idi.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Neyyar Zaman Natəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Döyüş zamanı ölüm
Döyüş zamanı ölüm — tərəflər arasında aparılan müharibə və ya silahlı toqquşma zamanı həlak olan insanlar üçün istifadə edilən hərbi termindir. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi bu termini hər hansı bir müharibəyə və ya silahlı toqquşmada iştirak etmədikdə düşmən və ya dost atəşi ilə vurulan əsgərlərdə istifadə edilmir. Terror aktlarında həyatını dəyişən əsgərlərdə də bu termin istifadə edilmir. Bu termin döyüş cəbhəsində olan hava, dəniz, yer müharibəsində ölənlər üçün istifadə edilir. İslam dinində isə döyüş zamanı həyatını itirənlərə şəhid deyilir. Yolda və ya xəstəxanada yaralardan ölən əsgərlər üçün (İngilis dilində died of wounds, DOW) olaraq adlandırılmışdır.
Dəstəgül Zamanlı
Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur. Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi.
Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin] Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır. Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir. Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir.
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) Xronologiya Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Fars Şahzadəsi: Zamanın qumları (film, 2010)
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir. Prince of Persia: The Sands of Time Fars Şahzadəsi: Zamanın qumları — Internet Movie Database saytında.
Faxtə Zamani
Faxtə Zəmani — insan hüquqları müdafiəçisi və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP)]nin rəhbəri. Faxtə Zəmani Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb. Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib. Ottava Universitetində fizika sahəsində təhsil alıb. Fizika üzrə bakalavr pilləsini bitirdikdən sonra elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən Ottava və British Columbia Universitetində çalışıb. Faxtə Zəmani Avropa və Şimali Amerika boyunca müxtəlif forumlarda çıxış edərək, İranda yaşayan 30 milyondan çox Azərbaycan türkünün dil və mədəni hüquqları uğrunda apardığı mübarizə haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışır.
FİFA Dünya Kuboku Bütün Zamanların Komandası
FİFA Bütün Zamanların Komandası xəyali heyəti 1994-cü ildə FİFA tərəfindən dərc edilmişdir. Buraya on bir futbolçu daxildir ki, bunlardan biri qapıçı, dördü müdafiəçi, üçü yarımmüdafiəçi, üçü isə hücumçudur.
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Hər zaman Şrek (cizgi filmi, 2010)
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.
Kim Possibl: Zamanda mübarizə
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Kim Possibl: Zamanda mübarizə (cizgi filmi, 2003)

Kim Possible: Zamanda mübarizə

Komandanın götürülmə zamanı
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi. Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Mart hadisələri zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Mart soyqırımı zamanı Bakıda dağıdılmış memarlıq abidələri

Mirzə Məhəmməd Zamanbəyli
Mirzə Məhəmməd Zamanbəyli (d. 1 avqust 1860, Naxçıvan, Şahbuz-ö. 1923) — maarifçi, xeyriyyəçi, AXC Maarif Şurasının üzvlərindən biri. Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı il tarixdə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanda Şahbuz kənddə məşhur sərkərdə, Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub. H.Fərzəlibəy naxçıvanlıların xeyriyyəçisi və maarifçisi kimi də tanınıb. Yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərir. Daha sonra təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına gedir. Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin layihəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan M.M.Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. Hələ o, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A.O.Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub. M.M.Zamanbəyli maarifçiliklə yanaşı, xeyriyyəçilik xidmətlərini də davam etdirib.
Mirzə Məmməd Zamanbəyov

Mustafa Zamani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Məhərrəm Zamanov
Məhərrəm Zamanov (d.8 avqust 1959, Şərur r., Maxta k. - ö.18 yanvar 2013, Bakı ş.) — yazıçı, Azərbaycan Yazıçıları Birliyinin və "AQRA" Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü. Məhərrəm Zamanov 8 avqust 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Maxta kəndində anadan olub. Zamanov 1967-1977-ci illərdə Naxçıvan Muxtar Respublikasında orta təhsil alıb. Ali təhsillə əlaqədar Ukraynaya köçmüş, Xarkov İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ailəsi ilə birlikdə vətənə qayıtmış, 1992-ci ildə vətənin müdafiəsi məqsədi ilə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. 1993-cü ildə döyüş bölgəsində ağır yaralanmış, ordudan tərxis edilmişdir. 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Xətai rayon şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə birliyin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. 2000-ci ildə ”Vətəndaş naminə” qəzetini təsis etmiş və qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.

Значение слова в других словарях