ZEYNƏB BİNT MƏHƏMMƏD

(8/630-cu ildə vəfat etmişdir) Məhəmməd peyğəmbərin böyük qızı olmuşdur. Zeynəb Məhəmmədin peyğəmbərliyinə təxminən on il qalmış doğulmuşdur. Zeynəb yetkinlik yaşına çatdıqda onu Məkkənin tanınmış və nüfuzlu adamı olan Əbül-As Rabiəyə ərə vermişlər. Zeynəbin erkən yaşlarında ölmüş oğlu Əli və Ümamə adlı bir qızı olmuşdur. Hansı ki, Ümamə Əli ibn Əbu Talibin həyat yoldaşlarından biri olmuşdur. Məhəmmədin peyğəmbərlik dövrü başlayanda Zeynəb bacıları və anası ilə birlikdə ilk İslamı qəbul edənlərdən olmuşdurlar. Ancaq, onun həyat yoldaşı Əbül-As bütpərəst olaraq qalmışdır. O dövrdə müsəlman qadının başqa dinə etiqad edən insanla evli olmasını qadağan edən ayə (Quran, 60: 10) nazil olmamışdır. Buna görə Zeynəb bütpərəst olan əri ilə Mədinəyə hicrət edənə qədər yaşamışdır. Əbül-As Bədr döyüşündə müsəlmanlara qarşı vuruşmuş və əsir düşmüşdür. Onu Məhəmməd peyğəmbərin yanına gətirmişlər və o da, onu azadlığa buraxmışdır. Əvəzində isə Əbül-As Zeynəbi atasının yanına Mədinəyə yollamalı idi və o, sözünü tutaraq vədini yerinə yetirmişdir. Bundan sonra Əbül-As və Zeynəb uzun müddət görüşməmişdirlər. Məkkənin fəth edilməsindən az öncə, Əbül-As ticarət məqsədi ilə Suriyaya getmişdir. Ancaq, geri döndükdə onun karvanını müsəlmanlar ələ keçirmişdirlər. Əbül-As isə qaçaraq həyatını qurtara bilmişdir. Bundan sonra o, Mədinəyə gizli girərək Zeynəblə görüşmüş, ondan yardım istəmişdir. Zeynəb peyğəmbərin yanına gedərək Əbül-Asın durumunu ona bildirmişdir. O da, müsəlmanların ələ keçirdikləri karvanını ona qaytarmışdır. Ancaq, qızına onunla evlilik münasibətlərinin davam etməsini qadağan etmişdir. Çünki o dövrdə, artıq müsəlman qadınının bütpərəstlə evlilikdə olmasını qadağan edən Quran ayəsi nazil olmuşdur. Hicrətin 7-ci ilində Əbül-As Məkkəyə qayıdıb işlərini səhmana salıb, borclarını qaytardıqdan sonra İslamı qəbul etmişdir. Bundan sonra Mədinəyə qayıdaraq peyğəmbərdən Zeynəblə evliliyinin bərpa edilməsini istəmişdir. Peyğəmbər də buna razılığını verdikdən sonra, onlar yenidən evlənmişdirlər. Əbül- Asla Zeynəb evlilik münasibətlərini davam etdirmişdirlər. Ancaq bir neçə aydan sonra Zeynəb ağır xəstəliyə tutularaq vəfat etmişdir.
ZEYNƏB BİNT HÜZEYMƏ
ZƏBH
OBASTAN VİKİ
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi. Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Onbaşı Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb (ad)
Zeynəb (ərəb. زينب‎) — qadınlara verilmiş bir ərəbcə addır. Qədim arami xalqının dilində Zenobia adı vardı və mənası "səhra gülü" və ya "bəzəkli ağac"dır. Beləcə "Zeynəb" adının "Zenobia" nın bir modifikasiyası olduğuda güman olunur ki İslamdan qabaq Suriyalı kraliçanın adı idi. Bu adı olan tanınmış insanlar Zeynəb — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb Kazımova — Ssenari müəllifi, aktrisa. Zeynəb Xanlarova — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti. Zeynəb Məmmədyarova — Azərbaycan şahmatçısı. Zeynəb Qəmbərova — pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı.
Zeynəb (Ərdəbil)
Zeynəb (fars. زناب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (18 ailə).
Zeynəb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynəb Behbudova
Zeynəb Biişeva
Zeynəb Abdulla qızı Biişeva (rus. Зайна́б Абду́лловна Бии́шева, başq. Зәйнәб Абдулла ҡыҙы Биишева; d. 15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi. Zeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az-əbcəd. زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir.
Zeynəb Cavadlı
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası. Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır. Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır. Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
Zeynəb Hümmətova
Zeynəb Mübariz qızı Hümmətova (6 dekabr 1999, Şəki) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
Zeynəb Kazımova
Zeynəb Talıb qızı Kazımova (27 dekabr 1912 – 25 sentyabr 1984) — Azərbaycan rejissoru, ssenaristi. Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olmuşdur. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışmışdır. Axırıncı namaz (film, 1963) Akif Cəfərovun briqadası (film, 1960) Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: komissiyanın üzvü Arşın mal alan (film, 1945) Azərbaycan SSR (film, 1971) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bir ailə (film, 1943) Biz bu xatirəyə sadiqik (film, 1975) Dağ meşəsindən keçərkən... Dəcəl dəstə (film, 1937) Əzim Əzimzadə (film, 1967) Fətəli xan (film, 1947) Gəmilər tarlaya çıxır (film, 1975) Həyat öyrədir (film, 1961) İgidliyin əbədidir sənin (film, 1971) İliçin döyünən qəlbi (film, 1967) İşıqlı yol (film, 1974) Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Muğan qızı (film, 1972) O geri çəkilməlidir (film, 1966) Odlu burulğanın ram edilməsi (film, 1976) Oktyabrın qələbə addımı ilə (film, 1974) Sevil Qazıyeva (film, 1970) Səbuhi (film, 1941) Sürəyya (film, 1973) Telefonçu qız (film, 1962) Umnisə xanım (film, 1969) Usta Aslan (film, 1972) Yeni horizont (film, 1940) Yollar və küçələrlə (film, 1963) 2019-cu ildə rejissorluğu Sənan Sultanova aid olan AzTV istehsalı Kinomuzda zərif izlər adlı film Zeynəb Kazımovanın həyat və yaradıcılığına həsr olunmuşdur. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Zeynəb Məmmədyarova
Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster. Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir. Məşqçisi Həmid Məmmədyarovdur. 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur. 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003). FIDE Chess Profile Zeinab Mamedjarova.
Zeynəb Paşa
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəli Zeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Zeynəb Sultan
Zeynəb Sultan (1617-1619) - I Əhmədin qızıdır. Anasının kim olduğu bilinmir. Dünyaya gəldikdən bir neçə ay sonra atası vəfat etmişdir. Özü isə hələ 2 yaşında körpə ikən vəfat etdi.
Zeynəb Səlimova
Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı. Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 2001-ciildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Zeynəb Xanlarova
Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995). Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020) Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. 1961-ci ildən Opera və Balet teatrının solistidir.
Zeynəb Xatun
Zeynəb Xatun (1420 – 1474) — Divan ədəbiyyatının ilk qadın şairi olaraq tanınır. Mehri Xatun ilə eyni dövürdə yaşamışdır. XV əsrdə Amasyada yaşamışdır. Qazi qızı, həmçinin qazi yoldaşı olduğu deyilir. Müasiri olan Mehri Xatun ilə aralarında lətifələr və qarşılıqlı deyişmələri vardır. Divanı, Sultan Mehmedin adına tərtib edilmişdir. Zeynəb Xatunun şeirlərində qadınların yadırğayacağı bir sıra düşüncələr vardır; Qadının istəklərinə acgözlülük olaraq baxmış və dövrünün qadınının alçalma kimi hallardan qurtulma istəyini tez-tez dilə gətirmişdir. Zeynəb Xatun, bir şair olaraq qəbullanmaq üçün arzularının "mərdanə" (kişiyə yaraşan, mərdcəsinə) olmağını istəmişdir. Eyniylə təvazökar bir kişi kimi alicənab olmaq istədiyini vurğulamışdır. Yumşaqlıq, istiqanlılıq kimi qadına məxsus xüsusiyyətləri, zəiflik və ruhi əskiklik olaraq görmüşdür.
Zeynəb bacı
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.