ziyadoğlu

ziyadoğlu
ziyadəsincə 2021
ziyadoğlular
OBASTAN VİKİ
Zaməddin Ziyadoğlu
Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il 1 aprel-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. İlk təhsilini öz doğma kəndlərində alıb. Bakıda neft texnikumunu bitirmişdir. Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olmuşdur. Gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir. Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.
Ziyadoğlu oymağı
Ziyadoğlular sülaləsi, Ziyadoğlu Qacar və ya Ziyadlı — Qacar tayfasının bir qolu olan Ziyadlılar XVI əsrin ortalarından 1743-cü ilə qədər Səfəvi Qarabağını idarə etmişdirlər. Onların idarə etdikləri ərazilərə bəzən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxeti, Səfəvi Astrabadı da daxil edilmişdir. Gəncə xanlığı 1747-ci ildən 1805-ci ilə qədər, İrəvan xanlığı 1755-ci ildən 1828-ci ilə qədər Ziyadlıların nümayəndələri tərəfindən idarə edilmişdir. Bəzi müəlliflər iddia edir ki, Qacar imperiyasını uzun müddət idarə etmiş Qovanlı Qacarlar Ziyadlı və ya Ziyadoğlu Qacarların bir tirəsidirlər. Ziyadoğluları haqqında Tarixçi Məhəmməd Məsum ibn Xocəki-Isfahani "Xülasət əs-siyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən-Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur, lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür.
Murtazaqulu xan Ziyadoğlu
Murtazaqulu xan Ziyadoğlu — Türkman Qacar tayfasınım qolu olan Ziyadoğlu ailəsinə mənsub olan Səfəvi imperiyası hərbi xadimi. Murtazaqulu xan Ziyadoğlu 1651-ci ildən etibarən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxetinin hakimi təyin edilmişdir. Elə həmin ildən etibarən o, eyni zamanda mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin də idarəçiliyini öz üzərinə götürdü. O dövrdə Gürcüstanın idarəsi Qarabağa tabe etdirilmişdi. Çox gümanki, Murtəzaqulu xanın bu iki vilayəti idarə etməsi də bununla əlaqəli olmuşdur. Beləliklə o, həm Qarabağ bəylərbəyliyinin, həm də Kaxetin hakimi olaraq xidmət etməyə başladı. O, 1664-cü ilə qədər Qarabağ bəylərbəyi olsa da, Kaxeti neçənci ilə qədər idarə etməsi bəlli deyil. O, Qacar tayfasının Ziyadoğlu qolundan idi. ​ Qarabağ bəylərbəyliyi Ziyadoğluları Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813.
Abbasqulu xan Ziyadoğlu-Qacar
Abbasqulu xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar (1642, Gəncə – bilinmir, Gəncə) — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı (sərdar - general), səfir. == Həyatı == Abbasqulu xan Uğurlu xan oğlu II Şah Səfinin (Süleymanın) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu.Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra, 1666-cı ildə Qarabağın və 1688-ci ildən 1694-cü ilədək kaxetiyanın hakimi oldu. Şah Sultan Hüseyn Səfəvi onu Qarabağ və kaxetiyadan çağırıb İsfahana gətirtdi. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyətinin ilk dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu. Abbasqulu xan ordu komandanı kimi Süleyman paşanı məğlub etmişdi. Üsyançı Baban kürdlərini cəzalandırmışdı. Qasım sultan Avramini öldürmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (İrəvan – 9 noyabr 1783 və ya 1783, İrəvan) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi. === Kartli-Kaxeti çarlığı ilə münasibətlər === Hüseynəli xan hakimiyyəti illərində İrəvan xanlığının sərhədləri daha da genişlənərək Şörəyel bölgəsini də əhatə etmişdi.
Həsənəli xan Ziyadoğlu-Qacar
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı. == Həyatı == Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur. O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu. O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır. Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı.
Məhəmməd xan Ziyadoğlu-Qacar
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi. Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.
Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar
Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar (1742-1778), Gəncə xanı (1760-1778) Məhəmmədhəsən аğа Şahverdi xan oğlu 1742-ci ildə Gəncə şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsil-tərbiyəsi görmüşdü. Аtаsı vəfаt еdəndən sоnrа хаnlığа yiyələndi. О, bir dövlət хаdimi кimi böyüк bаcаrıq nümаyiş еtdirərəк, Gəncə хаnlığının müstəqilliyini möhkəmləndirir, onun çiçəklənməsinə səbəb оldu. Məhəmmədhəsən хаn Gəncəni Gürcüstan аsılılığındаn аzаd еtdi. 1778-ci ildə Məhəmmədhəsən хаnı qаrdаşı Məhəmməd хаn dеvirib yеrinə кеçdi. Məhəmmədhəsən хаnın Əli аğа аdlı оğlu vаrdı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar
Məhəmmədqulu xan Qacar (v. XVII əsr) — Səfəvilərin hərbi komandanı və məmuru. 1616–1627 və 1633-cü illərdə Qarabağ bəylərbəyi vəzifəsində çalışıb. O, türkman Qacar tayfası Ziyadoğlu qolunun üzvü, özündən əvvəlki bəylərbəyi olan Məhəmməd xan Qacarın oğlu idi. Təxminən 1620-ci ildə Peykər xan İyirmi Dörd Kaxetinin yeni bəylərbəyi təyin edilməsi münasibətilə o vaxtkı padşah I Abbas (1588–1629) tərəfindən III Luarsabın (Kartli II Luarsab) bacısı verildikdə, Məhəmmədqulu xan Qacara isə Tahmuras xan (Kaxetili I Teymuraz) bacısı verildi. 1624-cü ildə şah I Abbas nəvəsini Səmayun xanla (Kartlili II Simon) evləndirəndə, Əbdülqaffarın (Səfəvilərin xidmətində olan Kartlinin gürcü Amilaxori ailəsindən olan zadəgan) xanımı gəlinə yoldaşlıq etdi, Məhəmmədqulu xan Qacar ​​isə ikinci müddət ərzində Peykər xan İyirmi Dörtə toy ziyafətini aparmağı əmr etdi. Dumin, S.V., redaktor Дворянские роды Российской империи. Том 3. Князья [Noble families of the Russian Empire. Volume 3: Princes] (Russian).
Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (Gəncə və ya Səfəvilər – 1580, Şirvan bəylərbəyliyi və ya Səfəvilər) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı. Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı.
Rəhim xan Ziyadoğlu-Qacar
Rəhim xan Ziyadoğlu-Qacar —Gəncə xanı (1786) 1786-cı ildə gəncəlilər üsyаn qаldırıb İbrahimxəlil xanın valisi Həzrətqulu bəyi Qarabağlını Gəncədən qоvdulаr. Gəncənin hакimi Şаhvеrdi хаnın оğlu Rəhim хаn оldu. Rəhim хаn hеç bir il də Gəncəyə bаşçılıq еdə bilmədi. İbrahimxəlil xan Cavanşir оnu yıхıb yеrinə qаrdаşı Cavad xanı təyin еtdi. Rəhim хаn II Irакlinin yаnınа qаçdı. Irакlidən pul və qоşun аlsа dа, iş аşırа bilmədi. Cavad xan sоnrа Ibrаhimхəlil хаndаn üz döndərib Аğаməhəmməd хаn Qоvаnlı-Qаcаrа bеl bаğlаdı. Elə bu zamanlarda Cavad xan Qarabağdan üz döndərmişdi. Ibrаhimхəlil хаn Rəhim хаnı dəstəкləməyi qərаrа аldı. Müttəfiqlərindən güclü кöməк аlıb Gəncəyə yürüş еtdi.
Yusif xəlifə Ziyadoğlu-Qacar
Yusif xəlifə Şahverdi sultan oğlu Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Yusif xəlifə gözünü açmağa macal tapmamış əmisioğlu Peykər sultan tərəfindən öldürüldü. II Şah Ismayıl Səfəvi 1577-ci ildə Peykər sultanı vəzifəsindən çıxarıb qorçusu Imamqulu bəy Yıva-Qacarı Qarabağa bəylərbəyi təyin etdi.
İbrahim sultan Ziyadoğlu-Qacar
İbrahim sultan Ziyadoğlu-Qacar (Gəncə – 1570) — qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat etdi. Şahverdi sultanın oğlu Ibrahim sultan atasının yerinə xan ünvanı ilə bəylərbəyi təyin olundu. O, şahzadə Sultanəli mirzənin lələsi idi. Ibrahim sultandan sonra Qarabağın bəylərbəyi qardaşı Yusif xəlifə oldu.
Şahverdi sultan Ziyadoğlu-Qacar
Kamaləddin Şahverdi sultan Ziyadoğlu-Qacar (1508, Gəncə – 1568, Gəncə) — Qarabağın ilk bəylərbəyi. XVI əsrin I yarısında I Təhmasib tərəfindən təyin olunmuş görkəmli siyasi xadim və Qızılbaş sərkərdəsi. “Böyük Sultan, Qacar sülaləsinin və bütün Qarabağ qüdrətinin banisi" Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacardır (1568-ci ildə vəfat etmişdir). Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. O, Qacar Qızılbaş tayfasının və bu tayfaya daxil olan doğma Ziyadlı oymağının başçısı təyin edilmişdi. Tayfanın əyanlarına və Şahverdi Sultanın özünə Qarabağda otlaqlar və torpaqlar verilmişdi. Məşhur rus tarixçisi İ.P.Petruşevski Şahverdi Sultanı “Böyük” adlandırırdı, çünki o, İranın və Azərbaycanın tarixində silinməz izlər buraxmışdı. Onun birbaşa gələcək nəsli Qarabağ və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə etmiş və yüz otuz ilə yaxın İran şahı, bir çox vilayət və şəhərlərin hakimləri olmuşdur. Məhəmməd Məsum özünün “Xülasam as-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dururdu.
Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
III Uğurlu xan Ziyadoğlu-Qacar
Uğurlu xan Ziyadoğlu-Qacar — Gəncənin sonuncu xanı Cavad xanın oğlu. == Həyatı == Uğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub İrana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə İkinci Rus-İran müharibəsi zamanı yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, İrana qayıda bildi. Şamxor döyüşündən sonra Uğurlu xan bacısı Püstə bəyimi özü ilə İrana apardı. 1826-ci ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi. Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi.
II Məhəmməd xan Ziyadoğlu-Qacar
II Məhəmməd xan Ziyadoğlu-Qacar (1738, Gəncə – 1789, Şuşa) — Gəncə xanı (1778–1780) == Həyatı == 1778-ci ildə Gəncənin hakimi II Məhəmməd xan Şahverdi xan oğlu oldu. Məhəmməd xan qəddarlığa qurşanıb qohum-qardaşlarını zəlil etdi. Şirazdan qayıtmış əmisi Rzaqulu xanı dünya işığına həsrət qoydu. Kor olmuş Rzaqulu xan siyasi səhnədən çəkildi. 1780-ci ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir Gəncəyə yürüş edib Məhəmməd xanı və oğlu Аğa bəyi əsir tutub Şuşaya gətirdi. Gəncəni Qarabağ valisi Həzrətqulu bəy idarə etməyə başladı. İbrahimxəlil xan Cavanşir 1789-ci ildə Məhəmməd xanı edam etdirdi. == Ailəsi == Məhəmməd xan Surxay xan Qazıqumuxlunun bacısı Hürü bikə ilə ailə qurmuşdu. Ağa bəy adlı oğlu, Bilqeyisbanu bəyim, Şərəfcahan bəyim adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi.
II Uğurlu xan Ziyadoğlu-Qacar
II Uğurlu xan Ziyadoğlu-Qacar (Gəncə – 1738, Gəncə) — qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. == Həyatı == II Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gəncə-Qarabağın bəylərbəyi təyin edilmişdi. II Uğurlu xan Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdı. Şamaxı şəhəri üsyançılar tərəfindən zəbt edildikdən sonra Şirvanı, digər əraziləri də ələ keçirildi. Şamaxının tutulması xəbəri tezliklə bütün ölkəyə yayıldı. Bundan təşvişə düşmüş Gəncə və İrəvan hakimləri şaha müraciət edərək ondan kömək istədilər. Lakin bu dövrdə şahın özünə kömək lazım idi. Üsyan etmiş əfqan tayfaları öz hücumları ilə ölkənin paytaxtını qorxu altında saxlayırdılar.
II Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Ziyadoğlular
Ziyadoğlular sülaləsi, Ziyadoğlu Qacar və ya Ziyadlı — Qacar tayfasının bir qolu olan Ziyadlılar XVI əsrin ortalarından 1743-cü ilə qədər Səfəvi Qarabağını idarə etmişdirlər. Onların idarə etdikləri ərazilərə bəzən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxeti, Səfəvi Astrabadı da daxil edilmişdir. Gəncə xanlığı 1747-ci ildən 1805-ci ilə qədər, İrəvan xanlığı 1755-ci ildən 1828-ci ilə qədər Ziyadlıların nümayəndələri tərəfindən idarə edilmişdir. Bəzi müəlliflər iddia edir ki, Qacar imperiyasını uzun müddət idarə etmiş Qovanlı Qacarlar Ziyadlı və ya Ziyadoğlu Qacarların bir tirəsidirlər. Ziyadoğluları haqqında Tarixçi Məhəmməd Məsum ibn Xocəki-Isfahani "Xülasət əs-siyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən-Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur, lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür.
Ziyadoğlular sülaləsi

Ziyadoğluları