ÖY

Danışıqda sözümün öyü var işlədilir. Öy “iç”, “məğz” deməkdir. Sözün əsli ay (aya) kimi olub, “ovuc” deməkdir. İndi “məğz, mahiyyət” anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÖVLAD
ÖYƏDƏK
OBASTAN VİKİ
"Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Həyat öyrədir (film, 1961)
== Məzmun == Film əvvəlcə səhv addım atan "Şəfəq" sovxozunun sürücüü İsmayılın (Giuli Çoxonelidze) sonradan səhvini başa düşənrək həyatdan ibrət dərsi götürüb, cəmiyyətimiz üçün faydalı adam olmasından danışır.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Maşın öyrənmə
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Maşın öyrənməsi
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən (film, 1996)
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir... Qanlı yumruq 8: Öldürməyə öyrədilən — Internet Movie Database saytında.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmosdan öyrənilməsi (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) — yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasitəsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji strukturaların öyrənilməsində, geoloji xəritələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fotoqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Öykü Çəlik
Öykü Çəlik (13 iyul 1987, İstanbul) — Türkiyə aktrisası. Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70 metr, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır. Öykü Çəlik Bilkənt universitetinin teatr fakültəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirməsidir. "Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.
Öyləqulu
Öyləqulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. == Həyatı == Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır. 1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. == Əsərləri == Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
Öykü Gürman
Öykü Gürman (4 avqust 1982, İstanbul) — Türk pop və flamenko müğənnisi, aktrisa. 2007-ci ildə əkiz qardaşı Berk ilə birlikdə Öykü və Berk qrupunu qurdu. Qrup 2010-cu ildə Öykü Gürman 2015-ci il avqustun 4-də Yavuz Bingöllə ailə qurub, 2016-cı il aprelin 15-də boşanıb. dağıldı. O, Aralıq dənizi və Ərəb musiqisini qarışdıraraq musiqi yaradan sənətkardır. Onlar əkiz qardaşı Berk ilə YouTube-də "Evler Önü Boyalı Direk" adlı mahnını oxuyub paylaşaraq tanınıblar. Bu video 2008-ci ilin may ayına kimi 10 milyon 800 min dəfə, albom etdikdən sonra çəkdirdikləri kliplər isə 6 milyon 850 min dəfə izlənilib, lakin onların videoları 2008-ci ilin avqustunda silinib. İlk albomları olan "Kısmet"-də cəmi 10 mahnı var. Onlar Berk imzası olan mahnılarla yanaşı, xalq mahnılarını da flamenko ilə qarışdıraraq alboma daxil ediblər. Debüt etdikdən sonra TRT1 ekranlarında "Boyalı Direk" adlı musiqili və söhbət proqramına ev sahibliyi ediblər.
Öyrədici mətnlər
Məlumat mətnləri — məlumat vermək, düşünmək, istiqamətləndirmək, xəbərdarlıq etmək, fikirləri dəyişdirmək, xəbər vermək və ya nəyisə təbliğ etmək məqsədi ilə yazılmış mətnlərdir. Belə mətnlər məşğul olduqları janrlara görə fərqlənir. Məlumat mətnlərində dil istinad funksiyasına malikdir. Deyilməsi çətin olan və məzmun təkrarları ilə cümlələrin gedişatını pozan sözlər təlimat mətnlərinə daxil edilmir. Verilən məlumatlar müxtəlif səbəblər göstərilməklə qəbul edilməyə çalışılır. Ritorik və məcazi mənalara çox üstünlük verilmir. Məqalələr, lətifələr, esselər, tənqidlər, xatirələr, tərcümeyi-halı, nitq, məktub, deyim, müsahibə, səyahət yazısı və xəbər məqaləsi kimi mətnləri bura aid etmək olar. Elmi mətnlər - Elmi araşdırmaların obyektiv, mənbəli və aydın bir dillə izah edildiyi mətnlərdir. Qəzet ətrafında hazırlanmış mətnlər - Məqalə, anekdot, inşa, tənqid, söhbət, müsahibə, xəbər məqalələri Şəxsi həyatla bağlı mətnlər - Memuar, səyahət yazısı, bioqrafiya, avtobioqrafiya, məktub, gündəlik Fəlsəfi mətnlər - Fəlsəfi mövzular və varlıq, bilik, əxlaq, gerçəklik kimi mövzular əhatə olunur. Tarixi mətnlər - Bunlar tarixi hadisələrin müzakirə edildiyi və izah edildiyi mətnlərdir.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir... Qanlı yumruq 8: Öldürməyə öyrədilən — Internet Movie Database saytında.
"Kosmosun öyrənilməsindəki xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. == Tərifi == Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
Fakihe Öymen
Fakihe Öymen (1900, Şkoder – 6 aprel 1983, İstanbul) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentlərində İstanbul seçki dairəsinin, 8-ci parlamentində isə Ankara seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Şəxsi həyatı və təhsili == Fakihe Öymen 1900-cü ildə o zamanlar Osmanlı imperiyasının tərkibində olan Albaniyanın Şkoder şəhərində, İsmayıl və Əzizənin ailəsində anadan olub. O İstanbulda böyümüş və orta təhsilini İstanbuldakı qız müəllim məktəbində tamamlamışdır. Öymen ali təhsilini əvvəlcə İstanbuldakı İnas darülfünununun ədəbiyyat şöbəsində, daha sonra isə İstanbul darülfünununun coğrafiya şöbəsində alıb. Öymen ailəli idi və iki uşağı var idi. O, fransız dilini bilirdi. Fakihe Öymen 6 aprel 1983-cü ildə Ankarada vəfat etmişdir. O, Ankaradakı Cəbəci Əsri qəbiristanlığında dəfn edilib. == Karyera == === Pedaqoloji fəaliyyəti === Öymen 1922-ci ildə Kandilli qız liseyində coğrafiya müəllimi kimi işləməyə başlayıb, 1923-cü ildə Bursa müəllimlər kollecində tarix və coğrafiya müəllimi olub, bir il sonra isə həmin məktəbin direktor müavini təyin olunub.

Digər lüğətlərdə