özüyeriyən

sif. automot//eur, -rice, autopropulsé, -e adj

özüyazan
P
OBASTAN VİKİ
Özüyeriyən artilleriya
Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir. Əvvəllər özüyeriyən artilleriya qurğularının kateqoriyasına hücum topları və tank əleyhinə texnikalar da daxil edilirdi. Bu texnikalar əslində piyada qoşunlara atəş dəstəyi saxlamaq məqsədilə yaradılmış, lakin sonradan tank əleyhinə texnika kimi də istifadə olunmağa başlamışdır. Hal-hazırda özüyeriyən artilleriya sistemləri tanka xarici görünüş cəhətdən bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmirlər. Sahib olduqları zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir. Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır. Artilleriyanın genişmiqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək ehtiyacı ilə əlaqədardır. Belə bir dəstək düşmən hücumunun tempini aşağı salmağa, bəzən dayandırmağa, yenidən qruplaşma keçirməyə və düşmənin müdafiə olunan mövqelərinə hücumu asanlaşdırmağa imkan verir.
Özüyeriyən haubitsa
Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər. Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər. Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır. Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir.
M109 (özüyeriyən artilleriya qurğusu)
M109 ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır. M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi. İstehsalçı: ABŞ İstehsalçı firma: General Motors Tip: Özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1991 – 2003 Xidmətə giriş ili: 1992 – günümüz Ekipaj: 4–6 nəfər İstehsal sayı: 969 ədəd == Ölçülər == Ağırlığı: 28.8 ton Uzunluğu: 6.8 m Lülə daxil olmaqla: 9.67 m Lülənin uzunluğu: 7.2 m Eni: 3.14 m Hündürlüyü: 3.62 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 32 mm-lik yayılmış alüminium == Performans == Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.1 m Xəndək keçmə: 1.8 m Divar dağıtmaq: 0.55 m Qalxma dərəcəsi: 30º Motor: Detroit Diesel 8V71T dizel At gücü: 405 at gücü Maksimal sürət: 65 km/saat Mənzili: 350 km Dayandırılması: fərdi burulma bar və hidravlik amartizatorlar == Silahlanma == Əsas silahı: 155 mm "L39" haubitsa Kalibr: 155 mm Lülənin qalxma bucağı: −3º… +75º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 827 metr/saniyə Atış tezliyi: 1–4 atış/dəqiqədə Atəş məsafəsi: 24 km Maksimal atəş məsafəsi: 30 km Mərmi sayı: 39 ədəd 12.7 mm "M2 Browning" pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12,7×99 mm Atış tezliyi: 485–635 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.8 km Maksimal atəş məsafəsi: 6.7 km Mərmi sayı: 500 ədəd == İstifadə edən ölkələr == M109A6 "Paladin" özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə — M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir.
Özüyeriyən zenit-raket kompleksi
Özüyeriyən hava hücumundan müdafiə sistemi, hava hücumlarından müdafiə xüsusiyyətlərinə malik olan bir mobil texnikadır. Özüyeriyən hava hücumundan müdafiə sistemi, ümumilikdə, avtomatik toplar, daha böyük silahlar, döyüş raketləri və ya daha uzun mənzilli döyüş raketlərindən istifadə edir. İstifadə edilən platformalar adətən, yük maşınları, zirehli transportyor və tanklar kimi ağır döyüş texnikalarıdır.
Aviadesant özüyeriyən artilleriya qurğusu
Aviadesant özüyeriyən artilleriya qurğusu — müxtəlif hava zirehli texnikası. Bu, aviadesant qoşunlarının ehtiyaclarını qarşılamaq üçün dizayn edilmişdir, hava ilə daşınır və desant əməliyyatı ilə yerə endirilir. Daha nadir hallarda düşmən aerodromunu və ya eniş sahəsini ələ keçirdikdən sonra nəqliyyat təyyarəsi tərəfindən çatdırılır. Aviadesant özüyeriyən artilleriya qurğusunun əsas tətbiq sahəsi düşmənin zirehli texnikasının məhv edilməsi və düşmənin atəş silahlarının qarşısının alınmasıdır.
389-cu özüyeriyən-artilleriya qvardiya alayı
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.
389-cu özüyeriyən-artilleriya qvardiya polku
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.

Digər lüğətlərdə