1. Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda).
– [Nağılların qəhrəmanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib vuruşar, hər cür çətin şeyə qalib gələrdilər.
□ Əjdaha kimi… – təşbeh məqamında.
Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq nərə vurmağa başladı.
[Həmzə:] Üç nəfər əjdaha kimi oğlum var.
2. məc. Çox qüvvətli, iri, heybətli, qorxmaq bilməyən adam haqqında; pəhləvan. O, lap əjdahadır. – [Aslan bəy:] …Əjdahadır, əjdaha.
Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm…
Səmədin gözünə əvvəl əjdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi.
[Mirzə Cəmil:] Ataşı Kəngərli kimi əjdahaya tuş elədim.
◊ Əjdaha bürcü astr. – Böyük Ayı bürcü ilə Kiçik Ayı bürcü arasında, göyün şimal yarımkürəsində olan bürc.