Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi.
== Həyatı ==
Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu.
23 yanvar 2015-ci ildə vəfat etmişdir.