Cəhrədə ip əyirərkən əldə tutulan yun dəstəsinə əlçim deyilir. Buradakı -çim “tutam”, “dəstə” mənasını verən müstəqil sözdür (şəkilçi deyil). Həmin kəlmə otun kökü ilə torpağın birləşməsindən ibarət dəstə mənasında da işlədilir (şırımın dəhnəsinə çim qoyurlar). Çimdik sözü də buradandır. “İki barmağın tutumu” deməkdir. Deməli, əlçim –“bir əl tutumu” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)