Elman Babayev (əsgər)

Elman Telman oğlu Babayev (1 noyabr 1994, Padar, Oğuz rayonu29 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elman Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1994(1994-11-01)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 2020(2020-09-29) (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2013-2014 / 2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Elman Babayev 1 noyabr 1994-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2012-ci ildə təhsilini başa vurmuşdur. Ailəli idi, 2 övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elman Babayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elman Babayev 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Elman Babayev sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.[1] Elman Babayev oktyabrın 4-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2022-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.