Elnur Mirsiyab oğlu Vəliyev (30 avqust 1999; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Beyləqan rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Təzəkənd |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2017—2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur.[1] 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışmışdır. Subay idi.
Elnur Vəliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili Qoşunlarının sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətinə başlamışdır. Qəbələ və Şəkidə yerləşən "N" saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. Elnur Vəliyev 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Vəliyev 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan həlak olmuşdur. Bir müddət neytral zonada qalan nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Elnur Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]