Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. == Ümumi məlumat == Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı == Tarixi == Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. == Səbəbləri == Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər == Əlamətləri == Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2-3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. == İstinadlar == == Mənbə == Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Mədə xərçəngi
Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş. == Yaranma səbəbləri == Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir.
Mədə qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Mədə-bağırsaq qanaxmaları
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
"Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.
"Kino-Mədənçi" Studiyası
== Tarixi == 1924-cü ildə kinematoqrafın maddi bazasını möhkəmləndirmək məqsədilə Dağ-Mədən Fəhlələri Şurası və Dövlət Kinofabrikası "Kino-Qornyak" birgə müəssisəsini yaratdı. Sənədli filmlərlə yanaşı "Kino-Mədənçi" AFKİ ilə birlikdə 2 bədii film də istehsal etdi: "Mədənçi-Neftçi İstirahətdə və Müalicədə" (1924), "Əvəz-əvəzə" (1925). Kino-Mədənçi sərbəst şəkildə 3 il fəaliyyət göstərir və 1927-ci ildə Dövlət Kinofabrikinin tərkibinə qatılır. == Filmoqrafiya == 1 may 1925-ci il (film, 1925) (qısametrajlı sənədli film) 1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925) (qısametrajlı sənədli film) Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925) Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925) Belçika fəhlə nümayəndə heyəti Bakıda (film, 1926) Əvəz-əvəzə (film, 1925) Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 28.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası (qısaca "Simurq" AMA) — Azərbaycan Respublikasında mədəniyyət sahəsində yeni tipli çoxsahəli ilk qeyri-hökumət təşkilatıdır. == Yaranma tarixi == 1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir. == Assosiasiyanın rəmzi == "Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır. == Təsisçiləri və üzvləri == "Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər. Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir.
ABŞ mədəniyyəti
ABŞ mədəniyyəti (ing. Culture of the United States) və ya Amerika mədəniyyəti (ing. Culture of America) — Amerika Birləşmiş Ştatlarında mədəniyyət. ABŞ bir çox mədəniyyətə, müxtəlif etnik qruplara, ənənələrə və dəyərlərin geniş müxtəlifliyinə ev sahibliyi edir. Yerli amerikalılar, havaylılar və alyaskalılardan başqa, demək olar ki, bütün amerikalılar və ya onların əcdadları son beş əsrdə məskunlaşıb və ya immiqrasiya edib. Hakim Amerika mədəniyyəti əsasən Afrikalı kölələrin gətirdiyi ənənələr kimi digər mənbələrin təsirləri ilə Avropalı immiqrantların ənənələrindən törəmiş Qərb mədəniyyətidir. Asiyadan və xüsusilə Latın Amerikasından olan ən son immiqrasiya həm homogen əritmə qazanı, həm də immiqrantlar və onların nəsillərinin fərqli mədəni xüsusiyyətlərini qoruyub saxladığı heterogen salat kasası kimi təsvir edilən mədəni qarışığa əlavə edilmişdi. Əsas Amerika mədəniyyəti protestant Britaniya kolonistləri tərəfindən yaradılıb və əldə edilən xüsusiyyətlərin nəsillərə ötürülməsi və asimilasya ilə immiqrantlara köçürülməsi ilə sərhədyanı yaşayış məntəqəsi prosesi ilə formalaşmışdır. Amerikalılar ənənəvi olaraq güclü iş etikası, rəqabət qabiliyyəti və fərdiyyətçiliyə, habelə azadlığın, bərabərliyin, xüsusi mülkiyyətin, demokratiyanın, qanunun aliliyinin və məhdud hökumətin üstünlüyünü vurğulayan bir "Amerika kredosu"na birləşən inanc ilə xarakterizə olunurlar. Amerikalılar qlobal standartlara görə son dərəcə xeyirxahdırlar.
Abaşevo mədəniyyəti
Abaşevo mədəniyyəti — Rusiya Federasiyasının Orta Volqaboyu, əsasən, indiki Mari El, Çuvaşıstan və Başqırdıstan respublikaları ərazilərində e. ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin birinci yarısında yayılmış Son Tunc dövrü mədəniyyəti. Abaşevo mədəniyyətinə aid kurqanlar ilk dəfə 1925-ci ildə Çuvaşıstan Respublikasının Abaşevo kəndi yaxınlığında V.F.Smolin tərəfindən tədqiq edilmişdir. Kurqanlarda ölülər arxası üstə, dizləri bükülmüş vəziyyətdə dəfn olunmuşlar. Qəbirlərdən həndəsi naxışlı gil qablar, mis və bürünc bəzək əşyaları tapılmışdır. Daşdan, misdən və ev heyvanlarının sümüklərindən hazırlanmış əmək alətlərinin aşkar edilməsi Abaşevo mədəniyyətinin yayıldığı ərazidə tayfaların ovçuluq, balıqçılıq, maldarlıq, əkinçilik və metal emalı ilə məşğul olmasından xəbər verir. Qaliç dəfinəsində bürüncdən düzəldilmiş ilahi fi qurları aşkar edilmişdir. Burada həmçinin kərtənkələ fiqurları, baltalar, xəncərlər, bıçaqlar və qolbaqlar tapılmışdır. Bu əşyalardan dini ayinlər zamanı istifadə edildiyi ehtimal olunur.
Abxaziya mədəniyyəti
Abxaziya (Abxazca: Аҧсны Apsny, Gürcücə: აფხაზეთი Apkhazeti ya da Abkhazeti, Rusca: Абха́зия Abxaziya) Qara dənizin şərq sahilində, Cənubi Qafqazın şimal-qərbində yerləşən de-fakto müstəqil və qismən tanınan bir ölkədir. Şimal tərəfdən Rusiya, şərqdən Gürcüstan ilə əhatə olunmuş ölkə Rusiya, Nikaraqua, Venesuela və faktiki olaraq müstəqil olan Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınmışdır. Abxaziya Respublikası Hökumətinin idarə mərkəzi Suxumidir. == Din == Pravoslav xristianlar və sünni müsəlmanlar Abxaziyanın dindar əhalisinin (bütün etnik qruplar daxil olmaqla) əksəriyyətini təşkil edir. Abxaziyada yaşayan ermənilərin əksəriyyəti Erməni Apostol Kilsəsinə mənsubdur. Ancaq əksər xristianlar və ya müsəlmanlar dini vəzifələrini yerinə yetirə bilmirlər. Yəhudilər, Yehovanın Şahidləri və yeni dinlərə inananlar çox azdır. Bu haqda rəsmi formada verilmiş heç bir fərman qüvvədə olmasa da, Yehovanın Şahidləri təşkilatı 1995-ci ildən qadağan edilib. Gürcüstan konstitusiyalarına görə, Abxaziya Muxtar Respublikası və de-fakto olaraq müstəqil olan Abxaziya Respublikasında bütün dinlərə mənsub olan insanlar (eləcə də ateistlər) qanun qarşısında bərabər hüquqlara malikdirlər. Abxaziya müharibəsindən bəri Gürcü Ortodoks Kilsəsi regionda fəaliyyət göstərə bilmir.
Afanasyev mədəniyyəti
Afanasyev Mədəniyyəti — Orta Asiyadakı Tunc dövrünə aid türk mədəniyyət mühitlərindən biridir. Bu mədəniyyət e.ə. 3300-cü ildən e.ə. 1700-cü ilə qədər davam etmişdir. Sayan-Altayın dağlıq hissəsində mis karxanalarının izləri aşkar edilib. Metal emalı ilə bağlı ilk mədəniyyət Afanasyev mədəniyyəti adlanır. Tarixçilər bu mədəniyyətin Volqa-Ural və e.ə. III–II minilliyin başlanğıcında Qara dəniz və Xəzər çölləri tayfalarının mədəniyyətləri ilə anoloji olduğunu söyləyirlər. Antropoloji əlamətlərinə görə, afanasyevçilər Avrasiyanın avropoid tayfalarının Şərq ucqarı hesab olunur. Arxeoloji tədqiqatlar çaxmaq daşından hazırlanmış ox ucları, mis bıçaq və sırğalar, metal qab — qacaq və müxtəlif alətlər, at və qoyun sümüklərinə dair müxtəlif tapıntı və dəlillər bu mədəniyyətin mövcudluğundan bizə çatan əsərlərdir .
Afrika mədəniyyəti
Afrika mədəniyyəti — XIX əsrin sonunadək Afrika xalqlarının incəsənəti lazımınca öyrənilməmişdir. Benin İngiltərə tərəfindən 1897-ci ildə zəbt edildik dən sonra xeyli miqdarda tunc və fil sümüyündən ibarət kolleksiya əldə edilmişdi. XX əsrin əvvəllərində Fro Benius Afrika incəsənətini elmi cəhətdən öyrənməyə başladı. Dövrümüzədək çatmış petro-qliflər və qayaüstü rəngkarlıq Cənubi Afrikada Əjdaha drında Ukhalambada Lesotoda, Namibiyada Brandberq və Tvifelfonteyn, Botsvanada Teodilo, Zimbabvedə Matopos, Malavidə Dedza-Çonqoni, Zambiyada Kasama; Tanzaniyada Kondoa-İranqi, Mozambikdə Manika əyaləti; Əlcəzairdə Böyük Səhra Atlası, Tell-Atlas, Tassilin-Adcer, Malidə Adrar-İforas ən qədim incəsənət nümunələridir. Cənubi Afrikanın ən qədim qayaüstü təsvirləri 27,5 min il əvvələ, sonuncuları isə 20 əsrin əvvəllərinə aiddir. Təsvirlər, əsasən, Cənubi Afrikanın cənub-şərqində, cənubunda və cənub-qərbində, petro-təsvirlər yaranmış, kompozisiya mürəkkəbləşmiş, nəqlilik inkişaf etmişdir. İnsan və heyvan fiqurları düzxətli və əyrixətli üslubda işlənmişdir. Bəzi fiqurlar şərti işarə səciyyəsi daşıyır. Təsvirlər Liviya və ərəb yazıları ilə müşayiət olunmuşdur. Ən qədim heyvan təsvir ləri birrənglidir, sonradan iki və çoxrəngli, sxematikləşən Səyyar ovçuluq və yığıcılıqla məşğul olan xalqlarda, Şərqi və Cənubi Afrikanın maldarlıq və əkinçiliklə məşğul olan xalqları ara sında kiçik əşyalar (dəvəquşu yumurtaları və s.), fiqurlu keramika, dəri maskalar və qalxanlar üzərində naxışvurma sənəti geniş yayılmışdır.
Albaniya mədəniyyəti
Albaniya mədəniyyəti — Albaniyada və albanlar tərəfindən formalaşmış mədəniyyət. == Dil == == Musiqi == == Ədəbiyyat == == Teatr == Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır. 1960-cı illərdən teatrların repertuarına alban dramaturqlarının əsərləri ilə yanaşı, Çin yazıçılarının da pyesləri daxil edilmişdir. Bir çox alban aktyor və rejissor SSRİ-də təhsil almışdır. 1959-cu ildə Tiranada ali aktyor məktəbi yaradılmışdır.
Amasra mədən qəzası
Amasra mədən qəzası — 14 oktyabr 2022-ci il tarixində Bartının Amasra ilçəsində Türkiyə Daşkömür İdarəsinin Amasra Müəssisə Müdirliyinə bağlı mədəndə baş vermiş qəza. Mədəndə yerin altında qalan 110 işçidən 42-sinin ölümü ilə Türkiyənin ən ölümcül iş və mədən qəzalarından biri olmuşdur. Partlayış günü verilən açıqlamaya görə, qəzanın qaz partlayışı nəticəsində baş verib və partlayışın səbəbləri araşdırılır. İçəridə heç kim qalmadığından axtarış-xilasetmə işləri oktyabrın 15-də başa çatıb. == Fon == Məlum olub ki, mədən hadisə baş verməmişdən 9 gün əvvəl Türkiyə Hesablama Məhkəməsi tərəfindən yoxlanılıb. == Qəza == Partlayış 18:15-də (Türkiyə saatı) baş verib və partlayışdan bir neçə saat sonra mədəndə yanğın baş verib. Partlayış zamanı mədəndə 110-a yaxın işçi olub və onların demək olar ki, yarısı 300 metr dərinlikdə olub. Prezident Rəcəb Tayyib Ərdoğan 41 nəfərin həyatını itirdiyini, 28 nəfərin isə öz imkanları ilə xilas edildiyini açıqlayıb. Səhiyyə naziri Fəxrəddin Qoca 11 nəfərin xilas edilərək xəstəxanada müalicə olunduğunu bildirib. Bəzi məlumatlarda 5 nəfərin 350 metrdən, 44 nəfərin isə 300 metrdən aşağıda işlədiyi bildirilir.
Amrat mədəniyyəti
Amrat mədəniyyəti və ya I Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 4000 və 3500 il əvvəl mövcud olmuş və enolit mərhələsinə aid edilir. == Ümumi məlumat == Bu mədəniyyət adını ilk aşkar olunduğu yerdən, yəni tarixi Yuxarı Misir ərazisində yerləşən əl-Amradan götürmüşdür. Naqada (Nakada) arxeoloji qazıntı arealında həm Amrat, həm də ondan sonrakı dövrdə mövcud olan Qerzey mədəniyyətinə aid olan artefaktlar tapılmışdır. Buna görə onlar həmçinin I Naqada və II Naqada adlandırılırlar. Amrat insanları əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmuş, qonşularla ticarət aparmışlar. Amratlılar qədim misirlilərin əcdadları hesab olunurlar.. == Arxeoloji abidələr == Aparılan tədqiqatlar nəticəsində amrat kəndlərinidə gildən ev qalıqları tapılmışdır. Qerzek mədəniyyətində bu cür tikinti qaydası daha da inkişaf edəcəkdi. Ən çox əldə edilən tapıntı saxsı qablar idi ki,onların üzərində naxışlara rast gəlinir.
And mədəniyyəti
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət. == Tarixi == And mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. «İnka» -terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200-1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi.
Andeqraund mədəniyyəti
Yeraltı mədəniyyət və ya anderqraund mədəniyyət (ing. underground — yeraltı) — müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusu. Yeraltıya qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. Yeraltı ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir yeraltı olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. Yeraltı, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur. Yeraltı cəmiyyətdə qəbul edilən siyasi, əxlaqi və etik istiqamətləri və davranış stereotiplərini rədd edir və tez-tez pozur, gündəlik həyatda yeni davranış modelləri tətbiq edir. Amerika və Avropa yeraltılarının tipik mövzuları "cinsi inqilab", narkotik, din əleyhinə, marjinal qrupların problemləridir. == Tarixi == Bu termin XX əsrin ikinci yarısında yaranıb və istifadə olunmağa başlayıb. Ekstremal və avangard metal və grunge kimi rok musiqisinin bəzi növləri yeraltı olaraq təsnif edildi. Hip-hopun bu anlayışı gi-funk və gangsta rap-ə aid edilə bilər.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arif Mədətov
Arif Mədətov (filoloq)
Arif Mədətov (I)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Arif Mədətov (aktyor)
Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Mədətov (filoloq)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Arxeoloji mədəniyyət
Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin. == Haqqında == Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanın və xalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir. == Azərbaycanda arxeoloji mədəniyyətlər == Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. I cild, səh.416.
Asif Mədədov
Asif Nəsir oğlu Mədədov (1 iyun 1988, Kolxəlfəli, Ağstafa rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Mədədov 1988-ci il iyunun 1-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1994–2005-ci illərdə Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Asif Mədədov 2006–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asif Mədədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Mədədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Mədədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Atababa Mədətzadə
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Avropada maarifçilik dövrü mədəniyyəti
Avropanın Mədəniyyət Paytaxtı
Avropanın mədəniyyət paytaxtları — Avropa Birliyinin təşəbbüsü. Hər il qitənin bir şəhəri onun mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir. Avropanın mədəniyyət mərkəzi elan edilməsi həmin şəhərə əlavə maliyyə vəsaitləri yönəldir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Məsələn, Portunun (Portuqaliya) mədəniyyət paytaxtı elan edilməsi orada gözəl bir Portu Musiqi Evinin inşasına səbəb oldu. Avropanın birinci mədəniyyət paytaxtı Avropa Birliyi tərəfindən 1985-ci ildə Afina elan edilib. Sonradan anoloji olaraq 1990-cı illərin axırlarından Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi. == Avropanın mədəniyyət paytaxtlarının siyahısı == 1985: Afina, Yunanıstan 1986: Florensiya, İtaliya 1987: Аmsterdam, Niderland 1988: Qərbi Berlin, Almaniya 1989: Paris, Fransa 1990: Qlazqo, Böyük Britaniya 1991: Dublin, İrlandiya 1992: Madrid, İspaniya 1993: Antverpen, Belçika 1994: Lissabon, Portuqaliya 1995: Lüksemburq (şəhər), Lüksemburq 1996: Kopenhagen, Danimarka 1997: Saloniki, Yunanıstan 1998: Stokholm, İsveç 1999: Veymar, Almaniya 2000: Avinyon, Fransa, Bergen, Norveç, Bolonya, İtaliya, Brüssel, Belçika, Helsinki, Finlandiya, Krakov, Polşa, Praqa, Çexiya, Reykyavik, İslandiya, Santyaqo-de-Kompostela, İspaniya 2001: Porto, Portuqaliya, Rotterdam, Niderland 2002: Bryüqqe, Belçika, Salamanka, İspaniya 2003: Qras, Avstriya 2004: Genuya, İtaliya, Lill, Fransa 2005: Kork, İrlandiya 2006: Patrı, Yunanıstan 2007: Sibiu, Rumıniya, Lüksümburq (şəhər), Lüksemburq, ( Belçika, Almaniya, Fransa, Lüksemburq adından) 2008: Lverpul, Böyük Britaniya, Stavenger, Norveç 2009: Vilnüs, Litva, Lins, Avstriya 2010: Essen, Almaniya 2010: İstanbul, Türkiyə 2010: Peç, Macarıstan 2011: Turku, Finlandiya, Tallin, Estoniya 2012: Qimaraynş, Portuqaliya, Maribor, Sloveniya 2013: Marsel, Fransa, Koşise, Slovakiya 2014: Umeo, İsveç, Riqa, Latviya 2015: Belçika, Çexiya 2016: San Sebastian, İspaniya, Polşa 2017: Danimarka, Kipr 2018: Niderland, Malta 2019: İtaliya Matera, Bolqarıstan: 2020: Galway, İrlandiya, Rijeka, Xorvatiya 2021: Timișoara, Rumıniya, Novi Sad, Serbiya == Mənbə == Mittag, Jürgen (Hg.): "Die Idee der Kulturhauptstadt Europas. Anfänge, Ausgestaltung und Auswirkungen Europäischer Kulturpolitik." Essen 2008.
Avropanın mədəniyyət paytaxtları
Avropanın mədəniyyət paytaxtları — Avropa Birliyinin təşəbbüsü. Hər il qitənin bir şəhəri onun mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir. Avropanın mədəniyyət mərkəzi elan edilməsi həmin şəhərə əlavə maliyyə vəsaitləri yönəldir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Məsələn, Portunun (Portuqaliya) mədəniyyət paytaxtı elan edilməsi orada gözəl bir Portu Musiqi Evinin inşasına səbəb oldu. Avropanın birinci mədəniyyət paytaxtı Avropa Birliyi tərəfindən 1985-ci ildə Afina elan edilib. Sonradan anoloji olaraq 1990-cı illərin axırlarından Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi. == Avropanın mədəniyyət paytaxtlarının siyahısı == 1985: Afina, Yunanıstan 1986: Florensiya, İtaliya 1987: Аmsterdam, Niderland 1988: Qərbi Berlin, Almaniya 1989: Paris, Fransa 1990: Qlazqo, Böyük Britaniya 1991: Dublin, İrlandiya 1992: Madrid, İspaniya 1993: Antverpen, Belçika 1994: Lissabon, Portuqaliya 1995: Lüksemburq (şəhər), Lüksemburq 1996: Kopenhagen, Danimarka 1997: Saloniki, Yunanıstan 1998: Stokholm, İsveç 1999: Veymar, Almaniya 2000: Avinyon, Fransa, Bergen, Norveç, Bolonya, İtaliya, Brüssel, Belçika, Helsinki, Finlandiya, Krakov, Polşa, Praqa, Çexiya, Reykyavik, İslandiya, Santyaqo-de-Kompostela, İspaniya 2001: Porto, Portuqaliya, Rotterdam, Niderland 2002: Bryüqqe, Belçika, Salamanka, İspaniya 2003: Qras, Avstriya 2004: Genuya, İtaliya, Lill, Fransa 2005: Kork, İrlandiya 2006: Patrı, Yunanıstan 2007: Sibiu, Rumıniya, Lüksümburq (şəhər), Lüksemburq, ( Belçika, Almaniya, Fransa, Lüksemburq adından) 2008: Lverpul, Böyük Britaniya, Stavenger, Norveç 2009: Vilnüs, Litva, Lins, Avstriya 2010: Essen, Almaniya 2010: İstanbul, Türkiyə 2010: Peç, Macarıstan 2011: Turku, Finlandiya, Tallin, Estoniya 2012: Qimaraynş, Portuqaliya, Maribor, Sloveniya 2013: Marsel, Fransa, Koşise, Slovakiya 2014: Umeo, İsveç, Riqa, Latviya 2015: Belçika, Çexiya 2016: San Sebastian, İspaniya, Polşa 2017: Danimarka, Kipr 2018: Niderland, Malta 2019: İtaliya Matera, Bolqarıstan: 2020: Galway, İrlandiya, Rijeka, Xorvatiya 2021: Timișoara, Rumıniya, Novi Sad, Serbiya == Mənbə == Mittag, Jürgen (Hg.): "Die Idee der Kulturhauptstadt Europas. Anfänge, Ausgestaltung und Auswirkungen Europäischer Kulturpolitik." Essen 2008.
Avstriya mədəniyyəti
Bu günkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bugünkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır. == Adı == Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır).
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. == Mədən sənayesi == Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir. Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su). Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Zədə
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. == Ədəbiyyat == Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. == Həyatı == Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Hicri Dədə
Hicri Dədə (1881, Kərkük, Mosul vilayəti – 11 dekabr 1952, Kərkük) — “Kərkük” qəzetinin baş yazarı, təzkirəçi, şair. == Həyatı == Hicri Dədə 1877-ci ildə Kərkükün Çay məhəlləsində anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Həmçinin, Molla Qabilzadədən ədəbiyyat dərsləri alan Hicri Dədə boş vaxtlarında şeirlər də yazmışdır. 1912-ci ildə Piryadi məhəlləsində yerləşən məsciddə ərəbcə yazılan məscidin kitabını oxuyarkən yazdığı "Nemə lazım" şeirini söyləyir və mədrəsə təhsilini yarımçıq qoyaraq özünü şeir və ədəbiyyata həsr edir. Təxminən, 1920–1922-ci illərdə ailə həyatı qurmuş və bu evlilikdən iki qız, iki oğul övladı dünyaya gəlmişdir. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir..
Hədə-qorxu
Hədə-qorxu — şəxsin bədən xəsarəti almaqdan qorxmasına səbəb ola biləcək qəsdən edilən davranış. Zərərçəkmişin həqiqətən də qorxmuş olduğunu sübut etməyə ehtiyac yoxdur.
Mədət Quliyev
Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini (2023-cü ildən). == Həyatı == Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir. Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur. Rus, ingilis, alman və türk dillərini bilir. === Ailəsi === Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır; 1983-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətə başlamışdır; 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır; 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına rəğmən, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməyinə nail olmuşdur.
Mədət Qənbərov
Mədət Əzim oğlu Qənbərov (26 sentyabr 1995; Ağdam rayonu, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Mollalar kəndindəndir. Kənd işğal olunduqdan sonra Mədətin ailəsi məcburi köçkün həyatı sürmüşlər. Mədət Qənbərov 2001-2012-ci illərdə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbdə və Ağdam rayon İmamqulubəyli qəsəbə tam orta məktəbdə təhsil almışdır. 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışmışdır. Subay idi. == Hərbi xidməti == Mədət Qənbərov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir.
Mədət Xankişiyev
Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli, Cəlilabad rayonu – 18 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, məzun olduqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Mədət 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra Kiçik gizir olaraq xidmətə başlıyıb. Bir müddətlik xidmətdən sonra o, Gizir rütbəsini alıb. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarası nəticəsində ağır yaralanmışdır və həlak olmuşdur.
Mədət Xələfov
Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978). == Həyatı == Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir. Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir. == Fəaliyyəti == Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir. Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Mədət İsgəndərov
Mədət Əli oğlu İsgəndərov — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mədət Əli oğlu İsgəndərov 1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqranom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad şəhəri) aspiranturasına daxil olmuşdur. == Elmi fəaliyyəti == M.Ə.İsgəndərov 1935-ci ildə aspiranturanı bitirmiş və elmlər namizədi dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 1935-37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri, 1937-1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. M.Ə.İsgəndərov 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir.
Məmə zəlzələsi
Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü. == Səbəbləri == 2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi: "Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır". Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər. Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb.
Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim. == Həyatı == Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir. Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur. Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
Petra Mede
Petra Mede 7 mart 1970, Stokholm) — İsveçin tanınmış komediyaçı, televiziya aparıcısı. Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı. Petra Mede eyni zamanda İsveçin Stokholm şəhərində keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində Mons Selmerlöv ilə birlikdə aparıcı olub.
Medye
Macarıstan — 19 medye və şəhərə bölünmüşdür (mac. megyék, tək halda: megye — qraflıq). Müasir inzibati bölmə 1950-ci ildə tətbiq olundu. Medye isə 175 yaraşa bölünür (mac. járások, tek: járás). Paytaxt Budapeşt 23 rayona (mac. kerületek, tək: kerület) bölünür.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Rede
Rede (alm. Rhede‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 78.65 km2, əhalisi 19293 nəfərdir (2006).
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Baranya (medye)
Baranya (mac. Baranya, xorv. Baranja, serb. Барања) — Xorvatiya sərhədində Cənubi-Zadunay ərazisində yerləşən Macarıstan medyesi. Medyenin cənub sərhədi Dunay dağının şərqi sərhədi Drava çayı boyunca keçir. İnzibati mərkəzi — Peç. Baranya Şomod, Tolna və Baç-Kişkun medyeləri ilə sərhəddir. == Coğrafiyası == Medyenin şimalında meşə ilə örtülü dağlar, cənubda və şərqdə düzənliklər vardır. Macarıstan kömür yataqlarının 98% -i çoxlu istilik yaylarıdır. == Tarixi == Qədim dövrlərdən bəri medyenin ərazisində yerləşdirilib.
Bekeş (medye)
Bekeş (mac. Békés) — Macarıstanın medyesi, Rumıniya ilə sərhəddə Cənubi Alföldə yerləşir . İnzibati mərkəzi — Bekeşçaba. Həmçinin Yas-Nadkun-Solnok, Çonqrad və Xaydu-Bixar medyeləri ilə sərhəddir. == Demoqrafiya == 2001-ci ilin əhalinin siyahıya alınması nəticəsində 392 nəfər təşkil edirdi. Əhalinin 60 % çoxu şəhər şəraitində yaşayır. Dominant millət - macarlar. Onlardan əlavə slovaklar (təx. 7000), qaraçılar (5000), rumınlar (4000), almanlar (1500) və serblər (400) yaşayırlar. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi.
Dede Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir.
Depeche Mode
Depeche Mode (azərb. Depе́ş mod‎) — 1980-ci ildə Bazildon şəhərində (Esseko qraflığı) yaradılmış Britaniya musiqi kollektivi. Qrup Composition Of Sound adı ilə Endi Fletçer, Vins Klark, Martin Qor tərəfindən yaradılıb, daha sonra isə fransız moda jurnalı olan Depeche Mode adının alıb. Bu qrup elektron musiqi, rok-musiqi janrlarında öz stilini yaratmışdır. Dünyanın ən çox uğur qazanmış və ən uzunmüddətli fəaliyyəti olan qruplardan hesab edilir.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.