Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli, Cəlilabad rayonu – 18 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mədət Xankişiyev | |
---|---|
Mədət Vəkil oğlu Xankişiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çünzəli, Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tuğ, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Çünzəli, Cəlilabad rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xankişiyev Vəkil |
Anası | Xankişiyeva Sevil |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2019 – 2020 |
Rütbə | Gizir |
Vəzifəsi | Snayperçi |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2021 2021 2021 2020 |
Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, məzun olduqdan sonra hərbi xidmətə yollanmışdır.
Mədət 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra Kiçik gizir olaraq xidmətə başlıyıb. Bir müddətlik xidmətdən sonra o, Gizir rütbəsini alıb. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarası nəticəsində ağır yaralanmışdır və həlak olmuşdur.