çöl-səhra

çöl-səhra
çöl-düz
çölbuğdası
OBASTAN VİKİ
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Akkona (səhra)
Akkona (it. Accona) — İtaliyanın Siena vilayəti, Toksana regionunda yerləşən səhra. İllik yağıntının miqdarı 600 mm təşkil edir. İllik günəşli günlərin miqdarının çoxluğu və isti küləklər buxarlanmanı yüksək edir. İllik yağıntının miqdarı 22 °C təşkil edir. Orta əsrlərdə səhrada Monte-Oliveto-Macore monastrı inşa edilmişdir.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Gilli səhra
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra balakəkliyi
Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü. Nadirdir. (EN). Təhlükə altındadır. Regionda cinsin tək növüdür. Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil.
Səhra könlücəsi
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü. Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu). Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular. Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..
Səhra müşğülü
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Səhra qaysağı
Səhra qaysağı — Başlıca olaraq subtropik və tropik səhralarda süxurların və ya torpağın səthində əmələ gələn tavayaoxşar sıx və bərk qabıqdır.
Səhra qızılquşu
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Mavi səhra
Mavi səhra və ya Sinay sülh qovşağı — Sinay səhrasının Müqəddəs Ketrin yaxınlığındakı ərazisi.Burada bir sıra qayalar mavi rəngə boyanmışdır. Bu sənət əsəri 1980-ci ildə, 1979-cu ildə İsrail–Misir sülh müqaviləsinin imzalanmasından sonra belçikalı rəssam Jan Veramın sülh xətti çəkmək üçün Sinaya səfəri zamanı yaradılmışdır. Veram Misir prezidenti Ənvər Sədatın icazəsini almıış və Birləşmiş Millətlər Təşkilatından on ton boya qrant almışdır.
Səhra aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Səhra dənizi
Səhra dənizi — Böyük Səhrada yerləşən endoreik hövzələri Atlantik okeanı və ya Aralıq dənizindən gələn sularla doldurmağı təklif edən hipotetik makromühəndislik layihəsi. Bu həyata keçirilməmiş layihənin məqsədi Böyük Səhranın dəniz səviyyəsindən aşağıda yerləşən əhəmiyyətli sahələrini əhatə edəcək, rütubətli hava, yağış və kənd təsərrüfatını səhranın dərinliklərinə gətirəcək daxili dəniz yaratmaq idi. Belə bir layihənin mümkünlüyü XIX əsrin sonu və XX əsrin əvvəllərində müxtəlif alim və mühəndislər tərəfindən bir neçə dəfə qaldırılmışdır. Su basmış Böyük Səhra anlayışı dövrün romanlarında da yer alırdı. Səhra dənizi anlayışı ədəbiyyatda bir neçə dəfə, xüsusən də Jül Vernin son romanı olan "Dənizə hücum"da birbaşa Ruder və de Lessepsin planına istinad etmişdi. Su basmış Sahara səhrası ideyası Con Vindemin "Gizli xalq" əsərində də cərəyan edir. 2018-ci ildə çəkilmiş "Akvamen" filmində Böyük Səhra bir vaxtlar Atlant qəbiləsinin yaşadığı dəniz idi.
Səhra kraliçası
Səhra kraliçası (İngilis dilindəki əsl adı ilə: Queen of the Desert) — 2015-ci ildə Verner Hersoq tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş olan Amerika epik bioqrafik dram filmidir və film ingilis səyyahı, müəllifi, arxeoloqu, kəşfiyyatçısı, kartoqrafı və siyasi məmuru Gertrude Bellin həyatına əsaslanır. Film də Bellin iyirmi yaşından etibarən ölümünə qədər olan həyatı xronoloji ardıcıllıqla nümayiş etdirilir. Filmdə baş rolları Nikol Kidman, Ceyms Franko, Demian Levis və Robert Pattinson canlandırmışdırlar. Filmin çəkilişləri çoxlu gecikmələr və süjet xəttindəki problemlərindən sonra nəhayət 2013-cü ilin dekabr ayından etibarən başlamış və 2014-cü ilin mart ayına qədər Əlcəzair, İordaniya və İngiltərədə aparılmışdır. Film 65-ci Berlin Beynəlxalq Film Festivalının Əsas müsabiqə bölməsində nümayiş etdirilmiş və 6 fevral 2015-ci ildə premyerası baş tutmuşdur. 3 sentyabr 2015-ci ildə Almaniyada kinoteatrlarda nümayiş olunmuşdur. Film tənqidçilərdən əsasən mənfi rəylər almış və eyni zamanda böyük maliyyə müvəffəqiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, film 36 milyon dollarlıq istehsal büdcəsinə qarşı cəmi 2 milyon dollar gəlir əldə etməyə nail olmuşdur. Zəngin ingilis ailəsinin qızı olaraq dünyaya gəlmiş olan Gertruda Bell London elitasının sosial həyatı ilə maraqlanmır. Təmtəraqlı ziyafətlər, qəbullar və imtiyazlı həyat onun yalnız canını sıxır.