ÇƏRTMƏK I f. Yonmaq. Uşağın karandaşlarını çərtib özünə verdim.
ÇƏRTMƏK II f. Qan almaq məqsədilə ülgüclə bədənin müəyyən hissəsini kiçik düz xətlə yüngülcə kəsmək. Bu vaxt vəzir piy basmış kürəyini çərtən neştərin ilk təmasından azacıq diksindi (Ə.Məmmədxanlı).
ÇƏRTMƏK III f. Cücərmək. Pambıq cücərtisi təzəcə çərtirdi.