ÇALMAQ
ÇALPOV
OBASTAN VİKİ
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Fyodor Çalov
Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998, Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır. == Karyerası == Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur. Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Adi çalovcuq
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Dal üzük-çalovabənzər əzələ
Dal üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus posterior) — qırtlağın əzələsi. Dal üzük-çalovabənzər əzələlər qırtlaqdakı kiçik, cütləşmiş daxili əzələlərdir, krikoid qığırdaq arasında qırtlaqdakı aritenoid qığırdaqlara qədər uzanır.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Çalovabənzər qığırdaq
Calovabənzər qığırdaq (lat. cartilago arytenoidea) Prof.
Çalovcıq
Sümürgə (lat. Asplenium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinə aid bitki cinsi.
Çəp çalovabənzər əzələ
Çəp çalovabənzər əzələ (lat. musculus arytenoideus obliquus) — qırtlaq əzələsi.
Üzük-çalovabənzər oynaq
Üzük-çalovabənzər oynaq (lat. articulatio cricoarytenoidea) — qırtlağa aid oynaq. Üzük-çalovabənzər oynaq çalovabənzər qığırdağın əsasındakı lat. facies articularis cricoidea üzüyəbənzər qığırdağın səfhəsi üzərindəki lat. facies articularis arytenoidea ilı birləşməsindən əmələ gəlmişdir. Bu oynağın kapsulu nazikdir və arxa tərəfdən bir bağ — lat. lig. cricoarytenoideum posterius vasitəsilə möhkəmlənmişdir. Çalovabənzər qığırdaq bu oynaqda öz oxunun başına hərlənərək önə, arxaya, içəri və bayır tərəfə hərəkət edir.

Digər lüğətlərdə