ŞEYXÜLİSLAM

шейхулислам (духовный глава мусульман шиитов)
ŞEYX
ŞEYPUR
OBASTAN VİKİ
Şeyxülislam
Şeyxülislam (Ərəbcə: شيخ الإسلام, Šayḫ al-Islām) — qəbilə, tayfa başçılarına, görkəmli ilahiyyatçılara, dini fənlərin bilicilərinə və müdərrislərinə verilən fəxri ad, titul. XIII əsrdən sonra şeyxülislam məmlüklərin hakimiyyəti dövründə Misirdə və Suriyada nüfuzlu din xadimləri və üləmaların yüksək dini rütbəsinə çevrilmişdir. XVI əsrdə İstanbul müftisi bu adı daşımışdır. Bəzi müsəlman ölkələrində (Türkiyə, Pakistan və s.) şəriətin mahir biliciləri şeyxülislam adlanır. Şiələrin yayıldığı müsəlman ölkələrində (İran,İraq və s.) ən ali dini rütbələr — "Məərci ət-təqlid" (Təqlid olunmağa layiq), "Ayətulla əl-üzma" (Böyük Ayətullah), "Höccətül-islam"(İslamın dəlili, sübutu), müctəhid (səy göstərən, müstəqil dini fikir yürütmək hüququ olan) kimi ən yüksək rütbə və adlardan sonra ən nüfuzlu dini rütbədir. Fəlsəfə Ensklopedik Lüğəti. Bakı. 1997 səh. 501.
"Şeyxülislam" ordeni
Şeyxülislam ordeni — Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi ən ali dini mükafatdır. Ordenin ilk laureatı Heydər Əliyev olmuşdur. O, bu mükafatla vəfatından sonra — 21 oktyabr 2005-ci ildə təltif olunmuşdur.
Şeyxülislam (Məlikan)
Şeyxülislam (fars. شيخ الاسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (114 ailə).
Şeyxülislam (dəqiqləşdirmə)
Şeyxülislam
Təzəkənd Şeyxülislam (Məlikan)
Təzəkənd Şeyxülislam (fars. تازه كندشيخ الاسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (38 ailə).
Şeyxülislam Allahşükür Paşazadə
Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.
Şeyxülislam Fazil İrəvani
Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan – 1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır. 1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir.
Mehmed Ziyayəddin Əfəndi (şeyxülislam)
Mehmed Ziyayəddin Əfəndi (avqust 1847, Konstantinopol – 11 iyun 1918, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Sicil Dosyaları, nr. 247 Sicil Defteri, İstanbul Müftülüğü Meşihat Arşivi, VII, 33. İlmiyye Salnâmesi, s. 617–619. İbnülemin, Son Sadrıazamlar, IX, 1297–1299, 1403; XI, 1665, 1708, 1711. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 21, 23, 35–38. Ali Cevat, İkinci Meşrutiyetin İlânı ve Otuzbir Mart Hadisesi (haz. Faik Reşit Unat), Ankara 1960, s.
Şeyxülislam Axund Ağa Əlizadə
Ağa Cavad oğlu Əlizadə (d. 22 oktyabr 1871, Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – ö. 15 dekabr 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Demokratik Respublikasının (1918–1920) ilk Şeyxülislamı. Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir. 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi.
Şeyxülislam Axund Mirmehdi Həkimzadə
Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı. Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir. Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir. 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır.
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov
Axund Mirqəzənfər İbrahimov (1909, Bakı – 1979, Bakı) — Qafqaz müsəlmanlarının XI Şeyxülislamı. Ali dini təhsil almayan yeganə şeyxülislamdır. Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olmuşdur. Gəncliyində daha çox dünyəvi elmlərə meyl etmiş, gənc yaşlarında bir müddət polis orqanlarında çalışmışdır. Daha sonralar Şeyxülislam Əliağa Süleymanzadənin qəbulunda olmuş, onun yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq etmiş, sonralar isə Gəncə məscidinə axund göndərilmişdir. Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini vəzifəsində çalışmışdir. Molla Əliağa Süleymanzadənin vəfatından sonra 1976-cı ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmamışdır. Axund Mirqəzənfər İbrahimovun namizədliyi irəli sürülür və 1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri — şeyxülislam seçilmişdi. Mirqəzənfər İbrahimov Marksizm-Leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, Sovet dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin "İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur" prinsipi ilə eyniləşdirirdi. Onun fikrincə, sovet xalqları o halda mehriban qonşuluq şəraitində yaşaya bilərlər ki, hamılıqla İslam dinini qəbul etsinlər.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi. Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu. Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
Şeyxülislam Axund Əhməd Hüseynzadə
Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi. 1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır.
Şeyxülislam Axund Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə
Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.
Şeyxülislam Mehmed Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis. Mirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu. İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı. 21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir. Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir. 6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi.
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Şeyxülislam Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Şeyxülislam ordeni
Şeyxülislam ordeni — Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi ən ali dini mükafatdır. Ordenin ilk laureatı Heydər Əliyev olmuşdur. O, bu mükafatla vəfatından sonra — 21 oktyabr 2005-ci ildə təltif olunmuşdur.
Osmanlı şeyxülislamları
Osmanlı şeyxülislamı (Osmanlı türkcəsi: شيخ الإسلام) — Osmanlı imperiyasında dini və hüquqi işləri yürüdən dövlət xadimi. Lüğətlərdə “yaşlı kimsə, rəis, bilgin” mənasını verən şeyx və İslam sözlərindən ibarət şeyxülislam ifadəsi İslam dünyasında öndə gələn üləma və sufilərə verilən bir şərəf ünvanı olaraq X əsrin ikinci yarısında meydana gəlmiş, daha sonra “alimlərin ən böyüyü, rəisi” mənasını qazanaraq bir rütbə halını almışdır. XI əsrdə Xorasandakı şafilərin başındakı alimlərə şeyxülislam ünvanı verilirdi. Zamanla bu ifadə geniş istifadə edilməyə başlanmış, Məmlüklərdə din xadimlərinə verilən şərəf ünvanına çevrilmişdir. İranda isə şeyxülislamlıq Osmanlılarda olduğu kimi rəsmi bir mahiyyət qazanmış, Səfəvilər dönəmində dini məhkəmənin rəisinə verilən bir ünvan olaraq istifadə edilmişdir. Şeyxülislamlığın dini bir vəzifə halına gəlməsi isə Osmanlıların dövrünə təsadüf edir. Osmanlılarda şeyxülislamlığın quruluş tarixi və bu vəzifəyə ilk dəfə kimin gətirilməsi ilə bağlı fərqli iddialar var. Uzun illər Bursa qazısı olan Molla Fənarinin 1425-ci ildə Bursa müftiliyinə gətirilməsi, əsasən Osmanlılarda müftilik və şeyxülislamlığın başlanğıcı olaraq qəbul edilir. Ancaq bunu XVI əsrdə bütün elm sahəsini təmsil və idarə edən şeyxülislamlıq qurumu ilə eyniləşdirmək mümkün deyil. Əslində şeyxülislam ünvanı İstanbul müftisi üçün istifadə edilən bir ünvan idi və XVI əsrin əvvəllərində dövlətin daxilində aparılan yenidən təşkilatlanma ilə bürokratik bir reformasiya keçirmişdir.
Qafqaz müsəlmanları şeyxülislamlarının siyahısı
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1908) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək). Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Seyid Şücaəddin Şeyxülislamzadə
Seyid Şücaəddin Şeyxülislamzadə — İranlı həkim və siyasətçi.O, neçə dövr İranın Səhiyyə naziri olubdur.
Əkbər ağa Şeyxülislamov
Əkbərağa İbrahim oğlu Şeyxülislamov (1891, İrəvan – 2 mart 1961, Paris, Fransa) — Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi, Sosyalistlər Fraksiyasının üzvü, Hümmət Partiyasının üzvü, AXC Torpaq və Əmək Naziri. Əkbərağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini İrəvan kişi gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Gənc Əkbərağa yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq institutda bütün dərs kursunu başa vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı oldu. Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Öz dövrünün siyasi və ictimai xadimi Mustafa bəy Vəkilov Ceyhun Hacıbəylinin dəfnində iştirak edərkən Əkbər ağa Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhun bəyin vəfatının ildönümü münasibətilə "Mücahid" (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi "Parisdə bir məzar daha" adlı məqaləsində yazmışdır: "Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır. " 1918-ci ilin fevralında Ə. Şeyxülislamov Zaqafqaziya seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibindəki Hümmət Partiyasına daxil idi.
Məhəmmədəmin Şeyxülislami Mükri
Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhabad, Qərbi Azərbaycan ostanı – 16 aprel 1986) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular.

Digər lüğətlərdə