şit-şit
şitəndirə-şitəndirə
OBASTAN VİKİ
Böyük şor
Böyükşor — Azərbaycan Respublikasının Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Böyükşor gölünün yaxınlığındadır. Adını eyniadlı göldən almışdır. == Xarici keçidlər == Nardar Bayramlı. "Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 04-12-2009. İstifadə tarixi: 2014-07-09.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həm də Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Şor Dəniz
Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir.
Şor Göl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Şor bulaq
Şor Bulaq (Xoy) —
Şor dili
Şor dili (şor dilində - шор тили, тадар тили) — şorların dili. Rusiyanın Kemerovo vilayətində (Taştaqol rayonu, Mıski, Mejdureşensk), Altay vilayətinin şimal dağ ətəklərində, Tom çayının sahillərində, Xakasiya və Altay Respublikasının sərhədlərində yaşayırlar. Şor dilində danışanları təxmini sayı 6 min nəfərdir (2002-ci il, siyahıyaalma). Türk dillərinin şimal-şərqi qrupunun xakass yarımqrupuna aiddir. İki dialekti var: mras və ədəbi dilin əsasını təşkil edən "zeka" dialekti (XX əsrin 20-30-cu illərində mövcud olub). Bir sıra ləhcələrə bölünən Kondoma dialekti də var. Mrass dialekti xakass, kondoma dialekti isə şimali Aştay dialektinə yaxındır. Амзоров М. П. Грамматика шорского языка. Новокузнецк, 1992. Дыренкова Н. П. Грамматика шорского языка.
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Şor qoğal
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Şor qoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Şor şəlaləsi
Şor şəlalə— Azərbaycan Respublikası, Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə. == Haqqında == Şəlalə, AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən təxminən 11 km şimalda, Şin çayının mənbəyinə yaxın olan və əsas sel ocaqlarından bir olan Haney qolu və eyni adlı Haney dərəsində ekoloji tədqiqatlar zamanı kəşf olunan şəlalədir . Şəlalə dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 15.3 metr, eni isə 0.87 metr təşkil edir. Turizm infrastrukturu yoxdur. Şəlalə "Şor" şəlaləsi adlanır. Şəlalənin belə adlandırılmasının əsas səbəbi şəlalənin ətrafında qayalıq relyefin mövcud olmasıdır ki, əsasən dağlıq ərazilərdə belə qayalıq yerlərdən duz (əhəng) çıxır. Ona görə yerli əhali belə əraziləri şor adlandırırlar. Həmçinin dağ heyvanları, xüsusilə dağ keçiləri bu ərazilərə gələrək, mövcud olan belə şorlardan duz kimi istifadə edirlər. Heyvanlar şordan (duz və əhəng) istifadə üçün daha çox səhər gün çıxmazdan 1-2 saat əvvəl və axşam gün batandan sonra gəlirlər.
Böyük Şor gölü
Böyük Şor gölü — Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Bakı Olimpiya Stadionu Böyükşor gölünün şərq sahilində yerləşir. == Haqqında == Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40–3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50–1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5–2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir. Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır.
Şor Bulaq (Xoy)
Şor Bulaq (fars. شوربلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.182 nəfər yaşayır (215 ailə).
Şor Bulaq (Çaldıran)
Şor Bulaq (fars. شوربلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (14 ailə).
Şor Göl (Salmas)
Şor Göl (fars. شورگل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır. Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.
Şor Kənd (Urmiya)
Şor Kənd (fars. شوركند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 347 nəfər yaşayır (89 ailə).
Şor bulaq (Şuşa)
Şor bulaq — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Təzəkənd-i Şor (Miyanə)
Təzəkənd-i Şor (fars. تازه كندشور‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Şor-i Qarakənd (Çaroymaq)
Şor-i Qarakənd (fars. شورقره كند‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (66 ailə).

Digər lüğətlərdə