Şor bulaq — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır.[1]
Şor bulaq | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Axundov küçəsi |
Aidiyyatı | Şuşa qəzası |
Tikilmə tarixi | 1854 |
Üslubu | Aran memarlıq məktəbi |
Vəziyyəti | Məhv olmaq üzrədir |
İstinad nöm. | 5064 |
Kateqoriya | Memarlıq abidələri |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[2]
Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[3]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[3]
Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[4]
Şor bulağı hazırda Şuşanın Axundov küçəsində yerləşir.[5] Bulaq Bulaq 1854-cü ildə Şuşanın varlı bir şəxsi olan Rəsibala Zəkəriyyə tərəfindən çəkilibdir. Şuşada yerləşən bu bulağın suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilibdir.[6]
Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər bulaq fəaliyyət göstəribdir. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[7]