Şor şəlaləsi

Şor şəlaləAzərbaycan Respublikası, Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə.

Şor şəlaləsi
250px
250px
Ümumi məlumatlar
Hündürlüyü 15.3 m
Eni 0.87 m
Çay Şin çayı
Yerləşməsi
41°26′22″ şm. e. 47°11′05″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon
Kənd Şin kəndi
[[Fayl:|280px|Şor şəlaləsi xəritədə]]
Şor şəlaləsi
Şor şəlaləsi

Şəlalə, AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən təxminən 11 km şimalda, Şin çayının mənbəyinə yaxın olan və əsas sel ocaqlarından bir olan Haney qolu və eyni adlı Haney dərəsində ekoloji tədqiqatlar zamanı kəşf olunan şəlalədir . Şəlalə dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşir.[1] Şəlalənin hündürlüyü 15.3 metr, eni isə 0.87 metr təşkil edir.[2] Turizm infrastrukturu yoxdur.[3]

Şəlalə "Şor" şəlaləsi adlanır. Şəlalənin belə adlandırılmasının əsas səbəbi şəlalənin ətrafında qayalıq relyefin mövcud olmasıdır ki, əsasən dağlıq ərazilərdə belə qayalıq yerlərdən duz (əhəng) çıxır.[1] Ona görə yerli əhali belə əraziləri şor adlandırırlar. Həmçinin dağ heyvanları, xüsusilə dağ keçiləri bu ərazilərə gələrək, mövcud olan belə şorlardan duz kimi istifadə edirlər. Heyvanlar şordan (duz və əhəng) istifadə üçün daha çox səhər gün çıxmazdan 1-2 saat əvvəl və axşam gün batandan sonra gəlirlər. Şəlalə əsasən Azərbaycan-Rusiya (Dağıstan) dövlət sərhəddinin yaxınlığında, Şəki rayonu Şin kəndi ərazisində yerləşən Tirkovul yaylağının sağ payında yerləşir (Qaraqaya dağına yaxın). Şəlalə qayalıq yerdən tökülür. Həmçinin yuxarı və digər ətraf ərazilər isə subalp çəmənlikləri ilə əhatə olunub. Şəlaləyə gedən yol çay yatağı boyu, çox dərin və dar kanyonvari dərədən (hər iki tərəfində 2700-3000 hündürlükdə olan dağlar yerləşir) keçir. Ancaq bu ərazilərdə mal-qaranın otarıldığı yer olduğu üçün ətraflarda torpaqların aşınması müşahidə olunur.

Mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri c.ü.f.d. Qafqaz Ağabalayevin verdiyi məlumata görə Elvin Qarayev tərəfindən aşkar edilən şəlalənin adı bugünə qədər heç bir elmi mənbədə qeyd olunmayıb.[1]

  1. 1 2 3 "AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən yeni şəlalə qeydə alınıb" (az.). https://science.gov.az. 03.07.2024. 21 okt 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 okt 2024.
  2. Elm və təhsil. "AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən yeni şəlalə qeydə alınıb" (az.). 03.07.2024. İstifadə tarixi: 21 okt 2024.
  3. Elm və təhsil. "AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb" (az.). https://innews.media. 03.07.2024. 21 okt 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 okt 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]