əməkçi
əməkdaş
OBASTAN VİKİ
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Azərbaycan SSR Əməkdar Artisti
Azərbaycan SSR əməkdar artisti (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар артисти) — 28 iyul 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR-də incəsənətin teatr, kino və musiqi sahələrində fərqlənən incəsənət xadimlərinə verilirdi. == Həmçinin bax == Azərbaycan SSR əməkdar artistlərinin siyahısı == Mənbə == Фәхри ад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Azərbaycan SSR əməkdar mühəndisi
Azərbaycan SSR əməkdar mühəndisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мүһәндиси) — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar rəssamı
Azərbaycan SSR əməkdar rəssamı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар рәссамы) — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar səmərələşdiricisi
Azərbaycan SSR əməkdar səmərələşdiricisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-də istehsalatın təkmilləşdirilməsində ciddi rol oynamış olan, respublikanın xalq təsərrüfatında geniş tətbiq edilən həyata keçirilmiş səmərələşdirmə təkliflərinin müəlliflərinə, habelə istehsalat səmərələşdiriciləri hərəkatının inkişafında və səmərələşdirmə təkliflərinin həyata keçirilməsində böyük xidmətləri olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan səmərələşdiricilər hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə gümüş döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Əməkdar pilot
Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Azərbaycanın əməkdar artisti
Azərbaycan Respublikasının əməkdar artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. == Haqqında == "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Ukraynanın əməkdar artisti
Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir: "Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir. Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış) və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.
Azərbaycan SSR əməkdar artistləri
== 1920-ci illər ==
Azərbaycan SSR əməkdar həkimi
Azərbaycan SSR əməkdar həkimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар һәкими) — Azərbaycan SSR-də xalq səhiyyəsi sahəsində fərqlənmiş həkimlərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı 28 fevral 1940-cı ildə təsis olunmuşdur. Fəxri adla klinikalarda, xəstəxanalarda, hospitallarda, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, həkim məntəqələrində, doğum evlərində, habelə başqa müalicə-profilaktika və sanitariya idarələrində 15 il (ilk əsasnamədə 10 il) işləmiş və fəaliyyəti zamanı fərqlənmiş, xalq səhiyyəsi və əhaliyə tibb xidməti sahəsində xüsusi xidmətlər göstərmiş bütün ixtisaslardan olan həkimlərə verilirdi. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdular.
"Əməkdar elm xadimi" fəxri adı alanların siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar iqtisadçılarının siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kitabxanaçılarının siyahısı
== 1970-ci illər ==
Azərbaycan SSR əməkdar kollektivlərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndislərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mühəndislərinin siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar müəllimlərinin siyahısı
== 1940-cı illər == Qəribsoltan Həsən bəy qızı Məlikova - 1948-ci ildə.
Azərbaycan SSR əməkdar mədəniyyət işçilərinin siyahısı
== 1960-cı illər == === 1967 === 21 oktyabr 1967-ci ildən: Ağayeva Şəfiqə Əli qızı — "Azərbaycan qadını" jurnalının redaktoru Hacıyeva Teybə Səlim qızı — Kürdəmir rayon kitabxanasının müdiri Dilbazi Mirvarid Paşa qızı — şair Rəfibəyli Nigar Xudadat qızı — şair Rəsulova Tamara Həsən qızı — Sumqayıt Şəhər İcraiyyə Komitəsi mədəniyyət şöbəsinin müdiri Sultanova Hökümə İsmayıl qızı — Azərbaycan KP MK yanında respublika Qadınlar Şurasının sədri, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun baş elmi əməkdaşı Süleyman Dadaş oğlu Məlikov — jurnalist, tərcüməçi, redaktor.
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
== 1960-cı illər == === 1967 === 21 oktyabr 1967-ci ildən: Ağayeva Şəfiqə Əli qızı — "Azərbaycan qadını" jurnalının redaktoru Hacıyeva Teybə Səlim qızı — Kürdəmir rayon kitabxanasının müdiri Dilbazi Mirvarid Paşa qızı — şair Rəfibəyli Nigar Xudadat qızı — şair Rəsulova Tamara Həsən qızı — Sumqayıt Şəhər İcraiyyə Komitəsi mədəniyyət şöbəsinin müdiri Sultanova Hökümə İsmayıl qızı — Azərbaycan KP MK yanında respublika Qadınlar Şurasının sədri, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun baş elmi əməkdaşı Süleyman Dadaş oğlu Məlikov — jurnalist, tərcüməçi, redaktor.
Azərbaycan SSR əməkdar mədəniyyət xadimlərinin siyahısı
== 1970-ci illər ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar rəssamlarının siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar səhiyyə işçisi
Azərbaycan SSR əməkdar səhiyyə işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәһијјә ишчиси) — Azərbaycan SSR-də səhiyyə sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 mart 1978-ci il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri ad Azərbaycanın SSR-də sanitariya-epidemiologiya xidməti idarələrinin, müalicə-profilaktika, sağlamlıq müəssisələrinin, tibbi ekspertizaların, elmi-tədqiqat institutlarının, laboratoriyaların, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının, səhiyyə orqanlarının bu sistemdə azı 15 il qüsursuz işləyən, xalq səhiyyəsi və respublikanın əhalisinə tibbi xidmət sahəsində böyük müvəffəqiyyətlər qazanan, ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı işçilərə verilirdi.
Azərbaycan SSR əməkdar səmərələşdiricilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar sənaye işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçilərinin siyahısı
== 1991 ==

Digər lüğətlərdə