Əndazədən çıxanda (film, 1988)
== Məzmun ==
Süjetlərin müəllifləri belə hesab edirlər ki, ədəb-ərkan qaydalarına riayət olunmayanda insanlar arasında qarşılıqlı münasibətlər pozulur.
Film qayda-qanunu gözləməyən adamların gülməli vəziyyətə düşmələrini incə yumorla açıb göstərir.
== Film haqqında ==
Kinoalmanax üç süjetdən ibarətdir: "Əndazədən çıxanda", "Məclis" və "Divar dibində"
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Dinarə Seyidova
Kinorejissor: Rauf Dadaşov, Elçin Axundov, Yelena Dontsova
Quruluşçu rəssam: Teymur Məmmədov (T. Məmmədov kimi), Elçin Axundov, Yelena Dontsova
Kinooperator: Antonina Korotnitskaya
Bəstəkar: Eldar Mansurov, İlyas Mirzəyev
Səs operatoru: Miroslava İsgəndərova
Montaj edən: Nisə Hacıyeva
Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Gülşən Quliyeva, Rauf Dadaşov
Rejissor assistenti: Sima Qurbanova
Operator assistenti: Rafiq İsmayılzadə (R. İsmayılzadə kimi)
Rəssam: Tamilla Əsgərova, Mehriban Əfəndiyeva, Zəkiyyə Mahmudova (Z. Mahmudova kimi), S. Səfərova, S. Ağayeva, E. Popova
Redaktor: Aydın Dadaşov
Filmin direktoru: Q. Nəzərova
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316–317.