ərəbi 2021
ərəbizm
OBASTAN VİKİ
2011-ci il Səudiyyə Ərəbistanı iğtişaşları
Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. . Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir.
Azərbaycan-Səudiyyə Ərəbistanı futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Səudiyyə Ərəbistanı futbol matçları
== Kişilər ==
Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri
Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri — Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı arasındakı mövcud ikitərəfli əlaqələr == Tarixi == Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının münasibətlərinin qədim tarixi vardır. Hərə orta əsrlərdən Azərbaycanlı şairlər ərəb dilində böyük əsərlər yaratmışdılar. Bu əsərlər dünya ədəbiyyatının inciləri olmaqla yanaşı Azərbaycan və Ərəb mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 24-də qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === 1994-cü ilin aprel ayından Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi fəaliyyət göstərir. 1994-cü ilin 21 noyabr tarixindən Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri akkreditə olunmuşdur. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Səfirliyi fəaliyyət göstərir. Hazırda Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayevdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət

Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri — Səudiyyə Ərəbistanı və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. == Tarix == === 1990-cı illərdən 2010-cu illərin əvvəllərinə === Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır. === 2010-cu ilin ortalarından === Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır.
Müdafiə Nazirliyi (Səudiyyə Ərəbistanı)
Müdafiə Nazirliyi (ərəb. وزارة الدفاع‎) — Səudiyyə Ərəbistanında, ölkənin milli təhlükəsizliyinin, mənafelərinin və suverenliyinin xarici təhdidlərdən qorunmasından və milli təhlükəsizlik və sabitliyə nail olmaq üçün dövlətin bütün nazirlikləri ilə işləyən bir Nazirlikdir. Hazırkı müdafiə naziri 23 yanvar 2015-ci ildə təyin olunmuş Şahzadə Məhəmməd bin Salmandır. Nazirliyə dörd silahlı qüvvə daxildir; Səudiyyə Kral Quru Qoşunları (RSLF), Səudiyyə Krallığı Hava Qüvvələri (RSAF), Səudiyyə Krallığı Hərbi Dəniz Qüvvələri, Səudiyyə Krallığı Hava Müdafiə Qüvvələri (RSADF). 2017-ci ildə Səudiyyə Ərəbistanı hərbi xərcləri ilə dünyada üçüncü sırada və Orta Şərqdə ən böyük hərbi xərci olan ölkələr arasındadır. Ölkənin ümumi daxili məhsulunun (ÜDM) 10% -ni təmsil edən 69,4 milyard dollarlıq büdcəsi ilə Səudiyyə Ərəbistanı, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) görə hərbi xərclərdə dördüncü yeri tutan Rusiyanı əvəz etdi. SIPRI, Səudiyyə Ərəbistanının Fars Körfəzi bölgəsindəki müasir avadanlıqların siyahısına görə ən yaxşı silahlanmış ölkə olduğunu da bildirdi. == Tarix == Hərbi İşlər İdarəsi – 1929-cu ildə Səudiyyə Ərəbistanının qurucusu Kral Əbdüləziz tərəfindən hərbi məsələlərlə məşğul olmaq və güclü bir ordu qurmaq üçün Hərbi İşlər İdarəsi yaratmaq üçün krallıq əmri verildi. Ordu üç hissəyə bölündü: pulemyot, piyada və artilleriya bölmələri. Müdafiə Agentliyi – Hərbi İşlər İdarəsinə əlavə olaraq Müdafiə Agentliyi 1934-cü ildə Kral Əbdüləzizin əmri ilə daha da dəstələrin yaradılması və ölkənin şəhərlərinə və dəniz limanlarına paylandığı genişləndirmə və modernləşdirmə tələbi olaraq quruldu.
Osmanlı Ərəbistanı
Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam edən dövrdəki adı. Bu dövrdə, Ərəbistan torpaqlar Osmanlı imperiyasının tərkibində olduğuna görə belə adlandırılmışdır. Regionda osmanlıların nəzarəti mərkəzi hakimiyyətin gücü zəiflədikcə azalmağa başladı. == Tarixi == === Erkən dövr === XVI əsrdə Osmanlı imperiyası Qırmızı dənizindən Fars körfəzinə qədər olan torpaqlarda (Hicaz, Asir və əl-Xasa) öz hakimiyyətlərini qurdular. Qırmızı dənizi və Hind okeanı sahillərində portuqaliyalıların güclənməsinin qarşısını almaq üçün bu fəthlər çox önəmli idi. Hələ 1548-ci ildə Məkkə şərifi Nəcd və Hicaz tayfalarını cəzalandırmaq məqsədilə basqınlar təşkil edirdi. == Səudiyyə dövlətlərinin yaranması == XVIII əsrdə Ərəbistan yarımadasının mərkəzi bölgələrində Səud sülaləsi güclənməyə başlamışdı. Bu sülalə müstəqil ərəb dövlətlərinin formalaşmasına önəmli rol oynamışdı.
İran–Səudiyyə Ərəbistanı münasibətləri
İran–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İran arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında münasibəıtlər İran İslam İnqilabından (1979) sonra olduqca gərgindir. Səudiyyə Ərəbistanı tehranı Şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. İkitərəfli münasibətlər (1988 və 2016) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə dayandırılmışdır. İki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra 10 mart 2023-cü ildə əlaqələrin bərpa olunduğunu elan etmişdir. Birgə bəyanatda onların səfirliklərinin iki ay ərzində yenidən açılacağı bildirildi. Razılaşmaya gedən yol bir neçə il ərzində İraqın ev sahibliyi etdiyi beş raund barışıq danışıqları ilə açılıb. == Tarixi == İki ölkə arasında münasibətlər şah dönəmində normal şəkildə inkişaf edirdi. Hətta dostluq səviyyəsinə çatmışdı.
İraq–Səudiyyə Ərəbistanı münasibətləri
İraq–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. iki ölkə arasında dövlət sərhəddinin uzunluğu 811 km-dir. == Tarixi == Səudiyyə ilə İraq əlaqələri başlanğıcda problemlərdən, gərginlikdən ibarət olmuş və hətta müharibə həfddinə çatmışdır. 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində Ər-Riyad Ərəbistan yarımadasında və Yaxın Şərqdəki digər ölkələrdə İraqı Səudiyyə Ərəbistanı təhlükəsizliyi üçün təhlükə yaradan siyasi hərəkatlara dəstək verməkdə şübhələnirdi. Səudiyyə Ərəbistanı cavab olaraq İran, Küveyt Suriya və ABŞ kimi dövlətlərlə münasibətləri gücləndirməyə başlamışdır. Bu isə Bağdadda narazılıqla qarşılanırdı. 1975-ci ildən İraq daha mülayim siyasət yeritməyə başalayır. Bunun nəticəsi olaraq münasibətlər normallaşmağa başlayır. 1979-cu ildə İran İslam İnqilabı baş verir. Bundan sonra iki ölkənin bir-birinə yaxınlaşması sürətlənir.
İsrail–Səudiyyə Ərəbistanı münasibətləri
İsrail–Səudiyyə Ərəbistanı münasibətləri — hazırda rəsmi diplomatik münasibətləri yoxdur. Bununla belə, xəbər agentlikləri tez-tez diplomatik və kəşfiyyat istiqamətlərində iki ölkə arasındakı pərdəarxası əməkdaşlıqdan danışırlar. == Tarixi == Ərəb Dövlətləri Liqasının qurucu üzvü olan Səudiyyə Ərəbistanı, fələstinlilərin öz dövlətlərini rəşkil etmək hüquqlarını dəstəklədi və İsrail qoşunlarının 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahillərindən çıxarılmasına çağırdı. Son illərdə Səudiyyə Ərəbistanı İsrail ilə danışıqlarda taktikasını dəyişdirdi. Ərəb ölkələri ilə barışıq müqabilində İsraili 1967-ci ilin iyununda işğal edilmiş əraziləri azad etməyə dəvət etdi. O vaxtkı vəliəhd Abdullah 2002-ci ildə İsrailin geri çəkilməsinə əsaslanan çoxtərəfli sülh təklifini genişləndirdi. Lakin bu dövrdə İsrail təklifə cavab vermədi. 2007-ci ildə Səudiyyə Ərəbistanı Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həllini yenidən dəstəklədi. Səudiyyə Ərəbistanı Fələstin ərəblərinin İsrailə köçməsinə, Qüdsün bölünməsinə imkan verəcək tam bir siyasi həll yoluna icazə verməyəcəklərini söyləyən Kamp David Sazişlərini rədd etdi. Misirin ərəb dövlətlətinin İsraillə separat müqavilkənin imzalanmasıəna cavab olaraq Səudiyyə Ərəbistanı və bütün ərəb dövlətləri onunla diplomatik əlaqələri kəsdi və Misirə yardımı dondurdu.
Şərqi Ərəbistan
Şərqi Ərəbistan və ya Bəhreyn (ərəb. اَلْبَحْرَيْنِ‎) — Ərəbistanın şərq hissəsini əhatə edən tarixi region. Region Bəsrənin cənubundan İran körfəzi sahilləri boyunca uzanırdı və Bəhreyn, Küveyt, Əl-Xasa, Qətif, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraqın cənubu, Əhvaz və Omanın şimalını əhatə edirdi. Şərqi Ərəbistanın bütün sahil xətti əsrlər boyu "Bəhreyn" kimi tanınırdı.
Ərəbistan
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. == Coğrafi xüsusiyyətləri == Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır.
Ərəbistan akasiyası
Vachellia nilotica (lat. Vachellia nilotica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia arabica (Lam.) Willd. Acacia scorpioides W.Wight Mimosa arabica Lam.
Ərəbistan bəbiri
Ərəbistan bəbiri (lat. Panthera pardus nimr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Ərəbistan canavarı
Ərəbistan canavarı (lat. Canis lupus arabs) — Adi canavar növünə daxil olan yarımnöv. Əvvəllər bu canlılara bütün Ərəbistan yarımadası ərazisində rastlamaq mümkün idi. Ancaq hazırda onların arealı İsrailin cənubu, Oman, Yəmən, İordaniya, Səudiyyə Ərəbistanı və böyük ehtimalla Misirin Sinay yarımadası ərazisində yayılmışlar. Ölçülərinə görə ən kiçik canavar yarımnövü hesab edilir. == Xüsusiyyətləri == Ərəbistan canavarı elə də böyük olmayan bir canlıdır. Səhrada yaşamağa uyğunlaşmışdır. Ayaq üstə hündürlküyü 66 sm-dir. Çəkisi bəzi ərazilərdə 18 kiloqrama çata bilir. Qulaqları bədənin ümumumi ölçüsünə nisbətdə iridir.
Ərəbistan dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind. अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəbistan səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
Ərəbistan yarımadası
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. == Coğrafi xüsusiyyətləri == Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır.
Ərəbistan yarımadası Əl-Qaidəsi
Ərəbistan Əl-Qaidəsi(ərəb. تنظيم القاعدة في جزيرة العرب‎)-Orta Şərq,Ərəbistan yarımadasında aktivlik göstərən Əl-Qaidə terror təşkilatının qolu. == İdeologiya == Əl-Qaidə Terror qruplaşmasının bir hissəsi olaraq Ərəbistan yarımadasındakı kasıb ölkə olan Yəməndə aktivlik göstərir.Yəmənin qərbində fəal olmağı ilə bərabər həm də Somalidə də aktivlik edir.Mərkəzi Ədən şəhəridir.Daha çox İsraildəki Fələstinlilərə can yandıran Əl-Qaidə üzvləri bir neçə dəfə İsraildə terror aktları yaratmış və İsraildə "terrorçu qruplaşma" olaraq ad qazanmışdır.Bundan sonra İran,Yaponiya,İtaliya,Suriya,Fransa,Ermənistan,Rusiya,Səudiyyə Ərəbistanı,Gürcüstan,Hindistan,Almaniya və BMT-də "terrorçu təşkilat" adını qazandı. == Əl-Qaidə-nin aktiv filialına çevrilməsi == Pakistanın əsasını təşkil edən Qərbdəki terror aktlarının faizi əksəriyyətlə (əvvəlcə) müqayisədə 75%-ə, 2007-ci ildə isə 50% - ə, 2010-cu ildə isə "əl-Qaidə" nin Somali və Yəmənə köçdüyü vaxtadək xeyli azalıb. 14 dekabr 2009-cu ildə ABŞ-nin dövlət katibi Hillari Klinton Yəməndə rəsmi olaraq "əl-Qaidə" ni terrorçu təşkilat elan edib.24 avqust 2010-cu il tarixində Vaşinqton Post Miller yazırdı ki, MKİ hesab edir ki, "əl-Qaidə" nin Yəmən şöbəsi onun ana təşkilatını, Usamə Ben Ladenin əsas qrupunu ABŞ vətəni üçün ən təhlükəli təhlükə kimi üstələyib. 26 avqust 2010-cu il Yəmən bildirib ki, Amerika rəsmiləri Yəməndəki əl-Qaidə ölçülərini və təhlükələrini şişirtmiş, həmçinin cihadçı şəbəkənin yerli şöbəsi ilə mübarizənin Sananın işi olaraq qalmasını tələb etmişlər.Üsama Bin Ladenin keçmiş cangüdəni "əl-Qaidə" ilə Yəmən hakimiyyətləri arasında hərbi əməliyyatların qızışdığı haqda xəbərdarlıq edib.
Ərəbistanlı Lourens (film)
Ərəbistanlı Lourens (ing. Lawrence of Arabia) — Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən 1962-ci ilə aid epik kinofilm. Filmdə baş rolu Piter O'Tul ifa edir. Bu film kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Moris Jarrın musiqisi və Freddi Yanqın "Super Panavision 70" kinolenti çox bəyənilmişdir. Film 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və 7 nominasiya üzrə qalib gəlmişdir. O cümlədən, Ən yaxşı film, Ən yaxşı rejissor işi, Ən yaxşı montaj və Ən yaxşı səsləndirmə. == Süjet == Film Britaniya kəşfiyyatının zabiti, I Dünya müharibəsi illərində Suriyada yerli ərəb qəbilələri ilə sıx əlaqədə çalışdığına görə "Ərəbistanlı" ləqəbini qazanan Tomas Edvard Lourensin həyatından bəhs edir. Lourens ərəblərin arasında özünə böyük hörmət qazanmış və faktiki olaraq onların Osmanlı dövlətinə qarşı partizan müharibəsinə rəhbərlik etmişdir. Filmin ssenarisi Lourensin avtobioqrafik "Müdrikliyin yeddi sütunu" kitabına və onun həyatını araşdıran tədqiqatçıların tarixi məlumatlarına əsaslanır.
Ərəbistanlı Lourens (film, 1962)

Ərəbistan plitəsi
Ərəbistan plitəsi — coğrafi baxımdan Ərəbistan yarımadasına uyğun gələn qədim platformalardan, yer qabığının sabit ərazilərindən biridir. Ərəbistan plitəsinin sahəsi 0,12082 steradian və ya təxminən 2 milyon km²-dir. Litosfer plitəsinin sərhədləri bunlardır: şərqdə - Hind-Avstraliya plitəsi, cənubda - Afrika plitəsi, qərbdə Afrika plitəsi ilə sərhəd Qırmızı dəniz və Ölü dəniz riftləri ilə, şimalda - Anadolu və Avrasiya plitələri. Fanerozoy (paleozoy - kaynozoy) dövründə Ərəbistan plitəsi Afrika plitəsinin bir hissəsi idi və hələ də onunla əlaqəni tamamilə itirməmişdir, buna görə də bəzən onları vahid Afrika-Ərəbistan platformasının komponentləri hesab edirlər. Qırmızı dəniz Eosenin əvvəlində meydana çıxır , lakin Afrikanın Ərəbistandan ayrılması Oliqosendə baş verir. O vaxtdan Ərəbistan plitəsi yavaş-yavaş Avrasiya plitəsinə doğru irəliləyir. Müasir dövrdə Ərəbistan plitəsi Qondvananın şimala doğru hərəkət edən fraqmentləri olan üç böyük tektonik plitədən (Afrika və Hindistan ilə birlikdə) biridir, Avrasiya ilə toqquşması Pireneylərdən Alp qırışlarının geniş Aralıq dənizi qurşağının yaranmasına səbəb olmuşdur. Ərəbistan plitəsinin birbaşa Avrasiyaya təzyiqi İranda Zaqros dağ sisteminin, Anadoluda isə Türkiyədə Tavr dağ sisteminin formalaşmasına səbəb olur.
İslamdan əvvəlki Ərəbistan
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.

Digər lüğətlərdə