Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri — Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı arasındakı mövcud ikitərəfli əlaqələr
Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanin Səudiyyə Ərəbistanıdaki səfirliyi | |||||
Səfir | Şahin Abdullayev[ru] | ||||
Ünvan | Ər-Riyad, Diplomatik şəhərcik, Darin küçəsi, Villa B804 | ||||
Səudiyyə Ərəbistanınin Azərbaycandaki səfirliyi | |||||
Səfir | İssam bin Saleh əl-Cuteyli[1] | ||||
Ünvan | Bakı, Süleyman Dadaşov küçəsi, 44/2 | ||||
Digər | |||||
Dövriyyə | 0,023 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının münasibətlərinin qədim tarixi vardır. Hərə orta əsrlərdən Azərbaycanlı şairlər ərəb dilində böyük əsərlər yaratmışdılar. Bu əsərlər dünya ədəbiyyatının inciləri olmaqla yanaşı Azərbaycan və Ərəb mədəniyyətinin inkişafında böyük rol oynamışdır.[2]
Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır[3].
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 24-də qurulmuşdur[2][4].
1994-cü ilin aprel ayından Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi fəaliyyət göstərir[3]. 1994-cü ilin 21 noyabr tarixindən Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri akkreditə olunmuşdur. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Səfirliyi fəaliyyət göstərir[2]. Hazırda Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayevdir[3][5].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[6]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şamil Qurbanov olmuşdur[7]. 4 mart 2016-cı il tarixindən Fəttah Heydərov işçi qrupunun rəhbəridir[6].
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında 12 sənəd imzalanmışdır[3].
20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olunub. Hazırda müqavilədə "Delta-Hess" şirkəti 2,72% paya malikdir[2].
28 dekabr 2002-ci ildə Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta mətkəb binalarının tikinti layihələrini həyata keçirmək məqsədilə Azərbaycan hökumətinə 35.7 milyon rial həcmində kredit ayırması barədə qərar qəbul etmişdir. 2009-cu ildə Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpası və genişlənməsinə 25 milyon ABŞ dolları məbləğində kredit ayırmıdşır. 2010-cu ildə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət əlaqələrinin idxal dəyəri 397,3 ABŞ dolları, ixrac dəyəri isə 51,1 ABŞ dolları təşkil etmişdir[2].
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[8] | 1 789,35 | 11 707,82 | 13 497,17 |
2021[9] | 12 467,69 | 14 546,48 | 27 014,17 |
2022[10] | 3 257,54 | 19 680,86 | 22 938,4 |
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mədəni əlaqələr hələ sovet dövründən mövcud olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikası dövründə Azərbaycanda Ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olmuş və bu sahədə Azərbaycanda məşhur alimlər yetişmişdir. Müstəqillik dövründə bu əlaqələr öz inkişaf dövrünə qədəm qoydu. 10-17 noyabr 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam şəhərlərində Azərbaycanın mədəniyyət günləri keçirilmişdir.
18 yanvar 2008-ci ildə Azərbaycan Respubliaksının prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Əli Həsən Əhməd Cəfər iki ölkə arasında döstluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[11]