ALÇAQBOY(LU) (boyca alçaq olan) Direktor alçaqboylu, arıq kişiydi (X.Hasilova); ALÇAQ Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma men alçaq adamam (C.Məmmədquluzadə); BƏSTƏBOY(LU) Həm də bəstəboylu, qara qıvnm saçlı Səkinəni yadına saldı, sanki qızın surəti gəlib gözünün qabağında durdu (M.İbrahimov); GÖDƏKBOY(LU) Kürəkənlə küsülü olan gödəkboy, sarıbəniz, göygöz, saçı pırtdaşıq arvad qızının ayağının altına daş qoyub danladı (Ə.Vəliyev); QISABOY(LU) Ə gözün kor ha deyil, bax odur dayna! – deyə [qara oğlan] sağ qolunu havada oynatdı, kooperativ dükanının eşik divarına söykənmiş qısaboylu... qoca bir kişini göstərdi (M.Hüseyn); GÖDƏK (bax).