ABŞERON HÖVZƏSİ

Üst Pliosenin sonunda müasir Xəzər dənizinin yerində mövcud olmuş duzlu hövzə. Ölçülərinə görə müasir dənizdən böyük, özündən əvvəlki, Ağçaqıl hövzəsindən kiçik olmuşdur. Абшеронский бассейн Apsheronian basin
ABRAZİYANIN SON HƏDDİ (TERMİNANT)
AÇIQ DƏRƏ
OBASTAN VİKİ
Abşeron
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Firn hövzəsi
Firn hövzəsi — (rus. фирновый бассейн, ing. region of alimentation of glasier, zone of snow supply) buzlağın qidalanma sərhəddindən yuxarıda yerləşən hissəsi. Burada sülb atmosfer çöküntülərinin miqdarı onların ərimə və buxarlanma sərfindən çoxdu.
Karanqat hövzəsi
Karanqat hövzəsi (rus. Карангатский бассейн, ing. Karangatian basin) — üst Pleystosendə müasir Qara dənizin yerində mövcud olmuş və Aralıq dənizi ilə əlaqəsi olmuş, dəniz hövzəsi. Bu hövzənin çöküntüləri 10–45 metrlik terras səviyyəsini təşkil edir ki, bu da Aralıq dənizinin 2-ci Tirren terra-sına uyğun gəlir. Müasir Qara dənizdən çox duzluluğu və suyunun isti olması ilə fərqlənmişdir. Şərqi Avropa düzənliyində Mikulin buzlaq arası vaxtla müqayisə edilir.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind - Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Tarım Hövzəsi
Tarım (çin. ənən. 塔里木盆地, sadə. Tǎlǐmù Péndì; uyğ. تارىم ئويمانلىقى, Tarim Oymanliqi) — Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu ərazisində, 1,000 km uzanan böyük bir ellips şəklində hövzədir. Divanü Lüğat-it-Türkdə; Tarım ترم göllərə və qumluqlara tökülən çay qolları mənasında işlənir. Şimalında Tanrı dağları, cənubunda Karanlık dağları, şimal-qərbində Qarakulum və Altınqum dağları yerləşir. Çinin Sincan-Uyğur Muxtar Rayonunun böyük bir hissəsini əhatə edir. Tibet yaylasının şimalında yerləşir. Adı içərisindən keçən Tarım çayı ilə bağlıdır.
Çay hövzəsi
Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır. Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.
Aralıq dənizi hövzəsi
Aralıq dənizi hövzəsi — tarixi bölgə, Aralıq dənizində. Sahil ərazilərinin zəbtindən sonra onun sahillərində yaranmış ən qədim sivilizasiyalar (Qədim Misir, Finikiya, Egey mədəniyyəti, Qədim Yunanıstan və s.) arasında Aralıq dənizi boyu sıx qarşılıqlı əlaqə, müharibələr, ticarət və mədəni nailiyyətlərin mübadiləsi aparılmışdır. Roma İmperiyası tərəfindən bütün Aralıq dənizi, Qədim sülhün ən inkişaf etmiş bölgəsinə çevrildi. Aralıq dənizi iki (üç) qitənin kənarlarını (ölkələrini) - Avrasiya (Avropa və Asiya) və Afrikanı, həmçinin çoxsaylı adaları və arxipelaqları birləşdirir: Siciliya, Sardiniya, Kipr, Krit, Balear adaları və bir çox başqaları. Aralıq dənizi bölgəsinin sahəsi 4 milyon km²-dən çox, Yaxın Asiya yüksək dağları ilə — 5 milyon km²-dən çoxdur. Aralıq dənizi iqlimi yağışlı qışlar və isti və quraq yaylarla üstünlük təşkil edir. Məxmər mövsümü avqustdan oktyabr ayına qədər gəlir. Əksər Aralıq dənizi ölkələrində insanların gözlənilən ömür uzunluğu planet üzrə orta göstəricidən xeyli yüksəkdir (qadınlar üçün təxminən 85 il, kişilər üçün təxminən 83 il). Bir çox elm adamları uzunömürlülüyün sirrini region sakinlərinin ənənəvi olaraq qırmızı şərab (İslam ölkələri istisna olmaqla), zeytun yağı, digər zeytun məhsulları, təzə göyərti və meyvələrdən (ərik, üzüm, portağal, naringi, şaftalı, tut), dəniz məhsulları, keçi südü. Aralıq dənizi regionunda hind-avropa, semit-hamit, türk və başqa xalqlar yaşayır.
Humuslu su hövzəsi
Avstraliya-Antarktika hövzəsi
Avstraliya-Antarktika hövzəsi — Hind okeanının cənub-şərqində geniş sualtı hövzə. Antarktidanın kontinental yamacı, sualtı Kerguelen silsiləsi və Avstraliya-Antarktika yüksəlişi arasında yerləşir. Hövzənin uzunluğu 4,500 km, eni isə 1,500 km-dir. Üstünlük təşkil edən dərinliklər 4,000–5,000 metrdir. Onlardan ən böyüyü 6,089 m, şimal-qərbdə Kerguelen silsiləsi yaxınlığında yerləşir. Hövzənin dibi dağlıq relyefə malikdir. Antarktidaya yaxın olanda əhəmiyyətli əraziləri düz abissal düzənlik tutur. Yatağının çox hissəsi akkumulyator səviyyəli səthdir. Alt səthi diatomlu, gilli-diatomlu və lilli-argilli lillərdən ibarətdir.
Abşeron (otel)
"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Abşeron (qəzet)
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Abşeron boğazı
Abşeron boğazı - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir. Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür.
Abşeron bələdiyyələri
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abşeron istehkamları
Abşeron istehkamları — Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Digah (Abşeron)
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Mehdiabad (Abşeron)
Mehdiabad — Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində Abşeron Üzümçülük sovxozlarının salınmasına qərar verilir və ora rəhbərlik etmək Səfər Səfərova tapşırılır. S.Səfərovun təşəbbüsü ilə sovxoz üçün yeni qəsəbələrin salınması qərara alınır və tezliklə ilk binalar tikilir. Qəsəbə partizan, Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə Mehdiabad adlandırılır. Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib. Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949–1950-ci illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.
Məmmədli (Abşeron)
Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb. Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi. 1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.
Qobustan (Abşeron)
Qobustan — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Qobustan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Pirəkəşkül kənd Sovetinin tərkibinə verilmişdir. Qobustan kəndinin ərazisində 2024-cü il iyun ayının 13-də rəsmi açılışı olan Palçıq Vulkanları Turizm Kompleksi yerləşir.
Saray (Abşeron)
Saray — Azərbaycan Respublikasının Abşeron rayonunun Saray qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Abşeron rayonun qədim və böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbənin ərazisi 3398 hektardır .Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Böyük İpək yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır. Digər fərziyyəyə görə Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur. Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır.
Şabandağ (Abşeron)
Şabandağ — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsindən cənubunda yerləşən dağ. Hündürlüyü 368 m.
Abşeron VK
Abşeron VK – Azərbaycanın Bakı şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Superliqasında çıxış edir. Abşeron Qadın Voleybol Klubunun əsası 2017-ci ildə qoyulmuşdur və həmin ildə də o, Azərbaycan Superliqasına qatılmışdır. Klub 2017/18 mövsümündə 2-ci yeri, 2018/19 mövsümündə 3-cü yeri tutmuşdur. Abşeron VK 2021/22 mövsümündə ilk 9 turun bütün oyunlarında qalib gələrək çempionatın başa çatmasına 3 tur qalmış ilk dəfə Superliqanın çempionu olmuşdur.
Abşeron FK
Abşeron FK — Azərbaycan futbol klubu. Klub AFFA Həvəskarlar Liqasında çıxış edirdi. 2010-cu ildə əsası qoyulan klub 2010-cu ildə dərhal Azərbaycan Birinci Divizionuna vəsiqə qazandı 2011-ci ilin aprelində komanda birinci divizionun çempion titulunu qazandıqdan sonra Azərbaycan Premyer Liqasına yüksəlməyi təmin etdi. "Abşeron" birinci divizionda məğlubiyyətsiz çıxış edərək, birinci divizionda ən çox xal toplayan və bir mövsümdə ən çox qələbə qazanan klub üçün yeni rekordlar qırıb. 1 iyul 2011-ci ildə Abşeron FK sponsorluq problemlərinə görə klubun fəaliyyətini dayandıracağını, Premyer Liqadakı yerini Sumqayıt FK-nın alacağını elan edib. Abşeron FK fəaliyyətini 29 noyabr 2017-ci il tarixindən bərpa edib. O, fəaliyyətini bərpa etdiyi mövsüm AFFA-nın təşkil etdiyi Həvəskarlar Liqasında mübarizəyə qoşulmuş, elə ilk mövsümdəcə turnirin qalibi olmuşdur. Klubun aşağı yaş kateqoriyalı komandaları hazırda müvafiq yaş qrupu üzrə çempionatlarda çıxış edir.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Şəfəq (Abşeron)
Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsin "Şəfəq" adlandırılması məqsədəmüvafiq hesab olunubdur. 2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək. Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. 2024-cü ildə faktiki əhalisi 8.850 nəfərdir.