ACL

Access Control List Girişi idarəetmə siyahısı
ACE
Active threat
OBASTAN VİKİ
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.
ACLVB/CGSLB
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası (nid. Algemene Centrale der Liberale Vakbonden van België / fr. Centrale Générale des Syndicats Libéraux de Belgique) və ya qısaca ACLVB/CGSLB — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Gent şəhərində yerləşir. == Tarixi == XX əsrin əvvəllərində yaradılmışdır. == Tərkibi == 230 000 üzvü var. == Fəaliyyəti == Üzvlərinin əməkhaqqı və əmək şəraitinə aid danışıqlarda iştirak edir. Ölkədə ofislər şəbəkəsi mövcuddur. == Daxili strukturu == Ərzaq və bölüşdürülməsi; Nəqliyyat; Kimyəvi; Maliyyə xidmətləri; Ağac, inşaat və sənaye; Qaz və elektrik; Metallurgiya; Tekstil; Xidmətlər; Qeyri-ticarət.
Aclıq
Aclıq — orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyət. Bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ. P. Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahnın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahsızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir. == Kütləvi aclıq == Kütləvi aclıq – regionda uzun müddət ərzaq çatışmazlığından yaranan və əhalinin kütləvi ölümünə səbəb olan sosial fəlakət. Aclıq-ın mütləq və nisbi formaları mövcuddur.
Aclıq (film, 1983)
Aclıq (ing. Hunger) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Qədim Misir dövründən bu yana bir vampir şahzadəsi olan Miriam (Catherine Deneuve) özünə məskən etdiyi Nyu-Yorkda sevgilisi Con (David Bowie) ilə birlikdə yaşayır. Hər şey qaydasında getdiyi bir məqamda işlər qəfildən Conun qocalmağa başlaması ilə pozulur. Vampir Con qocalma üzrə ixtisaslaşmış tanınmış mütəxəs­sis həkim Sara Robertsə (Susan Sarandon) müraciət edir. Lakin Sara Roberts Conu ölümün pəncəsindən xilas edə bilmir və Con hədsiz qırışıq­lıq nəticəsində can verir. Dul qalmış vampir şahzadəsi özünə yeni sevgili kimi Sara Robertsi seçir.
Aclıq (roman)
"Aclıq" (norv. "Sult") — Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk romanı. Bu kiçik əsər yazıçını Avropada tanıtmışdır. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar. Romanın bəzi hissələri 1888-ci ildə anonim adla Ny Jord adlı Danimarka jurnalında nəşr edilmişdir. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdir. "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilmişdir. "Aclıq" romanını azərbaycan dilinə böyük şair Əhməd Cavad tərcümə etmişdir. Lakin bu tərcümə 30-cu illərdə edildiyindən, həmin dövrün ədəbi dilindədir və ərəb-fars sözləri, tərkibləri ilə zəngin olduğu üçün müasir oxucu onun dilini anlamaqda çətinlik çəkir. 2004-cü ildə Knut Hamsunun 6 romandan ("Aclıq", "Viktoriya", "Pan", "Nağıllar diyarında", "Torpağın bərəkəti", "Misteriyalar") ibarət əsərlərinin 2 cildiliyini dilimizə tərcümə edən Nadir Qocabəyli (Quliyev) bunu nəzərə alaraq "Aclıq" romana yenidən müraciət etmişdir.
Aclıq Oyunları
Aclıq Oyunları — ABŞ yazıçısı Suzan Kollins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır. Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir. Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur.
Aclıq oyunları (roman)

Başqırdıstanda aclıq (1921-1922)
1921-1922 illərin arasında baş vermiş Başqırdıstanda aclıq, müasir Başqırdıstan ərazisində Rusiya vətəndaş müharibəsi vaxtı baş vermiş. == Səbəbləri == Uzun müddət ərzində, vətəndaş müharibəsinin cəbhəsi Başqırdıstan ərazisində keçirdi. Cəbhənin hər iki tərəfi ölüsoyanlıq, oğurlama və dinc əhalinə qarşı başqa cinayyətlər törədirdi. Misal üçün, hökumət komissiyasının hesabatına görə, ancaq üç kantonda (Tamyan-Qatay, Böryən-Tüngəüer və Qıpçaq-Ete ırıu) 100 həyət zərər çəkmiş, 5377 ev sahibliyi yox edilmiş, 2826 yaşayış yeri tamamilə dağıdılmış və 50 min adamın çöreyi yox idi. Müharibə ərzində mal qaranın böyük hissəsi ya müsadirə olunub ya quru 1920-ci ildə acından ölüb. 1918 ildə aparılmış meşələrin millətləşdirilməsi isə sənayənə zərər vurub. Kənd təsərrüfatının sənayə güvvətləri məhv edilib. 1918-1920 illərin arasında aparılan prodrazvörstkanın nəticəsində, Başqırdıstandan faktiki olaraq qida resursları alınırdı, özəlliklə əhalinin əksəriyyəti əksinqilabi elan olunan başqırdlar olduğu rayonlardan. 1920-ci ilin yayında Başqırd MSSR-də hökumətə gələnlər ölkənin başqa hissələrindən idilər. Onlar apardığı prodrazvörstka vaxtı bütün biçin və hətta toxumlar alınırdı.
Böyük aclıq (İrlandiya)
Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi. Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu. İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.
Böyük Çin aclığı
Böyük Çin aclığı (çin 三年大饑荒) — Çin Xalq Respublikasında 1959-cu ildən 1961-ci ilə kimi dövlət hesablamalarına görə kütləvi aclıqdan 15 milyon insanın öldüyü hadisə. Aclığın qurbanlarının miqdarını qeyri-rəsmi mənbələr fərqli qiymətləndirir. Bəzi mənbələr qurbanların 36 milyona yaxın olduğunu iddia edirlər. Eləcədə Çində bu hadisəni «Üç fəlakətli il» və ya «Üç acı il» adlandırırlar. İndi təhqiqadçılar aclığın inkişafına səbəb təbii fəlakətlərdən yox, ölkədəki sosial-siyasi dəyişiklər səbəb olmuşdur. 1950-ci illərin sonundan Çin Xalq Respublikası böyük sıçrayış siyasətini həyata keçirməyə başladı. Bu siyasət kənd təsərrüfat yönümlü ölkəni aqrar ölkəyə çevirməli idi. Bunun üçün kollektivizasiya kimi üsüllardan istifadə edilirdi. Misal üçün, bitki növlərinin arasında rəqabətin olmaması ideyası tarlalarda kəskin şəkildə əkin miqdarın artırdı, ilk öncə üç dəfə, sonra isə iki dəfə. Əslində isə bu inkişafın və məhsuldarlığın azalmasına gətirib çıxardı.
Finlandiyada aclıq (1866–1868)
1866–1868-ci illlərdə Finlandiyada aclıq — Finlandiyada kütləvi aclıq. Bu, Qərbi Avropada təbii səbəblərdən yaranan son kütləvi aclıq olmuşdur. Finlandiya tarixində bu fenomen "Böyük aclıq illəri" kimi tanınır (fin Suuret nälkävuodet). Finlandiya böyük hersoqluğunun ümumi əhalisinin təxminən 15%-i, aclığın tüğyan etdiyi ərazilərdə isə əhalinin 20%-ə qədəri həlak olmuşdur. == Zəmin == Soyuq iqlimdə, yoxsul torpaqlarda, Finlandiyada vaxtaşırı kütləvi qıtlıq baş verirdi. Tədqiqatçılara görə, beləliklə, 1696–1697-ci illərdəki aclığı daha əsaslı şəkildə "böyük" adlandırmaq olar. Bəzi hesablamalara görə, bu dövrdə hər üç findən biri həlak olmuşdur. Başqa məlumata görə, Finlandiyanın əhalisi 1/5 azalmışdır.
Pentacalia aclydiphylla
Pentacalia aclydiphylla (lat. Pentacalia aclydiphylla) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qazaxıstanda aclıq (1932-1933)
1932–1933 illərin arasında baş vermiş Qazaxıstanda aclıq Robert Konkvest tərəfindən qazax fəlakəti (ing. Kazakh catastrophe) adlandırılıb, Qazaxıstanda isə orda sovetləşmə siyasətini aparan Filipp Qoloşökina görə Qoloşökin soyqırımı (qaz. Голощекиндік геноцид) kimi bilinir. O, Sovet İttifaqının müxtəlif bölgələrdə baş vermiş aclığının hissəsi idi. Acalığın sabəbəbləri "qolçomaqların bir sinif kimi yox edilməsi" siyasəti, kollektivləşmə, mərkəzi hakimiyyətin tərəfindən qida hazırlamasının planın böyütməsi və qazaxların heyvandarlığının müsadirəsi idi. Bu siyasəti 1925–1927 illər arasında Qazaxıstanda bolşevik Filipp Qoloşökin, Kiçik Oktyabr (rus. Малый Октябрь) adı altında aparırdı. Sovet İttifaqının xalqların arasında, qazaxların ən böyük faizi (təxminən 38%) həlak olmuş. Ümumiyyətlə 1,5 million (və ya 2,0–2,3 million) aclıqdan həyatını itirib, onların 1,3 millionu milliyətcə qazax idi. 1919–1922 illərin qazax aclığı ilə saysaq, alınır ki, 10–15 il ərzində qazax torpaqları Sovet hökumətinə görə əhalisinin yarısından çoxu itirmiş.
SSRİ-də aclıq (1946-1947)
SSRİ-yə vurulan son böyük aclıq 1946-cı ilin iyulunda başladı, 1947-ci ilin fevral-avqust aylarında zirvəsinə çatdı və sonra sürətlə intensiv olaraq azaldı, baxmayaraq ki, 1948-ci ildə yenə də qıtlıq var idi. Vəziyyət ölkənin taxıl istehsal edən bölgələrinin əksəriyyətini əhatə etdi: Ukrayna, Moldova və Rusiyanın mərkəzi hissələri. Şərait quraqlıqdan qaynaqlandı, təsirləri İkinci Dünya müharibəsinin səbəb olduğu dağıntıdan daha da ağırlaşdı. 1946-cı ildə taxıl yığımı 39,6 milyon ton təşkil etdi - Bu rəqəm 1940-cı ildəki məhsulun yalnız 40% idi. Müharibə ilə kənd əhalisindəki əmək qabiliyyətli kişilərin sayında 1931 səviyyəsinə qədər geri düşərək böyük bir azalma oldu. Kənd təsərrüfatı texnikası və at çatışmazlığı var idi. Sovet hökuməti taxıl ehtiyatları ilə kənd ərazilərinə yardım təmin etdi və kömək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etdi. Yardım, eyni zamanda, ölümü minimuma endirən Ukrayna (əsasən Ruteniya diasporası) və Şərqi Ukraynadan və Şimali Amerikadan gələn rus və ukraynalılardan gəldi. Qıtlığın səbəbi ümumiyyətlə quraqlığın müharibənin mövcud infrastruktur və iqtisadi ziyanları ilə əlaqələndirilməsinə baxmayaraq, bəzi tarixçilər hökumətin cavabının mümkün olduğu qədər təsirli olmadığına görə tənqid etmişlər. Məsələn, böhran dövründə, SSRİ dördüncü beşillik plan üzrə ixrac öhdəliklərini davam etdirdi, ixracatın əksəriyyəti yeni Şərq blokunu birləşdirmək üçün Almaniyanın sovetləşmiş bölgəsinə, Polşa, Macarıstan və Çexoslovakiyaya getdi.
Tatarıstanda aclıq (1921-1922)
1921–1922-ci illərdə Tatarıstanda aclıq — Müharibə kommunizmi siyasətinin nəticəsi kimi Tatarıstan MSSR-də baş vermiş quraqlıq və kütləvi aclıq nəticəsində 500,000 — 2,000,000 kəndlinin öldüyü dövr. Hadisə Rusiyada başlayan və SSRİ-nin digər hissələrinə də təsir edən 1921–1922-ci illər aclığının bir hissəsi idi. Rusiya və Şərqi Avropa tarixi üzrə professor Roman Serbinə görə, Tatarıstandakı aclıq Sovet İttifaqındakı ilk süni şəkildə yaradılmış aclıq idi və sistemli şəkildə Volqa tatarları və Volqa almanları kimi etnik azlıqlara yönəlmişdi. Sovet rəhbərliyi uzun müddət idi ki, SSRİ-dəki tatar milliyətçiliyini basdırmağın yolların axtarırdı. Tatarlar tez-tez "burjuaziya milliyətçiliyi və digər revizionist cinayətlərlə ittiham olunurdular. Tatar idarəçilər edam və ya həbs edilmiş, çoxusu SSRİ-dən Türkiyəyə qaçmışdır. Tatarıstan kənd təsərrüfatının kollektivləşdirilməsi 1921-ci ildə başladı. Tarixçi Ceyms Minahana görə, xüsusilə Krım tatarları "Sovet İttifaqı daxilindəki digər etnik qruplarla müqayisədə Sovet idarəçiliyinin ilk onillərində əhalisinin daha çox hissəsini itirmişdi." Tatarıstan SSR-dəki əkinçilik üsulları Sovet İttifaqındakı digər rus olmayan milltlərin əkinçilik üsulları kimi köhnə idi. Əlavə olaraq, Rusiyanın imperyal basqısı səbəbindən çox az tatar proletaryat mövcudluğunu davam etdirə bilmişdi. 1921-ci ilin erkən payızında Çeka kəndlilər arasında kütüləvi etiraz və iğtişaşların olduğunu bildirdi.
Tatarıstanda aclıq (1921–1922)

Tenpo aclığı
Tenpo aclığı (天保の飢饉, Tenpo no kikin) – 1833-36-cı illərdə Yaponiyada baş vermiş kütləvi aclıq. Soyuq hava şəraiti, daşqınlar və bərk küləklərə görə 1833-cü ildə məhsuldarlıq 30-70% aşağı düşmüşdü. Nəticədə, düyünün qiymətində qəfil artım qeydə alınmışdır. Aşağı məhsuldarlıq 1834 və 1835-ci illərdə də davam etmiş, 1836-cı il isə məhsuldarlığın ən az olduğu il olmuşdur. Məhsuldarlığın az olması səbəbilə qiymətlər qalxmağa davam etmiş və yoxsullaşmış kəndilər şəhərlərə axışmışdırlar. Bir çox kəndli aclıq və xəstəlik səbəbilə ölmüş, hətta kannibalizm halları da qeydə alınmışdır. Şimal-şərqi Yaponiyadakı aclıq daha şiddətli olmuşdur. Şoqunluq düyü paylamaq, sığınacaqlar təşkil etmək, qiymətləri tənzimləmək, tədarükü qadağa etmək və sake istehsalını məhdudlaşdırmaqla böhranın qarşısını almağa çalışmışdır. Bir çox han aclığın qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, effektivliyi az olmuşdur. Aclıq Osaka şəhərində Oşio Heyhaçironun başçılığı altında üsyanın başlamasına səbəb olmuşdur.
Acleia
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Aclinia
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Populus acladesca
Balzam qovağı (lat. Populus balsamifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Aigiros balsamifera (L.) Lunell Populus balsamifera f. typica C.K.Schneid.
Başqırdıstanda aclıq (1921–1922)