Kapitalın adekvatlıq əmsalı
Kapitalın adekvatlıq əmsalı (ing. capital adequacy ratio, CAR) — borcalanın müflisləşməsi zamanı maliyyə itkilərini öz vəsaitləri hesabına ödəmək qabiliyyətini əks etdirən bank sabitliyinin göstəricisi. Göstərici bankın kapitalının onun riskinə nisbətinə bərabərdir. Bank tənzimləyiciləri bankların məqbul səviyyədə itkiləri bərpa edə bilmələrini və müəyyən edilmiş kapital tələblərinə əməl etmələrini təmin etmək üçün bankların bu göstəricisinə nəzarət edirlər.
Bu əmsal risklə ölçülən kreditlərin həcminin faizi kimi ifadə edilir. Bu nisbətin tələb olunan səviyyəsini saxlamaq öhdəliyi əmanətçiləri qorumaq və bütün dünyada maliyyə sistemlərinin sabitliyini və səmərəliliyini təşviq etmək məqsədi daşıyır.
== Hesablanması ==
Kapital adekvatlığı əmsalı (CAR) bankın əsas kapitalının (ing. core capital) bankın risklə ölçülmüş aktivlərinə bölünməsi faizidir:
CAR
{\displaystyle {\mbox{CAR}}}
= 1-ci dərəcəli kapital + 2-ci dərəcəli kapital/Risklə ölçülmüş aktivlər
burada:
1-ci dərəcəli kapital (
T
1
{\displaystyle T_{1}}
) = (ödənilmiş nizamnamə kapitalı + məcburi ehtiyatlar + açıqlanmış sərbəst ehtiyatlar) - (törəmə müəssisənin kapitalına investisiya + qeyri-maddi aktivlər + cari zərərlər və onların köçürülmüş qalıqları) ,
2-ci dərəcəli kapital (
T
2
{\displaystyle T_{2}}
) = A) Açıqlanmamış ehtiyatlar + B) Ümumi zərər ehtiyatları + C) Hibrid borc alətləri və subordinasiya edilmiş borc alətləri,
Risk ya bankın risklə ölçülmüş aktivləri (
a
{\displaystyle \,a}
) və ya müvafiq ölkənin milli bank tənzimləyicisi tərəfindən müəyyən edilmiş minimum məcmu kapital tələbi ola bilər. Risk ölçülmüş aktivlərdən istifadə edərkən,
CAR
=
T
1
+
T
2
a
{\displaystyle {\mbox{CAR}}={\cfrac {T_{1}+T_{2}}{a}}}
≥ 10 %.
Minimum həddi (faizlə) bankdan banka dəyişir (bu halda 10%, bank tənzimləyicisinin Bazel sazişlərinin normalarına uyğun adi tələbi; ayrı-ayrı ölkələrin milli bank tənzimləyicisi tərəfindən müstəqil olaraq müəyyən edilir).