Aerodinamik boru
Aerodinamik boru bərk cismin (təyyarə, avtomobil, raket, körpü, bina və s.) hava axınının təsiri altında olduqda yaranan effektləri öyrənmək üçün işlənmiş sınaq qurğusudur. Ən geniş yayılmış aerodinamik boru qurğusu avtomobil və →təyyarələrin sınanmasıdır. Avtomobillərdə əsasən →hava müqaviməti və optimal qalxmanın qiymətləri tədqiq olunursa, təyyarələrdə daha çox məsələ ön planda durur: qanadların qalxma qüvvəsi və hava müqaviməti ilə yanaşı stabillik, idarəetmə və s.
Son zamanlar qatar və gəmilər də aerodinamik boru vasitəsilə araşdırılır. Hündür binaların və körpülərin də bu üsulla sınanması onların stabilliyini artırır. Burada nəzərə alınmalıdır ki, bərk külək altında duran tiklilərin yırğalanmaları onların məxsusi tezliklərinə yaxın tezliyə çatmasınlar. Külək burulğanını düzgün simulyasiya etmək üçün çox vaxt tiklilərlə bərabər ətraf yerlərin də modelini qurmaq lazım gəlir. Ona görə də, sınaqlar əksər hallarda kiçik ölçüdə hazırlanmış model üzərində aparılır. Yalnız avtomobillər öz orijinal ölçülərində aerodinamik boruda tədqiq oluna bilirlər. Tədqiqat obyektlərini kiçik ölçüdə hazırladıqa sınağın keçdiyi mühit heç də həmişə reallığı əks etdirmir.