Mərkəzi Aerohidrodinamika İnstitutu
N. Y. Jukovski adına Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ; rus. Центра́льный аэрогидродинами́ческий институ́т имени профессора Н. Е. Жуковского, ЦАГИ) — Rusiyanın paytaxtı Moskva şəhərində, aerodinamika və hidrodinamikanınn texnikanın müxtəlif sahələrində əməli istifadə məsələləri ilə məşğul olan institut.
Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ) 1 dekabr 1918-ci ildə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının qərarı ilə təsis edilmişdir. 1918-ci ildən MAHİ-nin ilk rəhbərliyi Nikolay Yeqoroviç Jukovski, 1921-1942-ci illərdə Sergey Alekseyeviç Çaplıgin olmuşdur. 1925-1929-cu illərdə MAHİ nəzdində o dövr üçün dünyada ən böyük aerodinamik borusu, hidravlika laboratoriyası, hidrokanalı və s. olan ilk eksperimental baza yaradılmışdır. İnstitut öz işləri ilə texniki aviasiya fəhlələrinini əsasını qoymuşdur. İnstititun sınaq zavodunda A. N. Tupolevin rəhbərliyi altında yaradılna təyyarələrdə 1926-cı ildən başıayaraq bir sıra mühümm uçuşlar olmuşdur. 1930-1932-ci illərdə MAHİ-nin elmi şöbələri əsasında aşağıdakı müstəqil elmi-tədqiqat institutları yaradılmışdır: Ümumittifaq Aviasiya Materilları İnstitutu, Ümumittifaq Hidromaşınqayırma İnstitutu, Mərkəzi Külək Energetikası İnstitutu. MAHİ-nin tərkibinə ixtisaslaşdırılmış aerodinamika, hidrodinamika, akustika, səaye aerodinamikası, helikopter, cihaz, hesablama texnikası laboratoriyaları, sınaq təsərrüfatı, möhkəmlik üzrə laboratoriyalar kompleksi, elmi informasiya bürosu, nəşriyyat şöbəsi, N. Y. Jukovskinin elmmi-xatirə muzeyi daxildir.