□ Altını üstünə çevirmək – bax alt-üst etmək (eləmək) 1-ci mənada.
Gecə yarısı [qorodovoylar] Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdirlər.
Altını-üstünü ölçmək – dolaşmaq, gəzmək, çox gəzib gəlmək.
Zurnaçılardan tutmuş traktor sürənə qədər hamı yolun altını-üstünü ölçürdü.
Alt-üst etmək (eləmək) – 1) dağıtmaq, qarışdırmaq, bərbad etmək, darmadağın etmək.
Jandarmlar … otağı alt-üst etməyə başladılar.
Nə buldular İskəndərlər, Çingizlər; Cahanı titrədib altüst etdilər. ;
2) puça çıxarmaq, heçə çıxarmaq, pozmaq.
Tubunun səsindəki mülayimlik Umudun bayaqkı şübhələrini bir andaca alt-üst elədi.
Alt-üst ilə – artıraraq, çevirərək, dəyişdirərək, başqa şəkildə.
[Ağca xanım] corabçıdan eşitdiklərini bir az da alt-üst ilə Gəldiyevə danışır.
Alt-üst olmaq – 1) altıüstünə çevrilmək, dağılmaq, qarışmaq, bərbad olmaq, darmadağın olmaq;
2) puça çıxmaq, heçə çıxmaq, pozulmaq. Bütün arzularım alt-üst oldu.
– Həyatdan bezmiş, bütün ümidləri alt-üst olmuş Gülyazın heç bir çıxış yolu qalmamışdı.
Ayağım yekə bir daşa toxundu, bütün fikirlərim alt-üst oldu.