Amfora
Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu.
== Qalereya ==
Amforalar
== Mənbə ==
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.