ampisillin 2021

ampisillin
ampir
amplidin
OBASTAN VİKİ
Ampisillin
Ampisillin (Ampicillinum) — tənəffüs yolları (sətəlcəm, bronxopnevmoniya, tonzillit), qaraciyər, mədə-bağırsaq traktı, sidik yolları və s. infeksion xəstəliklərinin müalicəsində istifadə olunan yarı sintetik antibiotik. İlk dəfə 1961-ci ildə Britaniya şirkəti "Beecham" tərəfindən istifadəyə verilmişdir. Turşulu mühitdə sabit, ağ rəngdə, incə kristal toz halında olur. Suda az həll olunur, spirtdə praktiki olaraq həll olunmur. 6-aminopenisilin turşusunun aminofenilasetik turşu qalığı ilə asilləşməsi nəticəsində əldə edilir. Təsir mexanizmi penisillinə bənzəyir. Preparat mədənin turşu mühitində məhv olunmur, daxilə qəbul edildikdə yaxşı sovrulur. Benzilpenisillindən təsirlənən qram-müsbət mikroorqanizmlərə qarşı aktivdir. Bundan əlavə, bir sıra qram-mənfi mikroorqanizmlərə (salmonella, şigella, proteus, bağırsaq çubyqları, Pfeiffer çubuğu (qrip çubuğu) və s.) təsir göstərir və və buna görə də geniş spektrli antibiotik hesab olunur və qarışıq infeksiya nəticəsində yaranan xəstəliklərdə istifadə olunur.