amöb

amöb
amortizator
ampel
OBASTAN VİKİ
Amöb
Amoeba , Amoebae ailəsinə aid birhüceyrəli amöboidlər cinsidir . Cinsin tip növü sinif otaqlarında və laboratoriyalarda geniş şəkildə öyrənilən ümumi şirin su orqanizmi Amoeba proteusdur . Amoebaya bənzəyən orqanizmin ilk qeydi 1755-ci ildə kəşfini Yunan mifologiyasının formasını dəyişdirən dəniz tanrısı Proteusun şərəfinə " der kleine Proteus " ("kiçik Proteus") adlandıran Avqust İohan Rösel von Rosenhof tərəfindən hazırlanmışdır. Röselin illüstrasiyaları hazırda Amoeba proteus kimi tanınan canlıya bənzər bir canlını göstərsə də, onun "kiçik Proteus"unu heç bir müasir növlə eyniləşdirmək mümkün deyil . "Proteus animalcule " termini 18-ci və 19-cu əsrlər boyu hər hansı böyük, sərbəst yaşayan amoeboid üçün qeyri-rəsmi ad kimi istifadədə qaldı. 1758-ci ildə, görünür, Röselin "Proteus"unu özü üçün görmədən, Karl Linney orqanizmi Volvox adı altında öz təsnifat sisteminə daxil etdi . Bununla belə, Volvox adı artıq bayraqlı yosunlar cinsinə aid edildi . 1786-cı ildə Danimarka təbiətşünası Otto Müller Proteus diffluens adlandırdığı bir növü təsvir etdi və təsvir etdi , ehtimal ki, bu gün Amoeba proteus kimi tanınan orqanizm idi . "Dəyişiklik" mənasını verən yunan amoibè ( ἀμοιβή) dən olan Amiba cinsi 1822-ci ildə Bori de Saint-Vinsent tərəfindən qurulmuşdur . 1830-cu ildə alman təbiətşünası CG Ehrenberg mikroskopik canlıların öz təsnifatında bu cinsi qəbul etdi, lakin o öz təsnifatında " Amöba " olaraq qeyd etdi.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Bağırsaq amöbü
Bağırsaq amöbü — xəstəliktörətmə xüsusiyyətinə malik deyil. Bağırsaq amöbü iki — kiçik (forma minuta) və iri (forma magna) vegetativ formaya malikdir. == Quruluşu və həyat tərzi == Bədən dairəvi və düzgün olmayan şəkildə olur. Dizenteriya amöbünə nisbətən zəif hərəkətlidir. Şəffaflıq dərəcəsinə görə ektoplazmasını endoplazmadan ayırmaq çətinlik törədir. Sitoplazmanın iri vakuollarında törəməyə təsadüf edilmir. Parazitin qidasını müxtəlif bakteriyalar və leykositlər təşkil edir. Sistada nüvələrin sayı dizenteriya amöbündən fərqli olaraq 8 ədəddir. Nüvənin ölçüsü 2,5–9 mkm-dir. Rənglənmiş preparatda nüvədəki xromatin aydın görünür.
Dizenteriya amöbü
Dizenteriya amöbü (lat. Entamoeba histolytica) — amöblər dəstəsindən ibtidai orqanizm. Amöb dizenteriyasının törədiçisi. İlk dəfə 1875-ci ildə rus alimi F. A. Lyoş tərəfindən təsvir edilmişdir. İnsanın bağırsaqlarında çoxalır (bu halda insan sağlamdır, lakin dizenteriya amöbü gəzdirir). Dizenteriya amöbünün bu formasına kiçik forma (forma minuta) deyilir. Ölçüsü 20 mkm-ə qədərdir. Bəzən kiçik forma yoğun bağırsaq divarına keçir və burada çoxalıb yaralar (amöb dizenteriyası) əmələ gətirir. Bu forma toxuma forması adlanır. Ölçüsü 20—25 mkm olur.
Filozey amöblər
Filozey amöblər (lat. Filosea) — İbtidailərin sinfidir. Sapşəkilli psevdopodiyaları çox vaxt şaxələnən, nadir hallarda bir-biri ilə anastomozlaşan amöblərdir. Çanaqları nazik silisium lövhəcikləri idiosomlarla örtülür. Bəzən bu örtük kənar mineral və ya başqa ekzogen hissəciklərdən ibarət ola bilər. Çanağının forması ovalvarı, yumurta və ya çöpşəkilldir. Ağızcıq əsas etibarilə piriminaldır. Ağızın kənarları ya hamar, ya da müxtəlif formalı və ölçülü dişciklərlə əhatələnmişdir. Çoxalması aqam yolladır. Bəzi növlərdə cinsi proses məlumdur.
Protey amöbası
Protey amöbası (lat. Amoeba proteus ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Protey amöbası Amoebina dəstəsinə aid olub, sərbəstyaşayan Sarkodinlərin ən iri nümayəndəsidir. Onlar durğun, çürümüş bitki qalıqları və yarpaqla çirklənmiş sularda yaşayırlar. Bunların ölçüsü 0,5 mm -ə yaxındır. Bədən örtüyü olmadığından sitoplazma yavaş-yavaş bu və ya digər istiqamətdə doğru axır və bunun nəticəsində fərdin bədən forması daima dəyişilir. Amöbdə sitoplazma iki qata diferansasiya etmişdir. Xarici qat - ektoplazma şəffaf, qatı, homogen quruluşa malik olub, amöbün bütün bədənini əhatə edir və onu xarici təsirlərdən mehafizə etmək funksiyasını yerinə yetirir. Daxili qat - endoplazma tutqun, duru və dənəvər quruluşa malikdir. O daim hərəkətdə, yaxud axma vəziyyətində olur.
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.