anti-Azərbaycan
anti-Rusiya
OBASTAN VİKİ
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib. == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib.
Adolf Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib. == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib.
Alois Hitler
Alois Hitler (doğum adı: Alois Yohann Şiklqruber; alm. Alois Johann Schicklgruber‎; 7 iyun 1837 – 3 yanvar 1903, Lins, Sisleytaniya) — Avstriyalı bir məmur; alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin atasıdır. == Gənclik illəri == Alois Hitler 1837-ci ilin 7 iyun tarixində 42 yaşlı subay bir qadın olan Mariya Şiklqruberin oğlu olaraq Şiklqruber soyadı ilə dünyaya gəldi.Onun əsl atası isə anasınn xidmətçi işlədiyi evin sahibi, bir yəhudi bankir olan Leopold Frankenberqer idi. Döllersheim kilsəsində keçirilən vəftiz mərasiminin sonunda vəftiz kağızındakı ata adı hissəsi boş saxlanıldı və rahib kiçik oğlanı "qeyri-qanuni" övlad olaraq elan etdi. Mərasimin ardından anası ilə birlikdə atası Yohann Şiklqruberin evində yaşadılar.Bir müddət sonra Yohann Georg Hiedler Şiklqruber ailəsinin evinə köçdü. Alois 5 yaşında ikən anası Yohann Georq Hiedler ilə evləndi. Ardından bir müddət ögey əmisinin kənd evində yaşayan Alois burada çəkməçilik öyrəndi. 13 yaşında bu kənd evindən ayrılan Alois Vyanaya getdi. Bir müddət çəkməçi olaraq burada yaşayan Alois 1855-ci ildə Avstriya Maliyyə Nazirliyində gömrük işçisi olaraq işləməyə başladı. Alois Şiklqruber iş həyatında sürətlə yüksəldi.
Angela Hitler
Angela Franziska Johanna Hammitzsch (qızlıq soyadı: Hitler) (d. 28 iyul 1883 — ö. 30 oktyabr 1949) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin ögey bacısıdır. == Uşaqlıq illəri == Angela Alois Hitlerin və Franziska Matzelsberger'in ikinci uşağı idi və Avstriya-Macarıstanın Braunau bölgəsində dünyaya gəlmişdir. Bir il sonra anası vəfat etmiş və qardaşı Jr. Alois ilə birlikdə ögey anası Klara Pölzl ilə yaşamağa başladılar. Adolf Hitler ondan 6 yaş balaca olsa da, ən yaxın qardaşı idi. Hətta Adolf Hitlerin Mein Kampfda adını çəkdiyi yeganə bacısı idi. Angelanın atası 1903-cü ildə, ögey anası isə 1907-ci ildə vəfat etmişdir. == Evliliyi == 14 sentyabr 1903-cü ildə xırda vergi müfəttişi olan Leo Raubal ilə evləndi və 12 oktyabr 1906 tarixində Leo adlı bir oğlan uşağı dünyaya gətirdi.
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. == Pyes haqqında == Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. == Süjet == Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Hitler (dəqiqləşdirmə)
Hitler
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Klara Hitler
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır. == Ailə keçmişi və evliliyi == Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi. 1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi.
Paula Hitler
Paula Hitler (d. 21 yanvar 1896 - ö. 1 iyun 1960) — alman siyasətçi və NSAFP-nin lideri Adolf Hitlerin doğma bacısıdır. == Həyatı == Paula 6 yaşındaykən təqaüdçü gömrük işçisi olan atası Alois Hitleri, 11 yaşında isə anası Klara Hitleri itirdi. Bu səbəblə Avstriya hökuməti tərəfindən balaca Paula və 18 yaşlı qardaşı Adolfa sosial yardım təsis etdi. Ancaq verilən məbləğ çox az idi və buna görə də qardaşı Adolf öz müavinətinin də bacısına verilməsini qəbul etdi. Daha sonra Vyanaya köçən Paula 1920-ci illərin əvvəllərində yəhudi tələbələrin yaşadığı yataqxananın xidmətçisi kimi çalışdı. Bir müddət katibə olaraq çalışan Paula qardaşının Münhendə keçirdiyi çətin illərində onunla əlaqə saxlaya bilmədi. Yalnız 1930-cu illərin əvvəllərində onunla Vyanada görüşə bildi.
Hitler (soyad)
Hitler — soyad.
Hitler Gəncliyi
Hitleryugend (alm. Hitlerjugend‎ [ˈhɪtlɐˌjuːɡn̩t] dinlə, və ya qısaca alm. HJ‎) — Nasional Sosialist Alman Fəhlə Partiyasının gənclər təşkilatı. Təşkilata yalnız gənc üzvlər daxil idi, qızlar üçün ayrıca Alman qızlar birliyi var idi. 1945 -ci ildə denasifikasiya prosesində ləğv edilmişdir.
Hitler Nababan
Hitler Nababan (23 iyul 1973, Açeh) — İndoneziya siyasətçisi. Demokratik Partiyanın üzvü olan Nababan 2014-cü ildən 2019-cu ilə qədər Karavanq Regional Nümayəndələr Şurasının üzvü olmuşdur. == Həyatı == Hitler Nababan 23 iyul 1973-cü ildə anadan olmuşdur. 1993-cü ildə HKBP Peşə Liseyində orta təhsilini başa vurduqdan sonra 1994-cü ildə Karavanq şəhərinə köçmüşdür. Millət vəkili seçilməzdən əvvəl sələmçi işləmişdir. O, dörd il oxuduqdan sonra 2017-ci ildə Dharma Andhiqa Hüquq Məktəbində hüquq dərəcəsi almışdır. Hitler Betti Minariya Limbonq ilə evlidir. Cütlüyün üç qızı və bir oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hitler Nababan ilə əlaqəli mediafayllar var.
Hitler Saavedra
Hitler Saavedra Kasternok (isp. Hitler Saavedra Casternoque; 18 fevral 1978, Yurimakas[d], Loreto departamenti[d]) — Peru cərrahı və siyasətçisi. O, 2021–2026-cı illər parlament dövrü üçün Loretonu təmsil edən respublika konqresmenidir. == Həyatı == Hitler Saavedra Kasternok 9 fevral 1978-ci ildə Perunun Alto-Amazonas vilayətinin Loreto departamentində yerləşən Yurimakasda anadan olmuşdur. Kasternok 2015-ci ilə qədər Peru Amazonu Milli Universitetində təhsil almışdır və cərrah ixtisasını bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. O, daha sonra 2017–2020-ci illər arasında Loreto Regional Sağlamlıq Müdirliyində cərrah kimi çalışmışdır. Kasternok 2021-ci il parlament seçkilərində 2021–2026-cı il parlament dövrü üçün "Biz Peruyuq" partiyasının üzvü kimi 7,654 səslə respublikanın konqresmeni seçilmişdir. O, 2021–2022-ci illər arasında Səhiyyə və Əhali Komissiyasının prezidenti vəzifəsində çalışmışdır. Hal-hazırda Konqresdəki "Biz Peruyuq" kokusunun sözçüsüdür və eyni zamanda partiyasının İdarə Heyətinin üçüncü vitse-prezidenti olmağa namizəd olmuşdur, lakin sonradan namizədliyini geri çəkmişdir.
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar - (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. == Metil-tret-butil efiri == Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7-8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54-55 °C, sıxlığı 0,74 q / sm3- dir. Tədqiqat üsuluna görə oktan ədədi 115-135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Anti-marksist
Hitler koalisiyasının kollaborsionisti
Hitler koalisiyasının kollaborsionisti, İkinci Dünya Müharibəsində Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilən ölkələrdə millətçilik, etnik nifrət, antikommunizm, antisemitizm və opportunizm kimi məqsədlər üçün bir araya gələrək işğalçı qüvvələrlə əməkdaşlıq edən təşkilatlardır. Bu qrupların bir çoxu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və ya Holokost altında qırğınlar etmişdi. Sovet İttifaqı daxilində Hiwi, Trawniki, Schutzmannschaft və Şərq legionları kimi kollaborsionist legionlar yaradılmışdı. Bu kollaborsionist Sovet vətəndaşları bir çox insanın ölümünə, o cümlədən nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşıyırdılar. Kollaborsionizm məğlub bir dövlətin əhalisi ilə qələbə çalmış bir qüvvənin nümayəndələri arasındakı əməkdaşlıq deməkdir. Stanley Hoffmann əməkdaşlığı könüllü və könüllü (zərurətdən faydalanmaq) kimi fərqləndirmişdir. Hoffmanna görə, əməkdaşlığı “pislik” və “ideoloji” olaraq bölmək olar; köhnə düşmənə qəsdən xidmət etmək, ikincisi, arzu olunan daxili dəyişikliklərin qalibi hesab olunan xarici qüvvə ilə işbirliyinin qəsdən müdafiəsidir. Bunun əksinə olaraq Bertram Gordon, qeyri-ideoloji və ideoloji kollaborsionizmə istinad edərək kollaborsionizm terminindən istifadə edir. Kollaborsionizm İkinci Dünya Müharibəsi dövründə Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilmiş ölkələrdə ideoloji, maddi və ya hərbi baxımdan Nasist Almaniyasına, İtaliya Krallığına (və İtaliya Sosial Respublikasına) və ya Yaponiya İmperiyasına dəstək olmaq deməkdir. Müharibədən sonra əməkdaşlıq etdikləri müəyyənləşdirilmiş şəxslərə böyük cəzalar verildi və onlara satqın damğası vuruldu.
Siyasi Vəsiyyətim (Hitler)
Siyasi Vəsiyyətim (alm. Bormann Vermerke‎) — Adolf Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə dostu Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarət kitab. == Məzmun == Adolf Hitler "Siyasi Vəsiyyətim" adı altında qələmə aldığı kiçik həcmli bu əsərini müharibənin sonlarına yaxın sığınacaqda yazdığı ehtimal olunur. 1952-1953-cü illərdə Avropanın bir çox ölkələrində "Bormann Vermerke" (Bormanın qeydləri) adı altında nəşr olunan kitab, Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə ən etibarlı yoldaşı Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarətdir. == Nəşr və tərcümə == Kitab Aysel Araz və Rəhim İmranov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Aysel Arazın redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, dekabr 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 1000 tirajla 80 səhifədə ilk dəfə nəşr edilib.
Adolf Hitler Uunona
Adolf Hitler Uunona (təq. 1965) — Namibiya antiaparteid siyasi fəalı və siyasətçisi. 2004-cü ildən Cənubi Qərbi Afrika Xalq Təşkilatının müşaviri və üzvüdür. O, 2020-ci ildə xəbər mənbələrinin onun adının nasist diktatoru Adolf Hitlerin şərəfinə olduğunu yazması ilə populyarmışdır. == Həyatı == Adolf Hitler Uunona 2010-cu və 2015-ci illərdə keçirilən Oşana regional şurasına seçkilərdə 2004-cü ildən bir neçə dəfə Ompunca seçki dairəsində məclis üzvü seçilmişdir. 2020-ci ilin noyabrında Şimali Namibiyada keçirilən yerli seçkilərdə 1,196 səslə qalib gəlmişdir ki, bu da səslərin 85%-ni təşkil etmişdir Onun rəqibi IPC partiyasından olan Mumbala Abner cəmi 213 səs toplayaraq məğlub olmuşdur. Uunona Namibiyanın Ompunca seçki dairəsinin müşaviri olmağa davam etmişdir. == Adı == "Adolf" kimi alman adları Namibiyada çox yayılmışdır, çünki Namibiya 1884–1915-ci illərdə Almaniya imperiyası altında Almaniya Cənub-Qərbi Afrikası adında koloniyası idi və daha sonra Cənubi Afrika İttifaqının mandatına keçmişdir. Beynəlxalq xəbər mənbələri Uunonanın İkinci Dünya müharibəsi zamanı Almaniyanın diktatoru olmuş Adolf Hitlerlə eyni adı daşıdığını yazmışdır. Adolf Uunona demişdir ki, atası yəqin ki, ona Adolf Hitlerin adını verib, lakin atasının o vaxt Adolf Hitlerin kim olduğunu bildiyini düşünmür.