antifaşizm
antiimperialist
OBASTAN VİKİ
Antifriz
Antifriz – (anti…+ ing. freeze – donmaq) — mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan maye. Antifrizlərin istilik tutumu, qaynama və alovlanma temperaturları yüksək olmalı, istiliyi yaxşı keçirməli, aşağı temperaturlarda özlülüyü az olmalı, mümkün qədər az köpüklənməli, metal hissələrdə korroziya törətməməli, şlanq və rezini dağıtmamalıdır. Antifrizlər kimi etilenqlikol, qliserin, bəzi duzların (məs., kalsium və ya natrium xloridin) suda məhlulları geniş işlədilir. Ən yaxşı antifrizlər korroziyaya qarşı qatqılar əlavə edilmiş məhlullardır. 66,7% etilenqlikol ilə 33,3% sudan ibarət qarışıq –75oC-dək temperaturda donmur. Belə məhlulların həcmi donma zamanı cüzi artır və donma temperaturunadək soyuduqda boruları və radiator sistemlərini dağıtmır.
Antifrizlər

Digər lüğətlərdə