antropomorf

antropomorf
antropometriya
antropomorfik
OBASTAN VİKİ
Antropomorfidlər
Antropomorfidlər (Anthropomorphitae və ya Simidae) — quruluşuna görə insanlara yaxın olan iri meymunlar ailəsi. Yerdə şaquli halda uzun əllərinə söykənərək hərəkət edirlər. Quyruqları yoxdur. Hər birində bir neçə növü olan 3 cinsə bölünürlər: ən iri meymun qorilla (Gorilla) və şimpanze (Anthropopithecus) Ekvatorial Afrikanın meşələrində, oranqutan (Simia) isə Sumatra və Borneo adalarında ağaclarda yaşayırlar. Antropomorfidlər ən qədim əcdadı Misirin alt oliqosen çökmələrində tapılmış Proplioptekdir. Erkən oliqosen — müasir. Sinonim: İnsanabənzər meymunlar. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Antropomorfizm
Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi. Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur. == Antropomorfizm iudaizmdə == Başda Tanax olmaqla yəhudi yazılarında antropomorfizmlərə tez-tez rast gəlinir. Lakin iudaizmin təməl inancı Allahı maddi bir formada təsəvvür etməyin imkansızlığı əsasında qurulmuşdur. Odur ki, iudaizmdə antropomorfizmlərə münasibət onların necə qəbul edilməyindən asılıdır: sadəcə olaraq Allahın insanlaşdırılması kimi antropomorfizm yolverilməzdir; ruhani varlığın obrazlar vasitəsilə estetik qavranılması üçün istifadə olunan antropomorfizm isə məqbul sayılmaqdadır. Tanaxda Allahın maddi bir obrazla təsvir edildiyinə dair heç bir şəhadət yoxdur. Ümumiyyətlə, "Allahın üzü", "Allahın əlləri", "Allah gördü" kimi antropomirfizmlər sadəcə olaraq ədəbi üsullar kimi qəbul edilir.