antropomorfoloji
antroponimika
OBASTAN VİKİ
Antroponim
Antroponim (antropo… + yun. ονύμα – ad) – müxtəlif şəxs adlarının məcmusunu bildirən termin, insana aid hər hansı bir xüsusi ad. Şəxsin öz adını (Əhməd), atasının adını (Məmməd), soyadını (Həsənli), ləqəb (Kefli İsgəndər), təxəllüs (Abbas Səhhət) və s. əhatə edir. Dialektal, fərdi, ədəbi, poetik, topoantroponim, real, reprezentativ antroponimlərə ayrılır. Azərbaycan dilində antroponimin iki növü var: real və qeyri-adi antroponimlər. Cəmiyyətdə insanları bir-birindən fərqləndirmək məqsədi ilə istifadə olunan hər bir həqiqi ad real antroponimdir. Məs., Mərdan qaşqabaqlı bir sükutla budaqları aralayıb kolların qaranlıq diblərini, mağaraları nəzərdən keçirirdi (İ.Əfəndiyev). Yazılı ədəbiyyat və folklorda müəyyən bədii məqsədlərlə bağlı işlədilən antroponim qeyri-adi bədii antroponim adlanır. Məs., Ramazan nə qədər tələsirdisə, Cinayətov bir o qədər ağır tərpənirdi… (M.Cəlal).
Antroponimika
Antroponimika — onomastikanın antroponimləri öyrənən şöbəsidir. Antroponimik kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınan adlar əsas sayılır. Şəxsin adı, atasının adı və soyadı rəsmi şəkildə qeydə alınır. Köməkçi ad kateqoriyasına ləqəb, təxəllüs, titul və fəxri adlar daxildir. Bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir. == Tarixi == A.Qurbanova görə, Azərbaycan onomastik sisteminin əsas layını təşkil edən antroponimlərin keçdiyi mürəkkəb tarixi inkişaf yolunu aşağıdakı kimi dövrləşdirmək olar: 1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin sonuna qədər); 2. XIII – XVIII əsrlərdə Azərbaycan antroponimləri; 3. XIX əsrdə Azərbaycan antroponimləri; 4. XX əsrdə Azərbaycan antroponimləri. I. Dövrün antroponimik sisteminə təsir edən əsas tarixi hadisə ərəb xilafətinin Azərbaycanda hökmranlığı olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan antroponimlərinin xeyli hissəsini ərəb mənşəli adlar təşkil edir. Bu dövrdə ləqəblər geniş yayılaraq, bir növ, təxəllüs xarakteri daşıyırdı.