anyilər

anyilər
anyi
anzerin
OBASTAN VİKİ
Anyilər
Anyilər, Anyalar, aqnilər - Kot-d'İvuar, Toqo və Qanada yaşayan akan xalqları qrupu. Ümumi sayları 2 milyon nəfərdən çoxdur (2000). Qananın rəsmi dillərindən olan Nzinma dilində danışırlar. Dindarlarının əksəriyyəti xristiandır. Müsəlmanları və ənənəvi dini etiqadlarını saxlayanlar da var. Müstəmləkə dövrünə qədər Anyilərin bir sıra tayfa ittifaqları yaranmışdır. Əsas məşğuliyyətləri toxa əkinşiliyidir. Dəmirçilik, dulusçuluq, toxuculuq, bədii metal və ağac üzərində oyma inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.567.