ARAL TİPLİ SAHİL

eol relyef formalarını örtən dəniz inqressiyası nəticəsində əmələ gələn dəniz sahil tipi. Sahil xətti çoxlu miqdarda adalar, yarımadalar, körfəz və limanlarla kəsilərək, girintili-çıxıntılıdır. aральский тип берега Aralien coast type
ARAL
ARALANAN TERRASLAR
OBASTAN VİKİ
Aral Tipli Sahil
Aral Tipli Sahil — Eol relyef formalarını örtən dəniz inqressiyası nəticəsində ənələ gələn dəniz sahil tipi. Sahil xətti çoxlu miqdarda adalar, yarımadalar, körfəz və limanlarla kəsilərək, girintili-çıxıntılıdır.
Atlantik tipli sahil
Kimvr tipli sahil
Kimvr tipli sahil (rus. берег кимврского типа, ing. kimvr type coast) — bəzən buzlağın iştirakı ilə parçalanmış və limanı çox olan, su basmış sahil. Baltik dənizi sahillərində Trave və Oder çayları arasında bu cür sahillər "bodden" adlanır. Körfəzlər adətən dənizdən dyun zonaları ilə ayrılır (Yutlandiya və Şimali Amerika qütb arxipelaqının yerləşdiyi Kimvr yarımadasının şimal hissəsi).
Yunan tipli sahil
Yunan tipli sahil (rus. берег греческого типа, ing. Greek type coast) — yer qabığının faylarla differensial yerdəyişməsi nəticəsində formalaşan girintili-çıxıntılı sahil. Çökmüş sahələr körfəzlərə, onları ayıran adalar, yarımadalar isə qalxma sahələrinə müvafiq gəlir.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Aral Qaraqumu
Aral Qaraqumu - qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aral gölü
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Birinci Aral
Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
Aral-Xəzər depressiyası
Aral-Xəzər depresiyası Avropa və Asiya arasında ən alçaq depresiyadır. Bu depresiya Aral dənizi və Şimali Xəzərin arasında yerləşir. Şimal hissəsi Xəzər depresiyası adlanır. Xəzər depresiyasının şərqində yerləşir Turan depresiyası adlanır. Azərbaycanda Aral-Xəzər depresiyasının ən alçaq hissəsi Kür-Araz ovalığıdır. Bu depresiya Azərbaycan, Rusiya, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın ən alçaq hissəsi sayılır.
Aral dənizinin quruması
Aral dənizinin səviyyəsinin aşağı düşməsi— 20-ci əsrin ikinci yarısında Aral dənizinin su həcminin 90%-nin itirilməsi və onun yerində Aralqum səhrasının yaranması ilə bağlı antropogen-təbii ekoloji fəlakətdir. Müasir alimlərin hesablamalarına görə, Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70%-dən çoxdur. Aral bölgəsində kənd təsərrüfatının inkişafı, ilk növbədə suvarılan sahələrdə pambıqçılığın intensiv becərilməsi ilə əlaqədar kəskin tənəzzül başlandı. Əkin sahələrini suvarmaq üçün 1960-cı illərə qədər Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının bütün su ehtiyatı paylanmışdı, çoxsaylı su anbarları və kanallar su təchizatı və buxarlanma arasında balansı pozdu. 1985-1986-cı illərdə dəniz səviyyəsi 53 m-dən 41 m-ə (Baltik dənizinin səviyyəsinə nisbətən) düşdü, Berq boğazı qurudu, Aral iki müstəqil su anbarına - Böyük və Kiçik su anbarına bölündü. 2002-ci ilə qədər səviyyə daha 10 m aşağı düşdü, 2006-cı ildə Böyük Aral dənizindən dərin su hissəsi - keçmiş Tşe-Bas körfəzi ayrıldı. 1960-2009-cu illər arası Aral dənizinin sahəsi 67,499 km²-dən 6,700 km²-ə qədər azaldı. Ümumdünya Meteorologiya Assosiasiyasının məlumatına görə, Aral dənizinin quruması 20-ci ən böyük antropogen ekoloji böhranlarından biridir. Dənizin keçmiş sərhədlərindən 100 km-ə qədər radiusda iqlim kəskin kontinental xarakter almış, yağıntıların miqdarı bir neçə dəfə azalmış, tuqay meşələri məhv olmuş, 130-dan çox heyvan və 30 növ balıq yox olmuşdur. Toz fırtınaları quru dəniz yatağından qumu və orada yığılmış kimyəvi çirkləndiriciləri uzun məsafələrə aparır.
Birinci Aral bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.