ARMUD

1. сущ. чуьхвер; кьал (нугъ.); cır armud чӀуру чуьхвер; bağ armudu къени чуьхвер; 2. чуьхвердин; armud ağacı чуьхвердин ттар.
ARMAĞAN
ARMUDBOĞAZ
OBASTAN VİKİ
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Gecyetişən armud
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu, Koreya armudu, Tayvan armudu, alma armudu və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda arealı vardır. Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Söyüdyarpaq armud
Söyüdyarpaq armud (lat. Pyrus salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: NT. 10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Armud saturniyası
Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Armud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır. == Həyat tərzi == Armud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir.
Armud sukatı
Armud sukatı - Armud dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə armud, şəkər tozu, vanil daxildir. Armud sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
Fedorovi armudu
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcüstan armudu
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Korcinski armudu
Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == İran və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.
Meqri armudu
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Suriya armudu
Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir. Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Fyodorov armudu
Fyodorov armudu (lat. Pyrus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, piramidal çətirli ağac və ya koldur. Budaqları uzun, nazik iynəlidir. Meyvələri yumru-yumurtavari, sarı, qırmızı xallıdır. == Ekologiyası == Quraqlığa, istiyə, soyuğa davamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Culfa rayonunun Camaldın kəndi yaxınlığında yayılmışdır. == İstifadəsi == Dekorativ bitki olduğundan tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Korjinski armudu
Korjinski armudu (lat. Pyrus korshinskyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda meşələrdə aşağı yaruslarda rast gəlinir. == Botaniki təsviri == Orta hündürlüyə malik tikansız ağacdır. Zoğlarının qabığı boz-qonurumtul olub, sıx tükcüklərlə örtülüdür. Yarpaqları 5–10 sm uzunluğunda, 2-4 sm enində, yumurtavari, dilşəkillidir, ucu sivridir, uzunsov, kənarları dalğavari mişardişli, üzəri sıx tükcüklərlə örtülüdür. Yarpaq saplağının uzunluğu 1,5-5 sm-dir. Çiçəkləri 3-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. 5 ləçəkdən ibarət, tək-tək yerləşən çiçək tacı ağ, çəhrayı rəngdədir. Kasacığı 5 kasacıq yarpağından ibarətdir, xaricdən sıx keçətüklü, daxildən seyrək tüklüdür.
Meğri armudu
Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır. Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.
Armudvarı əzələ sindromu
Armudvarı əzələ sindromu (ing.
Fıstıqlı (Armudlu)
Fıstıqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə yerləşən tarixi abidələrin 400-500 illik tarixə malik olduğu anlaşılır. Adını ətrafını əhatə edən fıstıq ağaclarından alan kənd 1795-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Yalova vilayətindən 63 km, Armudlu rayonundan isə 8 km məsafədədir.
Məcidiyyə (Armudlu)
Məcidiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd Yalova vilayətindən 61 kilometr, Armudlu rayonundan isə 6 kilometr məsafədədir.
Qapaqlı (Armudlu)
Qapaqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Osmanlı dövründə salındığı bilinən kəndin 400 illik bir tarixə sahib olduğu iddialar mövcuddur. İlk məskəni dağların ətəyində olan Qapaqlı kəndi sonralar sahil kəndinə çevrilmişdir. Kənd 1890-cı ildən eyni addadır.
Səlimiyyə (Armudlu)
Səlimiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Məcidiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd 1911-ci ildən eyni addadır. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında Səlimiyyə (سلیمیە) kimi qeyd olunur. 1935-ci il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndi Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 335 nəfərdən ibarət idi. 1950-ci il ümumi siyahıyaalınmasında kənd "Səlimiyyə (Soyuqsu)" olaraq qeyd edilmişdir.
Xeyriyyə (Armudlu)
Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir.

Digər lüğətlərdə