armudu-stəkan*

а pear-shaped glass стакан грушевидной формы
Armud vaxtında dəyər, xəstənin könlü tələsər.
Armudun yaxşısını meşədə ayı yeyər.
OBASTAN VİKİ
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Buassye armudu
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Buasye armudu
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Dmitri armudu
Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Mərkəzi Zaqafqaziyada yayılmışdır. Hündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir. Naxçıvan MR-da yayılmışdır.
Fedorovi armudu
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcüstan armudu
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Korcinski armudu
Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İran və Ermənistanda (Dərələyəz) arealı vardır. Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.
Meqri armudu
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Suriya armudu
Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir. Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir.
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Vətəni cənubi Ermənistandır. Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Voronov armudu
Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır. Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır.
Vsevolod armudu
Vsevolod armudu (lat. Pyrus vsevolodii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: VU D1. 7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür.
Xosrov armudu
Xosrov armudu (lat. Pyrus chosrovica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. XVIII əsrin ortalarından dekorativ bitki kimi becərilir. Hündürlüyü 6 m-dək olan, şaxələnmiş çətirli və budaqları iynəli ağac və ya koldur. Meyvələri iri, şarşəkilli, diametri 3-4 sm, kasacığı yapışıq, qısa üçkünc hissəlidir. Tez böyüyür. 30 günədək bol çiçəkləyir. Toxum, kök və yaşıl qələmlərlə, zoğlarla çoxalır. Dəniz səviyyəsindən 1900 metr hündürlükdə bitir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir.
Zəngəzur armudu
Zəngəzur armudu (lat. Pyrus zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır. Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir. Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sancaqvari qalınlaşmış saplaqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.
Fyodorov armudu
Fyodorov armudu (lat. Pyrus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda rast gəlinir. Hündürlüyü 5 m-dək olan, piramidal çətirli ağac və ya koldur. Budaqları uzun, nazik iynəlidir. Meyvələri yumru-yumurtavari, sarı, qırmızı xallıdır. Quraqlığa, istiyə, soyuğa davamlı bitkidir. Torpağa tələbkar deyildir. Culfa rayonunun Camaldın kəndi yaxınlığında yayılmışdır. Dekorativ bitki olduğundan tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Korjinski armudu
Korjinski armudu (lat. Pyrus korshinskyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda meşələrdə aşağı yaruslarda rast gəlinir. Orta hündürlüyə malik tikansız ağacdır. Zoğlarının qabığı boz-qonurumtul olub, sıx tükcüklərlə örtülüdür. Yarpaqları 5–10 sm uzunluğunda, 2-4 sm enində, yumurtavari, dilşəkillidir, ucu sivridir, uzunsov, kənarları dalğavari mişardişli, üzəri sıx tükcüklərlə örtülüdür. Yarpaq saplağının uzunluğu 1,5-5 sm-dir. Çiçəkləri 3-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. 5 ləçəkdən ibarət, tək-tək yerləşən çiçək tacı ağ, çəhrayı rəngdədir. Kasacığı 5 kasacıq yarpağından ibarətdir, xaricdən sıx keçətüklü, daxildən seyrək tüklüdür.
Meğri armudu
Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır. Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.