Arxaika
Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə.