ARXEY
ARI
OBASTAN VİKİ
Arxipelaq
Arxipelaq — (yunanca arkhon(lider) və pelagos(dəniz))bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu. Qədimdə bu söz Egey dənizindəki adaları adlandırmaq üçün istifadə olunub. İtalyanca Arcipelago; çoxlu adaları olan Egey dənizinə 13-cü əsrdə venesiyalıların verdikləri ad; orta əsrlər Yunanıstanda "baş dəniz" mənasındadır – bir-birinə yaxın ayrı-ayrı adaların və ya ada qruplarının məcmusu. Eyni Arxipelaq daxilindəki adalar, adətən, eyni mənşəli və oxşar geoloji quruluşa malikdir. Arxipelaq materik (Kanada Arktika arxipelaqı, Bakı arxipelaqı, Abşeron arxipelaqı və s.), mərcan (Marşall arxipelaqları və s.) və vulkan (Solomon arxipelaqları və s.) mənşəli olur.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Samoa (arxipelaq)
Samoa — Polineziyada arxipelaq. Sahəsi — 3030 km², əhalisi — 250 min nəfər.
Çatem (arxipelaq)
Çatem (ing. Chatham Islands, mao. Wharekauri) — arxipelaq Yeni Zelandiyadan təqribən 680 km. qərbdə yerləşir. Adalarda 45 dəqiqədə xüsusi saat qurşağı istifadə edilir. 1832-ci ildən arxipelaq Yeni Zelandiyanın ərazisi elan edilmişdir. Arxipelaq xüsusi orqan olan ing. Area Outside Territorial Authority birbaşa idarəsindədir və xüsusi ərazi vahidi statusuna malikdir. == Coğrafiyası == Arxipelaqın tərkibinə 10 ada daxildir. Onlardan yalnız ikisi daha böyükdür: Çatem (43°53′ c.
Arxipelaq hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Odlu Torpaq (arxipelaq)
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. == Tarixi == Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Abşeron və Bakı arxipelaqıları
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları,Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Aleksandr adası (Nordenşeld arxipelaqı)
Aleksandr adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədi ilə yaradılmışdır. == Coğrafiyası == Aleksadr adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Paxtusov adaları qrupuna aiddir. Qrupun ən şimal adasıdır. Adadan 7,5 km şimalda, Lenin boğazının digər sahilində Sikora adası, Sofi adası, 2 km cənubda isə Paxtusov adası yerləşir. Bir qədər qərbdə bir, 1,7 km cənub-qərbdə isə iki adsız ada yerləşir. Rusiyanın materik hissəsi ilə ara məsafəsi 65 km-dir.
Aleksandr arxipelaqı
Aleksandr arxipelaqı (ing. Alexander Archipelago) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Materikdən Linn-Kanal boğazı ilə ayrılır Boğazın yaxınlığında ştatın paytaxtı olan Cuno şəhəri yerləşir. == Tarixi == Arxipelaq rus dənizçiləri tərəfindən 1741-ci ildə kəşf edilir. Ekspedisiyada Vitus Berinq və Aleksey Çirikova iştirak edirdilər. 1809–1867-ci illərdə rus köçmənlərinin inzibati mərkəzi olan Novoarxangelsk (hazırda Sitka) arxipelaqda yerləşirdi. Arxipelaq 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ dölvətinə satılır. Arxipelaq isə rus çarı II Aleksandrın şərəfinə adlandırılır. == Coğrafiyası == Arxipelaqda 1100 ada və qaya parçası vardır, ümumi sahəsi 36,8 km² təşkil edir. Adalar sualtı dağların zirvələrini təşkil edir.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Asafovı Qorı arxipelaqı
Asafovı Qorı arxipelaqı və ya Osanovı qorı — Volqanın yatağında, İvanovo vilayəti, yureves şəhərindən 3 km məsafədə yerləşir. adalar Qorskoe su tutarının inşasından sonra meydana gəlmişdir. Uzunluğu 4 km çatan qumlu adalar qarışıq meşələrlə örtülüdür. Adcaların özlərində belə bir neçə göl vardır. Adalarda su-bataqlıq quşları yuvalayır. Bu baxımından Rusiyanın xüsusi qorunan əraziləri siyahısına daxil edilmişdir.. Adın mənşəyi ilə bağlı bir neçə əfsanə vardır. Bu əfanələrin birinə görə bu yüksəkliklərdə Ataman Asafın başçılıq etdiyi Volqa boyunca keçən gəmiləri talan edən quldurların dayanacağının olduğunu iddia edilir.. Adalar məşhur turistik ərazilərdən sayılır.
Babuyan arxipelaqı
Babuyan arxipelaqı — Luzon boğazında, Luson adasındn şimalda yerləşən arxipelaq. Luson adasından Babuyan boğazı, Betan adalarından isə Balitanq boğazı ilə ayrılır. Arxipelaqın sahəsi 620 km²-dir. Babuyan axipelaqına daxil olan 5 iri ada: Babuyan adası (100 km²), Dalupuri (50 km²), Kalayan (196 km²), Kamiquin (166 km²), Fuqa adası (100 km²).6 kiçik ada: Barit (3,8 km²), Didikas (0,7 км²), İrao (0,2 km²), Pamoktan (0,3 km²), Panuitan (2,3 km²), Pinon (0,04 km²).İki qaya: Dilayaq (<0,3 km²), Mabaq (0,7 km²).İnzibati cəhətdən Kaqayan vilayətinə daxildir.
Bakı arxipelaqı
Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasındakı Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil adası, Qarasu, Xərə Zirə, Daşlı ada, Kür daşı, Adsız, Qutan Tava, Karvansaray, Xanlar adası, Daş adalar qövsü, Baburi adalara aiddir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adaları və Sualtı ataları tektonik məşəllidir. Böyük Zirə, Daş Zirə və Kiçik Zirə adaları bəzən Bakı körfəzi (buxtası) adaları kimi göstərilir. Bu arxipelaqına daxil adaların heç birində yaşayış məntəqəsi yoxdur. == Flora və Faunası == Xəzər dənizinə xas canlılarıla zəngindir. Dəniz quşlarıdan Qutan, Fitçi cürə, Gümüşü qağayı və Cüllüt kimi quşların adını cəkmək olar. Yeganə məməlisi Xəzər suitisidir. Sularında isə Nərəkimilər üstünlük təşkil edir.
Bakı arxipelaqı (film, 1971)
Bakı arxipelaqı qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Axundov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Mənzərə filmi Bakı arxipelaqının adaları-Bulla, Duvannı və s. haqqındadır. == Məzmun == Mənzərə filmi Bakı arxipelaqının adaları-Bulla, Duvannı və s. haqqındadır. Eyni zamanda bu yerlərdə adaların əmələ gəlməsi barədə də söhbət gedir.
Bismark arxipelaqı
Bismark arxipelaqı (Əvvəllər Yeni Britaniya) — Melaneziya və Sakit okeanda Yeni Qvineyadan şimal-şərqdə yerləşən adalar qrupu. 1616-cı ildə hollandlar V.Sxauten və Y.Lemer tərəfindən kəşf olunmuşdur. 1884-cü ildən Almaniyanın koloniyası olmuş və Bismarkın adı ilə adlandırılmışdır. Papua-Yeni Qvineya dövlətinin bir hissəsidir. İki böyük adadan - Yeni Britaniya və Yeni İrlandiya və bir neçə digər adadan ibarətdir. Sahəsi 49,700 min km²-ə yaxındır. Əhalisi ümumi sayı 218000 nəfər (1966) olan melaneziylər və papuaslardır. Böyük adalarda hündür dağları var. Kiçik adaları vulkan və mərcan mənşəlidir. Arxipelaqın ərazisində kokos palması, banan, şəkər qamışı, tütün, pambıq becərilir.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Habomai arxipelaqı
Habomai arxipelaqı (yap. 歯舞群島) — əslinə qalanda Habomai adı əslində Hokkaydo adasında yerləşən eyni adlı rayonun eyni adlı kəndindən götürülmüşdür. Bu adalar qrupuna ümumilikdə 20 ada daxildir. Onlar arasında Polonski adası, Oskolki adaları, Zelyonı adası, Dyomin adaları, Yuri adası, Anuçin adası, Tanfilev adası sahəsinə görə xüsusi ilə seçilir. Bu qrupun adaları Hokkaydodan Sovet boğazı ilə ayrılır. Adaların ümumi sahəsi km² təşkil edir. == Etimalogiyası və adın istifadəsi == Yaponlara məxsus olan Habomai adı onların işğalından öncə mövcud olmuşdur. Hətta 1959-cu ilin 1 aprelinə qədər burada Hamboi uezdi mövcud idi. Bir ara hətta bu adın rəsmi rus mənbələrində işlədilməsi Saxalin vilayət dumasında qərar qəbul olunur. Onlar hətta bu adın rus kütləvi informasiya mənbələrində səslənməsini və beynəlxalq iki tərəfli müqavilələrdə belə bu adın işlənməsini əsas gətirirdilər.
Haniş arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Juenvil arxipelaqı
Juenvil arxipelaqı (ing. Joinville Island group) — Antarktik yarımadasından şimal-şərqində yerləşir. Yarımadadan Antarktik boğazı ilə ayrılır. Arxipelaqa daxil olan ən böyük ada Juenvildir. Arxipelaq ümumilikdə 5 adadan ibarətdir. Juenvil adasından şimalda Dürvil adası, cənubda isə Dandi adası yerləşir. Dürvil adasından Larsen boğazı ilə ayrılır. Arxipelaqa həmçinin Paulet və Bransfilddir. Arxipelaqın ümumi sahəsi 2124,6 km² təşkil edir. Ada ilk dəfə 1838-ci ildı Jyul Dümon-Dürvil tərəfindən kəşf edilmişdir.
Kabrera Arxipelaqı Milli Parkı
Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir. Arxipelaq böyük təbii dəyərə malikdir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. == Coğrafiyası == Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. == Coğrafiyası == Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Ligitan arxipelaqı
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo.Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.

Digər lüğətlərdə

конкистадоры отели́ть помелька́ть рема́стеринг ритмизо́ванный недостове́рность неуде́ржность поме́стный славяни́н флик чу́ять anociassociation bed-sore bunco convenable footle minacious putting-stone rube scorcher sedulity true mushroom воднолыжник гидрограф фуражир