Meşkinşəhər asma körpüsü
Meşkinşəhər asma körpüsü — Orta Şərqdə ən uzun asma körpü. Meşkinşəhərdə Xiyav çayının üzərində 80 metr hündürlükdə yerləşən körpü.
== Ümumi göstəriciləri ==
Körpü Orta Şərqdə yerləşən ən uzun asma körpüdür. Hündürlüyü 80 metr, eni 2 metr uzunluğu isə 365 metrdir. Körpü bölgənin xüsusiyyətlərini yaxşı bilən yerli mütəxəsislər tərəfindən tikilib. Körpü son nəticədə ərazisi 130 hektar büdcəsi isə 400 milyard rial olacaq turistik kompleksin ərazisində yerləşir. Kompleksə qəbul zalları, yaşayış mənzilləri, hava şarı ilə uçmaq üçün eləcə də başqa hava idmanları ilə məşğul olmaq üçün meydançalar, restoranlar, sənətkarlıq bazarları, əyləncə parkları və istirahət üçün digər atraksionlar daxildir.
== Texniki göstəriciləri ==
Uzunluğu 365 metr olan körpü Xiyavçayın üzərində yerləşir. Körpünün konstruksiyasında nəmə, yanğına, zərbəyə, ildırım vurmasına dayanıqlı polimer materiallardan istifadə olunub. Körpü hərəkəti qeydə alan ötürücülər və rezonanslı vibrasiya amortizatorları ilə təchiz olunub.